Icma.az
close
up
RU
Azərbaycan klublarının Avropa macərası

Azərbaycan klublarının Avropa macərası

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıtda Mehdi Hüseynzadə adına stadionda keçirilən futbol üzrə Azərbaycan kubokunun finalı olduqca gərgin və maraqlı oldu. “Sabah” əzmkarlıq nümayiş etdirərək son çempion “Qarabağı” 119-cu dəqiqədə vurduğu qolla məğlub etdi və kubokun 10-cu sahibi oldu. Bundan sonra ölkəmizi avrokuboklarda təmsil edəcək komandaların tam siyahısı məlum oldu.

Finalda məğlubiyyətə baxmayaraq, “Qarabağ” yenə də Çempionlar Liqasında gücünü sınayacaq.Ölkə liqasını 89 xalla 1-ci pillədə başa vuran Qarabağ  Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.Hər il olduğu kimi, bu il də “Qarabağ”a ümidlər böyükdür.Lakin, transfer yoxluğu və gözlənilməz “Sabah” məğlubiyyəti azarkeşlərdə müəyyən suallar doğurur.

"Köhlən atlar"ı məğlub edərək adını tarixə salan masazırlılar tarixində ilk dəfə Avropa liqasında iştirak etmək hüququ qazanıb. "Bayquşlar" indiyədək 23/24 və 24/25 mövsümlərində Konfrans liqasının təsnifat mərhələsində çıxış ediblər. Təcrübə baxımından düşünsək, bunu olduqca az qiymətləndirmək olar.Həm də bir məqam da var ki, “Sabah” bu mövsüm qeyri-stabil çıxış edib və liqanı 5-ci pillədə başa vurub.Gözlənilməz məğlubiyyətlər, xal itkiləri klubda bir növ inamsızlıq yaradıb. Mövsümün uğursuzluqlarını unutmaq istəyən “Bayquşlar” Avropa liqasında çıxışına böyük ümidlər bəsləyir. Komanda kifayət qədər səviyyəli futbolçulara sahibdir. Üstəlik daha güclü heyətin formalaşdırılacağına dair mesajları da var. Əgər baş  məşqçi mövzusunda da “Sabah” uğurlu olsa, qrup mərhələsinə də iddia edə bilər. Diqqətçəkən məqam budur ki, komandanın  potensial rəqibləri arasında böyük adlar var. Ona görə də püşkatma onların iddiasına təsir edə bilər.

74 xalla liqanın 2-ci pilləsində qərarlaşan "Zirə" mövsümün sonuna bir neçə tur qalmış Konfrans liqasında iştirakı təmin etmişdi. Bu, "Qartallar"ın ilk təcrübəsi deyil. Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda dəfələrlə avrokuboklarda çıxış edib və müəyyən bir təcrübəyə malikdir.Onlar ötən yay pleyy-offa qədər irəliləmişdilər.İndi isə hədəf daha böyükdür- qruplarda çıxış etmək. Qəsəbə təmsilçisi yaxşı oyun sisteminə malikdir.Hər şey istədiyimiz kimi alınsa bu yay “Zirə”ni Konfrans liqasının daha üstün mərhələlərində görə bilərik.

Avropaya yollanacaq son klub "Araz-Naxçıvandır". Mövsüm ərzində əzmkar futbol nümayiş etdirən "Boz Qurdlar” liqanı 58 xalla 3-cü pillədə başa vurub. Bu, Naxçıvan təmsilçisinin ilk Avropa macərası olacaq. Elmar Baxşıyevin yetirmələri eyni əzmkarlığı Avropada da nümayiş etdirə bilsə, bu futbolumuz adına böyük töhfə olar.Baxşıyev bacarıqlı və savadlı məşqçidir.Bu səbəbdən futbol ictimaiyyəti ona inam bəsləyir.Klub rəhbərliyinin isə illərlə toplanan təcrübəsi var.

Transferlər və azarkeş dəstəyi olsa, biz bu yay maraqlı oyunlara şahid ola, şansımız da gətirsə yeni bir tarix yaza bilərik.Təbii ki, bütün bunlar sadəcə təxəyyüldür və olacaqları görmək üçün təsnifat mərhələsinin ilk matçlarını-iyul ayının əvvəlini gözləməliyik. 


Rafael Məcidov
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 İyun 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see466

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see349

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see267

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see259

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see248

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see229

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see221

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see217

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see209

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see199

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see198

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see197

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see197

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see193

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see192

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see186

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see172

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see168

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see166

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri