Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Azərbaycan klubları “qış yuxusu”ndan necə oyandı? Tura baxış

Azərbaycan klubları “qış yuxusu”ndan necə oyandı? Tura baxış

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Misli Premyer Liqasında qış fasiləsi sona çatdı, klublar mübarizəyə qaldıqları yerdən davam etdilər. Bu turun sensasiyası kimi “Qarabağ”ın “Kəpəz”ə məğlub olmasını göstərmək olar. “Neftçi” yenə də qələbəyə həsrət qalıb, azarkeşlərini qayğılandırdı. “Araz Naxçıvan” da yeni baş məşqçi ilə qələbə qazana bilmədi.

"İmişli" – "Araz-Naxçıvan" 2:2
Qollar:
Luis Silvestr, 5. Dioqo Almeyda, 84 - Şarl Boli, 14. Coşqun Diniyev, 90+1.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 94. Rafael Vieqaş, 29. Edvin Banquera, 14. Ronaldo de Souza, 6. Yau Moses, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo, 17. Ezekiel Morqan, 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 77. Elmir Rəhimzadə, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 70. Mehdi Tahirov, 44. Həzrət İsayev, 3. Tuncay Yusifli, 30. Xəlil Mürsəlli, 10. Nikola Karaklaiç.
Baş məşqçi: Jorje Kaşkilya.
“Araz-Naxçıvan”: 94. Tərlan Əhmədli, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 24. Mustafa Əhmədzadə, 6. Patrik Andrade, 7. Hamidu Keyta, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 12. Kristian Avram, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 19. Bar Kohen.
Baş məşqçi: Andrey Demçenko.

Qubada keçirilən oyunda tərəflər hərəyə iki dəfə fərqlənsələr də, 3 xal qazanmaq heç kimə qismət olmadı. “İmişli” erkən qolla önə keçib, Demçenkonun siftəsini korladı. Amma nominal qonaqlar bu qola tez cavab verməyi bacardılar. Boli 14-cü dəqiqədə Silvestrin qoluna cavab verdi. Komandalar fasiləyə bərabərliklə yollandılar və 84-cü dəqiqəyə qədər bu hesab dəyişmədi. Son dəqiqələr bir qədər drammatik alındı. Almeyda 84-cü dəqiqədə “İmişli”ni hesabda önə çıxardı. Hər kəs aran təmsilçisinin qələbə qazanacağını düşündüyü anda Coşqun Diniyev “Araz Naxçıvan”ı məğlubiyyətdən xilas etdi.
Xalını 18-ə çatdıran “İmişli” 9-cu pillədədir. Bu pilləni “İmişli” üçün yaxşı saymaq olar. Mükafat qazanmağa çalışan “Araz Naxçıvan” isə 27 xalla 6-cı yerdədir.

"Neftçi" – "Zirə" 0:0 
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) 15. Elvin Bədəlov 77. Falaye Sako 6. Sessi Dalmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu 70. Andrey Ştoqrin 11. İmad Faraj
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 47. Murad Məmmədov 45. Vensan Abubakar 14. Edvin Kuç 27. Kristian Kostin 10. Freddi Varqas 22. Luis Ortis 23. Cordan Rezabala.
Baş məqşi: Yuri Vernidub.
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) 29. Ceyhun Nuriyev 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvil 93. Brahim Konate 5. Ange Mutsinzi 11. Junior Martins 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 8. İsmayıl İbrahimli 7. Rövlan Muradov 16. Fuad Bayramov 19. Rüfət Abdullazadə 26. Stefan Aka 9. Davit Volkov 30. Rikardo Martins 77. Yeqor Boqomolski
Baş məşqçi: Rəşad Sadıqov.

İlk oyun gününün ikinci qarşılaşmasında da qalibi müəyyənləşdirmək mümkün olmadı. Paytaxtdakı qarşılaşmada əyalətdən fərqli olaraq qapılara qol vurulmadı. Sözün düzü, “Neftçi” ilə “Zirə” heç bunun üçün ciddi-cəhd də etmədi. Sanki komandalar meydana uduzmamaq üçün çıxmışdılar. Sonda da hər iki tərəf istəyinə çatdı. “Neftçi”nin oyunun yenə də ümid vermədiyini qeyd etmək də yerinə düşər. Komanda Samir Abasovun dövründəkindən xüsusi fərqlənmədi. “Zirə” səfərdə çıxış etdiyindən bu heç-heçəni Rəşad Sadıqovun komandası üçün qazanc saymaq olar.
17 oyuna 21 xal toplayan “Neftçi” 7-ci pilləylə kifayətlənib. Aktivində 29 xal olan “Zirə” 4-cüdür.

"Şamaxı" – "Qəbələ" 0:4 
Qollar: Domi Massimo, 45. İsaak Amoah, 46. İsmael Akinade, 81. Fərid İsgəndərov, 90+4.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 82. Rüfət Abbasov, 7. Edqar Adilxanov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa. 
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 80. Həbib İsmayılov, 21. Bilal İsmayılov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 48. Ramiz Muradov, 14. Ravil Qafarov, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu. 
Baş məşqçi: Ayxan Abbasov. 
“Qəbələ”: 1. Səlahət Ağayev, 28. Murad Musayev (k), 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 24. İsmael Akinade, 33. Seydina Keyta, 3. Eduardo Kunde
16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu. 
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Quimbila
Məşqçi: George Çixradze.

“Qəbələ”də üzlər gülür. “Qırmızı-qaralar” səfərdə “Şamaxı”nı darmadağın etdi. Böyük hesablı qələbə “Qəbələ”nin qış fasiləsini boşa vermədiyinin, yeni transferlərlə heyətin gücləndiyinin göstəricisidir. Maraqlıdır ki, Şamaxıdakı oyunda “qol pərdəsi” 45-ci dəqiqədə açıldı. Ona qədər kimsə bu qarşılaşmada 4 qolun vurulacağını, özü də bu qolların hamısının meydan sahiblərinin qapısından keçəcəyini təxmin edə bilməzdi. Bu mənada “Qəbələ”nin proqnozları alt-üst etdiyini deməliyik. Onu da qeyd edək ki, cəzalı Kaxaber Tsxadadze bu qarşılaşmanı tribunadan izləyirdi.
11 xalla 11-ci pillədə olan “Qəbələ” özünü rahat hiss edə bilər. Çünki sonuncu pilləylə xal fərqi beşə bərabərdir. “Şamaxı” da 20 xalla 8-ci pillədə rahat görünür.

"Qarabağ" – "Kəpəz" 0:2 
Qollar:
Ryonosuke Ohori, 24. Ehtiram Şahverdiyev, 55
“Qarabağ”: 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 18. Dani Bolt, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai. 
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 81. Kevin Medina, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade, 35. Pedro Bikalyo, 17. Kamilo Duran. 
Baş məşqçi: Qurban Qurbanov. 
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 8. Veysəl Rzayev, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 4. Mate Abuladze, 10. Ryonosuke Ohori. 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 11. Rəhman Hacıyev, 80. Şahnur İsmayılov, 12. Mahamadu Ba. 
Baş məşqçi: Azər Bağırov.

Görünən odur ki, “Qarabağ” “Ayntraxt”la oyunun həyacanını və yorğunluğunu üzərindən atmadan “Kəpəz”lə qarşılaşmaya çıxmışdı. Qurban Qurbanovun meydana ekspremental heyət buraxması da nəticəyə öz təsirini göstərdi. “Kəpəz”in baş məşqçisi Azər Bağırov bütün bu nüansları fürsətə çevirdi. Onun yetirmələri də ələ düşən fürsətləri dəyərləndirincə “Qarabağ” “Kəpəz”ə 0:2 hesabıyla məğlub oldu. Qurban Qurbanov ikinci hissədə dəyişikliklərə əl atsa da, gedişatı dəyişmək mümkün olmadı.
Xalını 12-ə çatdıran “Kəpəz” 10-cu pilləni “Qəbələ”dən geri aldı. 36 xallı “Qarabağ” isə lider “Sabah”ın ən yaxın təqibçisidir.

"Turan Tovuz" – "Sumqayıt" 2:1 
Qollar:
Hayderson Hurtado, 13. Rəhim Sadıxov, 69 - Hayderson Hurtado, 60 - öz qapısına
“Turan Tovuz”: 1. Oleq Baklov, 29. Filip Ozobiç, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev (k), 11. Ayxan Hüseynov, 5. Roderik Miller, 23. Alexandro Serrano, 99. İbrahima Vadji, 15. Emmanuel Hakman, 32. Hayderson Hurtado, 7. Xorxe Silva.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev, 10. Xəyal Nəcəfov, 2. Abdulla Rzayev, 73. Ülvü Mədətov, 14. Murad Dadaşev, 3. Enrike Silva, 90. Joarlem Santos, 19. Roberto Olabe, 8. David Tavares.
Baş məşqçi: Kurban Berdıyev.
“Sumqayıt”: 22. Xəyal Fərzullayev, 3. Höccət Haqverdi, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskes, 80. Keffel Resende, 95. Nsana Simon, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 56. Aftandil Arixov, 12. Murad Ağamalıyev, 29. Emil Mustafayev, 24. Sənan Muradlı, 64. Kənan Feyziyev, 66. Ruslan Əliyev, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 71. Masaki Murata, 11. Aleksa Yankoviç.
Məşqçi: Veliçko Kaplanoviç.

“Turan Tovuz” Sumqayıtda yerli komandanı ev sahibi statusunda qəbul edirdi. Maraqlıdır ki, “Turan Tovuz” bu dəfə də Sumqayıtda qələbə qazanmağı bacardı. Hayderson Hurtado erkən qollar tovuzlu azarkeşləri sevindirdi. Amma 60-cı dəqiqədə məhz o qapıların yerini dəyişik salmaqla “Sumqayıt”ın bərabərlik qolunu vurdu. Bu qol “Sumqayıt”ı ümidləndirsə də, 9 dəqiqə sonra “Turan Tovuz” yenidən hesabda önə çıxdı. Qərblilərə qələbə gətirən qola Rəhim Sadıxov imza atdı.
30-cu xalını qazanan “Turan Tovuz” əsas rəqiblərini qabaqlayıb, 3-cü pilləyə yüksəlməyi bacardı. “Sumqayıt” isə 27 xalla beşincidir.

"Sabah" – "Karvan-Yevlax" 4:1 
Qollar:
A.Maluda, 9, 21. U. Rahmonaliyev, 32. Velko Simiç, 85. - Olavale Doyeni, 82
“Sabah”: 92. Stas Pokatilov (k), 46. Aleksey İsayev, 9. Xəyal Əliyev, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 72. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 10. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 53. Andrey Santos, 83. Stefen Ende.
Baş məşqçi: Valdas Dambrauskas.
“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 17. Samir Abdullayev, 5. Emin Rüstəmov, 20. Coy Sleyd Mikels, 2. Şakil Sno, 11. Kayl Spens, 37. Mois Nqvisani, 19. Tompson Qavi, 8. Peter Kinqs, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 16. Rauf Rüstəmli, 10. Samuel Durrant.
Baş məşqçi: Fizuli Məmmədov.

“Qarabağ”ın məğlub olduğu turda “Sabah” sensasiyaya imkan vermədi. “Bayquşlar” doğma meydanda “Karvan-Yevlax”ın qapısında 4 dəfə yol tapmaqla 3 xal qazandılar. Qonaqlar bu qollardan yalnız birinə cavab verə bildilər. Bu isə “Qarabağ”la xal fərqinin 4-ə yüksəlməsi demək idi. Hesabı bir tərəfə qoysaq, “Sabah” rəqibindən bir neçə baş üstün idi. Deməli, meydan sahiblərinin qazandığı bu qələbəni də qanunauyğunluq saya bilərik.
40 xallı “Sabah” turnir cədvəlinə inamla liderlik edir. “Karvan-Yevlax” isə əks qütbdə yer alır. Elitanı tərk etməyə namizəd olan əyalət təmsilçisinin aktivində cəmi 6 xal var.

Amal Abuşov

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://fanat.az
archiveBu xəbər 26 Yanvar 2026 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri