Icma.az
close
up
RU
Azərbaycan MDB də 4 cü yerdədir

Azərbaycan MDB də 4 cü yerdədir

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan kommersiya yüklərinin daşınması (boru kəməri ilə nəql istisna olmaqla) üzrə MDB ölkələri arasında 2024-cü ilin yekunlarına görə 4-cü olub.

Bakıvaxtı.az-ın MDB Dövlətlərarası Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2024-cü ildə ölkədə 171 milyon ton yük daşınıb ki, bu da 2023-cü illə müqayisədə 5,7 % çoxdur.

Dəmir yolu nəqliyyatı ilə 18,5 milyon ton (2023-cü illə müqayisədə 1,4 % çoxdur), avtomobil nəqliyyatı ilə 143,5 milyon ton (+6,9 %), su nəqliyyatı ilə 8,6 milyon ton (-4,3 %), hava nəqliyyatı ilə isə 0,411 milyon ton (+15 %) yük daşınıb.

MDB ölkələri arasında yükdaşımaların həcminə görə Azərbaycan Ermənistan, Qırğızıstan, Moldova və Tacikistanı qabaqlayır.

Ötən il yükdaşımaların həcminə görə MDB ölkələri arasında ilk üçlüyə Rusiya - 4,064 milyard ton (+8,3 %), Özbəkistan - 1,459 milyard ton (+4,6 %) və Qazaxıstan - 783,4 milyon ton (+11 %) daxil olub.

Azərbaycandan sonrakı sıralarda isə 114 milyon ton (+15,5 %) yükdaşıma həcmi ilə Tacikistan, 53,6 milyon ton (+5,8 %) ilə Qırğızıstan, 14,2 milyon ton (+4,4 %) ilə Moldova və 10,3 milyon ton (-13,9 %) ilə Ermənistan yer alıb.

2024-cü ildə MDB məkanında yükdaşımaların ümumi həcmi 2023-cü illə müqayisədə 7,8 % artaraq 6,676 milyard ton təşkil edib.

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda yük dövriyyəsi 30,8 milyard ton/km-ə çatıb ki, bu da 2023-cü ildəkindən 17,3 % çoxdur.

Azərbaycan bu göstəricidə də Ermənistan, Qırğızıstan, Moldova və Tacikistanı qabaqlayır.

2024-cü ildə yük dövriyyəsinə görə MDB ölkələri arasında ilk üçlükdə Rusiya - 2,951 trilyon ton/km (-3 %), Qazaxıstan - 365,4 milyard ton/km (+2,2 %) və Belarus - 74 milyard ton/km (+1,5 %) qərarlaşıb.

Azərbaycandan sonrakı sıralarda isə 50,7 milyard ton/km (+3,2 %) yük dövriyyəsi ilə Özbəkistan, 13,3 milyard ton/km ilə Tacikistan (+16,9 %), Moldova - 4,3 milyard ton/km (+1,6 %), Qırğızıstan - 2,9 milyard ton/km (+4,5 %) və Ermənistan - 14,9 milyard ton/km (+14,9 %) yer alıb.

2024-cü ildə MDB-də ümumi yük dövriyyəsi 3,422 trilyon ton/km təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,1 % azdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 31 Mart 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see355

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see193

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see191

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see190

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see190

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see190

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see187

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see183

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri