Icma.az
close
up
RU
Azərbaycan kəhriz istifadəsində dünyada 4 cü yerdədir

Azərbaycan kəhriz istifadəsində dünyada 4 cü yerdədir

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycanda 150-yə qədər kəhrizi bərpa edib, lakin əksəriyyətini bərbad vəziyyətə salıb.

"Cebheinfo.az" xəbər verir ki, bunu AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" çərçivəsində baş tutan "Qlobal iqlim dəyişikliyi: Azərbaycanda quraqlıq risklərinin idarəolunması" panelində bildirib.

Ə Quliyev qeyd edib ki, kəhrizlərin bərpası böyük maliyyə və elmi hazırlıq tələb edir: "Bu qədim sistem geologiya, hidrogeologiya, topoqrafiya və geodeziya biliklərinin nəticəsidir. Onları özbaşına bərpa etmək bərbad vəziyyətə gətirir. Hazırda Baş Qərvənd kəndində kəhrizin mühəndislik üsulları ilə bərpası planlaşdırılır".

O, Azərbaycanın kəhriz potensialının quraqlıqla mübarizədə əhəmiyyətini vurğulayıb: "Məsələn, Cəbrayılda çay yoxdur, yeganə su mənbəyi kəhrizlər və bulaqlardır. İl ərzində kəhrizlər 400-500 milyon kubmetr su təmin edir. Dünyanın 40 ölkəsində kəhrizlərdən istifadə olunur və Azərbaycan bu siyahıda 4-cü yerdədir".

Ə.Quliyev əlavə edib ki, işğaldan azad olunmuş ərazilərdə də böyük kəhriz ehtiyatları mövcuddur: "Ağdam su anbarının ehtiyatı 22 milyon kubmetrdirsə, əvvəlcə həmin rayondakı 98 kəhriz vasitəsilə 68 milyon kubmetr su götürülüb. Füzuli rayonunda 73 kəhrizin 19 milyon, Cəbrayılda 111 kəhrizin 34 milyon kubmetr su təminatı var. Qarabağın digər bölgələrini də nəzərə alsaq, toplam 122 milyon kubmetr kəhriz su ehtiyatımız mövcuddur".

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri