Azərbaycan klubu bombardirini razı sala bilmədi
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Şamaxı" klubu mövsümün sonunda aparıcı futbolçularından biri ilə yollarını ayıracaq. Sport24.az-ın bölgə təmsilçisindən əldə etdiyi məlumata görə, İsveçrəli hücumçu Karim Rossi komandada qalmayacaq.
Klub rəhbərliyi 31 yaşlı forvarda yeni müqavilə təklif etsə də, futbolçu bu təklifi qəbul etməyib. Bildirilir ki, Rossinin başqa klublardan daha sərfəli təklifləri var və o, karyerasını daha yüksək maaşla davam etdirmək niyyətindədir.
2025-ci ildə "Şamaxı"ya qoşulan hücumçu cari mövsümdə Premyer Liqada 9, Azərbaycan Kubokunda isə 3 qol vuraraq komandanın ən məhsuldar oyunçularından birinə çevrilib.
Qeyd edək ki, Karim Rossinin "Şamaxı" ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Bu mövzuda digər xəbərlər:“Milan” kapitanını razı sala bilmədi
25 Fevral 2025 21:15
“Kəpəz” sabiq futbolçusunu razı sala bilmədi
15 İyul 2026 10:00
MKİ direktoru Putini razı sala bilmədi
04 Sentyabr 2026 23:47
Arsenal milli üzvünü qalmağa razı sala bilmədi
04 Avqust 2025 09:02
Neftçi razı sala bilmədi: Qazaxıstan klubunu seçdi
04 Fevral 2025 12:19
Baxış sayı:129
Bu xəbər 24 Mart 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















