Icma.az
close
up
RU
MKİ direktoru Putini razı sala bilmədi

MKİ direktoru Putini razı sala bilmədi

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Ötən həftə gözlənilməz səfərlə Moskvaya gedən Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Vladimir Putini Ukrayna məsələsində güzəştlərə getməyə inandırmaq cəhdi nəticəsiz qalıb. Əksinə, onun səfəri Kremlin mövqeyini daha da sərtləşdirib.

Bu barədə The Washington Post Qərb rəsmiləri və Rusiya elitasının nümayəndələri arasındakı mənbələrə istinadən yazır.

“WP”-nin həmsöhbətlərinin sözlərinə görə, Retkliff Rusiya xüsusi xidmət orqanlarının rəhbərliyini Moskvanın zəif vəziyyətdə olduğuna və eskalasiyanın vəziyyəti yalnız daha da pisləşdirəcəyinə inandırmağa çalışıb. Lakin Moskvadakı görüşlərdən sonra o, xəbərdarlıqlarını çatdıra bilsə də, məsələdə irəliləyişə nail olmadığını anlayıb. Nəşrin mənbələrindən biri deyib ki, Rusiyada onun səfəri “Putini müharibəni dayandırmağa inandırmaq cəhdi kimi qiymətləndirildi, Putin isə bunu zəiflik kimi qəbul etdi”.

Nəşrin məlumatına görə, Retkliffin səfərinin əsas məqsədi Kremlə çatdırmaq olub ki, əgər Rusiya Donbasın Ukrayna tərəfindən tamamilə təslim ediləcəyinə ümid edirsə, “bu, sadəcə baş verməyəcək”. O, həmçinin müharibənin davam etdirilməsinin Rusiyanın maraqlarına uyğun olmadığını çatdırmağa çalışıb. Tramp administrasiyası bu təmaslar üçün Putinin yaxın çevrəsinin nüfuzlu üzvü olan FSB direktoru Aleksandr Bortnikovu xüsusi olaraq seçib. Mənbənin sözlərinə görə, Bortnikovun iştirakı ilə daha əvvəl məhbus mübadilələri də həyata keçirilib.

“WP” qeyd edir ki, Retkliffin mövqeyinin Putinin vəziyyətə baxışından xeyli fərqli olduğu üzə çıxıb. MKİ direktorunun səfərindən sonra Rusiya Kiyevə zərbələri gücləndirib. Nəticədə son 4 gündə azı 9 nəfər həlak olub, həmçinin ilk dəfə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) əsas binasına da zərbə dəyib.

Rusiya diplomatik korpusuna yaxın mənbə WP-ya bildirib ki, bu, Vaşinqtona müəyyən mesaj ola bilər: “Rusiya hücum əməliyyatını davam etdirir və mövqeyini daha çevik mövqeyə dəyişmək üçün məna görmür.”

Rusiya iqtisadiyyatında problemlərin artmasına baxmayaraq — büdcə kəsiri 7 ay ərzində 6,5 trilyon rubla çatıb, neft emalı zavodlarına zərbələr səbəbindən ölkə benzin istehsalının üçdə birini itirib və yanacaq böhranı ilə üzləşib — Kreml daxilində belə bir qənaət var ki, müharibənin daha bir neçə ay davam etməsi Rusiya üçün problem deyil, Ukrayna üçün isə böyük problem yaradacaq. Bunu WaPo-ya biznes rəhbərlərindən biri deyib.

“Putin vaxtın onun tərəfində olduğuna ümid edir. Çünki yanacaq və iqtisadi artımla bağlı problemlərə baxmayaraq, Rusiya əhalisi Ukrayna əhalisi qədər etiraz etməyə hazır deyil”, – deyə mənbə izah edib.

Onun sözlərinə görə, Rusiya rəhbərliyi hesab edir ki, Kiyevdə və onun ətrafında enerji infrastrukturu və su təchizatı sistemləri bombalanarsa, bu, cəmiyyətdə narazılığı maksimum həddə çatdıracaq və hökumət müharibəni başa çatdırmağa məcbur olacaq.

WP-nun mənbəsi hesab edir ki, bombardman kampaniyası “Rusiyanın edə biləcəyi yeganə şeydir”. Çünki Ukrayna ordusunu və onun malik olduğu resursları məhv etmək “son dərəcə çətindir”.

Mənbə hesab edir ki, Bortnikov böyük ehtimalla müharibənin davam etdirilməsinin risklərini — yanacaq qıtlığının dərinləşməsini, istehlak qiymətlərinin artmasını və mümkün etirazları — anlayır. Lakin o, Putinin yanına gedərək hazırkı cəbhə xətti əsasında sülh sazişinə razılaşmağa inandırmayacaq.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Sentyabr 2026 23:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see330

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see291

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see282

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see274

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see268

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see264

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see254

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see243

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see232

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see231

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see226

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see222

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see209

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see206

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see204

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see198

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see195

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see193

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri