Icma.az
close
up
RU
Tam Neftçini biz qış fasiləsindən sonra görəcəyik Tura baxış

Tam Neftçini biz qış fasiləsindən sonra görəcəyik Tura baxış

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Neftçi" - "Qarabağ" oyunun hamı çox səbirsizliklə gözləyirdi . "Qarabağ"ın "Lion"la oyundan sonra bir çox futbolçularına istirahət verməsi hardasa "Neftçi" azarkeşlərini bir az ümidləndirmişdi. Çünki "Neftçi" oyunçuları ilə "Qarabağ"ın həmin gün heyət də buraxdığı futbolçular demək olar ki, bərabər səviyyədə olan futbolçular idi. İlk yarıda Yuri Matiasın etdiyi kobud səhv komandanın sonrakı dəqiqələrdə oyununa təsir göstərdi. Baxmayaraq ki, epizodlarla "Neftçi" toparlanmağa çalışdı . Lakin "Qarabağ" kimi rəqiblə bunu tam bacarmadı ."Qarabağ" ilk yarıda hesabı qoruyub saxlayaraq fasilədən həmən sonra üstünlüyünü gücləndirərək "Neftçi" üzərində qələbəsini rəsmiləşdirdi. Hətta bəzən "Neftçi" qapısı qarşısında qol epizodları zamanı  müdafiəçilər nə edəcəklərini müəyyənləşdirə bilmirdilər. Amma indiki halda "Neftçi" irəliyə baxmalıdı ki, xallar toplayaraq ilk sıralara yaxınlaşaraq vəziyyəti düzəltsin. Klubda məşqçi dəyişikliyi baş verdikdən sonra "Neftçi"də sanki bir az dəyişiklik görsənməyə başlayıb. Amma tam "Neftçi"ni biz qış fasiləsindən sonra görəcəyik".

Bunu Sport24.az-a açıqlamasında Adil Şükürov deyib.

O, Misli Premyer Liqasının XV turunda baş tutan digər qarşılaşmaları şərh edib:

"Araz Naxçıvan" - "Turan Tovuz" oyununa baxanda görsənən o idi  ki, komandalar minimum səhvlə maksimum nəticə qazanmağa çıxmışdı. Həm də bu klublar turnir cədvəlində qonşudurlar. Bu oyunda qalib gələn digər komanda üzərində üstünlüyünü gücləndirərək və gələcək oyunlara daha yaxşı motivasiya ilə çıxacaqdı. Biz bunu Naxçıvan təmsilçisinin oyun ərzində daha çox üstün oyun sərgiləməsi ilə şahidi olduq. "Turan Tovuz" isə oyunu rəqibin səhv etməsini gözləyərkən, sanki oyuna ikinci nömrə kimi oyuna çıxmışdı. Lakin 75-ci dəqiqədə müdafiədə buraxdığı kobud səhvdən sonra komanda hesabda geri düşdü. Buraxılan qoldan sonra, komanda nə qədər çalışsa da, nəticəyə təsir edəcək hücumlar qura bilmədi. Qərb təmsilçisi cinahlardan hücum quramaqla, daha çox Faiq Hacıyevin cinahından buna cəhd edirdi ki, məğlubiyyətdən qaçsın. Lakin "Araz Naxçıvan" daha dəqiq oynayaraq bu oyunda üstünlüyünü qoruya bildi . Tovuz təmsilçisi əksər hücumların cinah asmaları üzərindən quraraq hazırlaşmışdısa, rəqib daha çox müdafiənin arxasına uzun ötürmələr etməklə oyuna hazırlaşmışdı. Bu hücumların birində Qara Qarayevin uzun ötürməsindən sonra Felipe Santos Hakmanın səhvindən lazımınca yararlandı. Bununla da ən yaxın izləyicisindən 9 xal uzaqlaşaraq ikinci yerdə gücləndi.

"Sabah" - "Səbail" oyunu daha çox yenilərin mübarizəsi kimi xarakterizə oluna bilər. Vasili Berezutski təyin olunandan sonra qısa vaxt ərzində komandanı "Səbail" ilə oyuna çıxardaraq, 7 turdan sonra minimal hesabla qalib gəlməklə komandanın avrokubok uğrunda yarışda qaldığını göstərdi. "Sabah" yaxşı futbolçulardan təşkil olunmuş bir kollektivdir. Berezutski komandaya öz oyun fəlsəfəsini qısa vaxtda aşılaya bilsə, düşünürəm ki, çempionatımız daha maraqlı olacaq. Çünki "Sabah"da olan futbolçular Premyer Liqada ilk üçlükdə olmaq gücünə sahibdir ."Səbail"ə gəldik də isə, milli komandalara görə yaranmış fasilədə komanda ilə tanışlığı olmuşdu. Düşünürəm qarşıdakı turlarda "Səbail"də bəzi dəyişikliklər görəcəyik. Qarşıdan gələn turlar "Səbail" üçün Premyer Liqada qalmaq baxımından çox önəmli turlardır. Qış fasiləsinə qədər maksimum çalışıb yarışdan qopmamaq lazımdır.

"Şamaxı" - "Kəpəz" oyunu daha çox mübarizə şəraitində keçdi. Bu oyun "Kəpəz" üçün vaciblik baxımından daha öndə idi. Çünki "Kəpəz" gözlənilən transferləri etdikdən sonra Azər Bağırov komandanın nəticələrini yaxşılaşdırmalı idi . Klubda olmuş biri kimi deyə bilərəm ki, komandaya nəzərdə tutulan təcrübəli futbolçuların transferindən sonra əvvəl cəlb olunmuş cavan futbolçular təcrübə toplayıb yerli çempionata uyğunlaşmalı idilər. Bundan sonra isə Gəncəlilər çempionatda yerini qorumaq uğrunda tam gücü ilə mübarizə apara bilərd. Gələn sezon isə hazır bir "Kəpəz" kimi adına layiq çıxış edəcəkdi. 

"Zirə" - "Sumqayıt" oyununda ardıcıl "Sumqayıt" futbolçularının səhvlərindən sonra Davit Volkov hesabı açmaqla "Sumqayıt"ı güclü "Zirə" qarşısında geri saldı. Nəzərə alsaq ki, Rəşad Sadıqovun rəhbərliyi ilə "Zirə" dördüncü sezondur çempionatda çıxış edir və bu komanda artıq tam formalaşıb. "Zirə" rəhbərliyi komandanı tam formalaşması üçün istər büdcə baxımından, istərsə oyunçu keyfiyəti baxımından ilk üçlükdə olan  "Turan Tovuz" və "Araz Naxçıvan" üstün olması üçün bütün gücünü səfərbər edib. "Sumqayıt"la oyunun birinci hissəsində bunu biz qismən gördük. Lakin "Zirə"nin bu üstünlüyünə baxmayaraq "Sumqayıt" özündə güc taparaq hesabı bərabərləşdirdi. Amma bundan artığına "Sumqayıt" futbolçularının gücü yetmədi. Həmin gün "Zirə" meydanda olan futbolçuların ustalığı hesabına rəqibini məğlub yola saldı. Lakin buna baxmayaraq "Sumqayıt" Vaqif Cavadovun rəhbərliyi altında heç "Zirə" qarşısında bir o qədər zəif təsir bağışlamadı. Amma yenə "Sumqayıt"da olan məşqçi dəyişikliyindən sonra qısa bir vaxt ərzində Vaqif Cavadov hər kəsi təəccübləndirməyi bacardı. Komanda Vaqif Cavadovun gəlişindən sonra altı oyuna 9 xal yığıb. Qış fasiləsinə qədər olan oyunlarda komanda xallar yığaraq hər kəsi təəccübləndirməkdə davam edəcəyinə inanıram".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://sport24.az
archiveBu xəbər 03 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri