Azərbaycan klubunda kütləvi rəhbərlik dəyişikliyi SON XƏBƏR
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Turan Tovuz"un İdarə Heyətinin həftələrdir gözlənilən iclasının vaxtı dəqiqləşib.
Sportal.az "sportinfo.az"a istinadən xəbər verir ki, rəhbərlik sabah Bakıda bir araya gələcək.
Yığıncağın gündəliyi genişdir. Burada növbəti müddətə kluba kimin başçılıq edəcəyi bəlli olacaq.
Axır 2-3 həftədə yayılan xəbərlərə görə, Ehtiram Quliyev sədr vəzifəsindən ayrılacaq. 2022-ci ilin martında Tovuz təmsilçisini himayəyə götürmüş, həmin ilin iyununda sədr postuna əyləşmiş iş adamının gedişi gözlənilir.
Bu da komandanın hakimlər vasitəsilə sıxışıdırılması ilə əlaqələndirilir.
İddialara görə, tikinti sektorunda fəaliyyət göstərən biznesmen bu münasibətə etiraz əlaməti olaraq klubun üzərindən əlini çəkməyə hazırlaşır. Onunla bərabər, İdarə Heyətinin tam tərkibdə istefa verməsi gündəmdədir.
Bu xəbərlər bir müddətdir yayılsa da, hələlik rəsmi səviyyədə təkzib edilməyib. Demək ki, od olmayan yerdən tüstü çıxmaz.
Nəsə ciddi bir şeylər var ki, heç kim dinmir, "yox" demir. Hər halda çox qalmayıb, oktyabrın 7-də bilinəcək ki, söz-söhbətin içində nə var, yox.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 06 Oktyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















