Icma.az
close
up
RU
Azərbaycan jurnalistikasının tarixi irsi və çağdaş inkişaf mərhələsi...

Azərbaycan jurnalistikasının tarixi irsi və çağdaş inkişaf mərhələsi...

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

22 iyul Azərbaycan ictimai fikir tarixində mühüm əhəmiyyətə malik bir gündür. Məhz bu tarixdə, 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” qəzeti ilə milli mətbuatımızın əsası qoyulub. Bu əlamətdar gün ölkəmizdə rəsmi olaraq Milli Mətbuat Günü kimi qeyd olunur. Həmin tarixdən etibarən Azərbaycan jurnalistikası cəmiyyət həyatının fəal və ayrılmaz bir hissəsinə çevrilib.

Bu gün milli mətbuatımızın keçdiyi zəngin və şərəfli yolun, onun milli-mənəvi dəyərlərin qorunmasında, maarifçiliyin inkişafında və dövlətçiliyin möhkəmləndirilməsində oynadığı mühüm rolun dərk edildiyi və yüksək qiymətləndirildiyi gündür.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə söyləyib.

Onun sözlərinə görə, “Əkinçi” qəzetinin nəşri ilə milli mətbuatımızın əsası qoyulmaqla, ölkədə ictimai fikrin formalaşmasında yeni bir mərhələ başlandı. Həsən bəy Zərdabinin əsasını qoyduğu maarifçilik və cəmiyyətin inkişafına xidmət edən jurnalistika ənənəsi sonralar “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin”, “Tərəqqi” və digər qəzet-jurnallar vasitəsilə davam etdirildi. Bu nəşrlər təkcə informasiya vasitəsi deyil, həm də xalqımızın milli oyanışının və müstəqillik ideyalarının təşəkkül tapmasının əsas tribunasına çevrildi. Əsas ideya və missiyası maarifçilik olan “Əkinçi” qısa ömrünə baxmayaraq, Azərbaycan ictimai fikir tarixində dərin və silinməz iz qoydu. Çar Rusiyası dövründə senzura ilə mübarizə apararaq cəmiyyətin milli şüurunun oyanmasına təkan verən bu qəzetin fəaliyyəti yalnız jurnalistikamızın deyil, eyni zamanda, Azərbaycan ziyalılığının ideoloji təməl sütunlarından biri kimi dəyərləndirilir.

Deputat qeyd edib ki, Azərbaycan Respublikasının müasir dövründə mətbuatın inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi ilə 1993-cü ildən etibarən medianın azad və müstəqil fəaliyyəti üçün geniş imkanlar yaradıldı, senzura ləğv olundu, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması, hüquqlarının müdafiəsi və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndərin “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir” fikri, onun mətbuata verdiyi yüksək dəyərin bariz ifadəsidir. Ümummilli Liderin əsasını qoyduğu media siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi altında media ilə dövlət arasında münasibətlər yeni mərhələyə qədəm qoyub, 2008-ci ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. 2021-ci ildə isə bu fondun bazasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi təsis olunub.

Prezident İlham Əliyevin media sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində ölkəmizdə mətbuatın modernləşdirilməsi, rəqəmsal müstəvidə inkişaf etdirilməsi, iqtisadi müstəqilliyinin təmin olunması və peşəkar jurnalistikanın təşviqi istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Onun 2021-ci ildə imzaladığı “Media haqqında” Fərman və bu çərçivədə qəbul edilən yeni qanunvericilik aktları media sisteminin hüquqi, təşkilati və iqtisadi əsaslarının təkmilləşdirilməsinə yönəlib.

Yeni media qanunu informasiya təhlükəsizliyinin qorunması, jurnalistlərin hüquqlarının genişləndirilməsi, eləcə də media sektorunun şəffaf və dayanıqlı fəaliyyətinin təmin olunmasını hədəfləyir. Qəbul edilən islahatlar nəticəsində medianın vergidən azad edilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, ipoteka kreditlərinə çıxış imkanlarının yaradılması, müasir media layihələrinin dəstəklənməsi və beynəlxalq inteqrasiyanın təmin olunması istiqamətində mühüm addımlar atılıb.

“Azərbaycan mətbuatı ölkəmizin müasir tarixində baş verən mühüm hadisələrin, xüsusilə də Vətən müharibəsinin informasiya təminatında əvəzsiz rol oynayıb. İkinci Qarabağ müharibəsi dövründə media həm cəbhədən operativ və dəqiq məlumatların çatdırılmasında, həm də dezinformasiyalara qarşı aparılan informasiya mübarizəsində ön cəbhədə yer alıb. Jurnalistlər bu dövrdə informasiya döyüşçüsünə çevrilərək, Azərbaycan əsgərinin qəhrəmanlığını, ölkəmizin haqq səsini dünyaya çatdırmaqda böyük fədakarlıq göstəriblər. Bu xidmətlərinə görə bir sıra jurnalistlər müxtəlif fəxri adlara layiq görülüb, medallarla təltif olunub. Prezident İlham Əliyevin “Azərbaycan mətbuatı artıq yüksək səviyyəyə qalxıb” fikri, medianın dövlət maraqlarının qorunmasında və milli həmrəyliyin gücləndirilməsində oynadığı rolu dəqiq ifadə edir.

Son illərdə Azərbaycan mediası beynəlxalq səviyyədə də fəal mövqe nümayiş etdirməyə başlayıb. Xüsusilə Türkiyə ilə imzalanmış “Media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu bu istiqamətdə əhəmiyyətli addımlardan biridir. Sənəd iki qardaş ölkə arasında media sahəsində ortaq maraqlar əsasında sıx əməkdaşlığı nəzərdə tutur. Bu əməkdaşlıq çərçivəsində dezinformasiyaya qarşı birgə mübarizə, ortaq televiziya və kino layihələrinin hazırlanması, peşəkar təcrübə mübadiləsi və gənc jurnalistlərin yetişdirilməsi istiqamətində mühüm təşəbbüslər həyata keçirilir.

Bundan əlavə, Şuşada təşkil edilən Qlobal Media forumlar – 2023-cü ildə “Yeni media və 4-cü Sənaye İnqilabı”, 2024-cü ildə isə “Dezinformasiyaya qarşı mübarizə” mövzularında keçirilən tədbirlər Azərbaycan mediasının qlobal informasiya gündəmində fəal iştirak etdiyini bir daha nümayiş etdirib”, - deyə Şahin Seyidzadə vurğulayıb.

Deputatın sözlərinə görə, müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, rəqəmsallaşma, süni intellekt və sosial media platformalarının yayılması media sektorunun da fəaliyyətini yeni mərhələyə daşıyır. Bu kontekstdə jurnalistikanın etik prinsiplərinin qorunması, saxta xəbərlərlə mübarizə, media savadlılığının artırılması və ictimai maraqların müdafiəsində məsuliyyətli mövqenin qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan mediası bu yeni çağırışlara cavab vermək üçün həm texniki, həm də peşəkar baxımdan daim yenilənməli, cəmiyyətin artan informasiya tələblərinə cavab verməlidir. Xüsusilə gənc jurnalistlərin peşəkarlığının artırılması, media mühitində təlimlərin təşkili və texnoloji innovasiyalara uyğunlaşma ön plana çıxır.

Azərbaycan milli mətbuatı ötən 150 il ərzində böyük və şərəfli inkişaf yolu keçib, milli şüurun formalaşmasında, azadlıq ideyalarının yayılmasında, dövlətçilik təfəkkürünün bərqərar olmasında, cəmiyyətin maarifləndirilməsində mühüm rol oynayıb. Bu gün isə Azərbaycan mediası Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “milli maraqların müdafiəçisi, söz azadlığının təminatçısı, cəmiyyətin vicdanı və dövlətin tərəfdaşı” funksiyalarını yerinə yetirməyə davam edir.

2025-ci il Azərbaycan milli mətbuatının 150 illik yubileyi ilə əlamətdardır. Bu möhtəşəm yubiley təkcə tarixi hadisə deyil, həm də milli medianın gələcək inkişafına, onun müasir dövrdə tutduğu mövqenin yenidən dəyərləndirilməsinə, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsinə yönəlmiş böyük ideoloji mərhələdir. Azərbaycan mediası gələcəyə nikbinliklə baxaraq, həm milli irsi qoruyacaq, həm də informasiya cəmiyyətinin çağırışlarına cavab verəcək müasir və güclü media mühitini daha da möhkəmləndirəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 İyul 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri