Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb, 3 nəfər məsuliyyətə cəlb olunub
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.
"Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində polis tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir", - Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Bu mövzuda digər xəbərlər:Məktəbdə jurnalisti döyən 3 nəfər məsuliyyətə cəlb olundu CİNAYƏT İŞİ
29 Oktyabr 2026 16:32
Gürcüstanda toyda azərbaycanlılar arasında insidentlə bağlı 2 nəfər saxlanılıb, 3 nəfər məsuliyyətə cəlb edilib
07 Yanvar 2026 12:03
Abşeronda futbol azarkeşləri arasında insidentlə bağlı cinayət işi başlanılıb
12 Avqust 2026 16:17
Baş Prokurorluq: Bakıda törədilən silahlı insidentlə bağlı 13 nəfər cinayət məsuliyyətinə cəlb edilib
27 Oktyabr 2026 09:05
Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
09 Yanvar 2025 10:38
Baxış sayı:100
Bu xəbər 29 Oktyabr 2026 17:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















