Icma.az
close
up
RU
Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə

Azərbaycan fəlsəfə elminə yeni dəyərli töhfə

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İsdedadlı tədqiqatçı filosofumuz, zəhmətkeş alim, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin üç cilddən ibarət oxuculara təqdim edilmiş çox sanballı əsərindən söhbət gedir.

Faiq Ələkbərliyə magistraturada dərs demişəm. “XX əsrdə Azərbaycanın ictimai-siyasi və fəlsəfi fikir tarixində Məhəmməd Əmin Rəsulzadənin yeri və rolu” mövzusunda dissertasiyası üzrə elmi rəhbərlərindən biri olmuşam (akademik Firudin Köçərli ilə yanaşı). Faiq müəllimin elmi yaradıcılığını daim səmimiyyətlə izləmişəm, xeyli sayda əsərlərinin müzakirəsində şəxsən iştirak etmişəm. Onun “Türküstan” qəzetinin (demək olar ki, hər nömrəsində) səhifələrində dərc olunmuş çoxsaylı məqalələrini diqqətlə oxumuşam. Əslində Faiqdən həmişə müsbət mənada çox şey gözləmişəm. O, çılğın, cəsarətli, öz elmi mövqeyini qətiyyətlə qoruyan, fikrindən dönməyən alimdir. Etiraf edirəm ki, onun mənə hədiyyə olaraq göndərdiyi bu üç çildlik “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” əsərini sevinclə qarşıladım. Xatırlayıram ki, 50-60-cı illərdə elmi tədqiqatla məşğul olarkən bizi maraqlandıran mövzu ilə bağlı hər hansı bir informasiyanın əks olunduğu saralmış kitab səhifəsinə rast gələndə çox sevinirdik. İndi isə hazırkı və gələcək elmi tədqiqatlar üçün çox qiymətli, zəngin elmi informasiya və məlumatların yer aldığı bir əsər oxuculara təqdim olunmuşdur.

Əlbəttə, həm də etiraf etməliyəm ki, ömrümün xeyli hissəsini digər elmi problemlərlə yanaşı Azərbaycan xalqının  ictimai-siyasi və fəlsəfi fikir tarixinin tədqiqinə həsr etmişəm. İndi isə 95 yaşımın içindəyəm. Buna görə də Faiq Ələkbərlinin bu dəyərli üç cildiyini həm də vaxt baxımından ətraflı oxuyub, təhlil etmək mənim üçün imkansızdır. Lakin bununla belə bu qiymətli əsərlə ümumi şəkildə tanış oldum və onun nəfis şəkildə oxuculara təqdim olunmasına sevindim.  Bu yerdə görkəmli türk şairi Ziya Paşanın aşağıdakı sözləri yadıma düşdü:

Ayinəsi işdir kişinin, lafa baxılmaz,

Şəxsin görünür rütbeyi-əqli əsərində.

“Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” əsərinin məzmunu haqqında da icmal şəklində bir neçə söz demək istərdim. Əsərin I cildində müəllif çox maraqlı, zəngin məlumatlar, faktlar, elmi şərhlər əsasında etnos, millət, milli ideya, milli ideologiya və digər anlayışların ətraflı təhlilini verir. Əsərin II cildində XX yüzilliyin əvvəllərində Azərbaycanın fəlsəfi fikrində milli ideya axarışları, Sovet dönəmində Azərbaycanda milli ideologiya ilə bağlı yanaşmalar, baxışlar, XX yüzilliyin sonu və XXI yüzilliyin başlanğıcında milli ideologiyanın dirçəlişi, bununla bağlı ortaya çıxan problemlər, bir sıra müxtəlif aspektli baxışlar müəllifin şərhində oxucuların nəzərinə çatdırılır.

Əsərin III cildi də çox maraqla oxunur. Belə düşünürük ki, müəllifin buradakı elmi şərhlərinin və təhlillərinin fəlsəfi, xüsusilə də idraki əhəmiyyəti diqqət çəkir. Müəllif XXI əsrin əvvəllərində milli ideologiya axtarışlarının şərhi üzərində ayrıca dayanır, Azərbaycançılığın  postklassik dövrünə keçidindən və milli konsepsiyadan bəhs edir. Əsərdə çağdaş dövrdə Güney Azərbaycan problemi və Bütöv Azərbaycan ideyasının şərhi də müəllifin diqqətindən kənarda qalmır. “Türk birliyindən Türk Dövlətləri Təşkilatınadək və Türkçülük təlimi” - III cildin sonuncu fəsli belə adlanır. Bu sonuncu məsələ ilə əlaqədar materiallar dərindən araşdırılır, onların ictimai-siyasi, fəlsəfi-sosioloji mənası-qiyməti müəllifin tədqimatında oxucunu razı salır. Müəllif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır!”, “XXI əsr Türk dünyasının əsri olacaqdır!” fikirlərini nəzəri əsas kimi götürür.

Əsərdə müəllif iş yoldaşlarının, həmkarlarının kitabın müzakirəsi zamanı söylədikləri ciddi tənqidi qeydləri nəzərə alır.

Əsərin daha məzmunlu, oxunaqlı çıxmasında Azərbaycanın dəyərli filosofları Əli Abasovun (elmi redaktor), Əbülhəsən Abbasovun (rəyçi), Füzuli Qurbanovun (rəyçi), Rafail Əhmədlinin (rəyçi) və digərlərinin müsbət əməyini yüksək qiymətləndirirəm. Professor İlham Məmmədzadənin tövsiyələrinin və tənqidi iradlarının nəzərə alınması da müsbət mənada diqqəti cəlb edir.

“Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” çoxcilidliyi ilə əlaqədar bəzi tövsiyələrimi də bildirmək istərdim. Əvvala, əsərdə ara-sıra rastlaşdığım adi şərhçiliyin müəllifin gələcək elmi yaradıcılığında aradan qaldırılması, bunun əvəzində elmi-məntiqi təhlilin gücləndirilməsi ürəyimdən olardı. Əgər müəllif öz fikirlərini, konsepsiyasını, postulatını qətiyyətlə söyləyirsə və bu halda çoxlu dəlillər göstərməsini, daha dəqiq desək, sadalamasını uyğun saymıram. Şərhdə lakoniklik, fikir yığcamlığı daha üstün yer tutmalıdır. Həmçinin çox arzulayardım ki, Cəmaləddin Əfqani (əslində Əsədabadi), İsmayıl bəy Qaspıralı ilə bağlı mövzular Faiq müəllimin rəhbərlik etdiyi Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsində elmi tədqiqat mövzuları sırasına daxil edilsin.

Görkəmli filosofumuz Faiq Ələkbərliyə daha böyük elmi yaradıcılıq istəyi ilə.

İzzət Rüstəmov,

Fəlsəfə elmləri doktoru, professor

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2026 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri