“Azərbaycan” kinoteatrlarında Fransa kinosu günləri keçirilir
Icma.az, Kulis.az portalına istinadən məlumat verir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransız İnstitutu və Fransanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Bakıda "Fransa kinosu günləri" layihəsi start götürüb.
Kulis.az xəbər verir ki, filmlər Cinemastercard Kinoteatrlar Şəbəkəsinin "Azərbaycan" kinoteatrında nümayiş olunur və hər seansdan sonra kinotənqidçi Sevda Sultanovanın moderatorluğu ilə müzakirələr təşkil edilir.
Tamaşaçılara göstərilən film haqqında təhlillər təqdim olunur, filmin məzmunu barədə fikir mübadilələri aparılır.
Filmlər Azərbaycan dilində subtitrlərlə təqdim olunur ki, bu da izləyicilərin filmi yaxşı başa düşməsində rahatlıq yaradır. Ona görə də kinosevənlər üçün əla fürsət yaranır: Onlar həm keyfiyyətli film izləyir, həm də dəyərli müzakirələrin bir hissəsi ola bilirlər.
Qeyd edək ki, 29 apreldə "Əlvida, uşaqlar"(1987), 6 mayda isə "Simasız gözəllər" (1959) filmləri nümayiş olunacaq.
Ədəbiyyatşünas alimin kitabları təqdim ediləcək Gövhər Rzayeva: "150 manatla dolana bilmirəm" Azərbaycan Radiosunun tarixi - İlham Rəhimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 24 Aprel 2025 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















