Azərbaycan komandası İraqda “qızıl” qazandı
Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
Azərbaycanın kamandan oxatma üzrə qadınlardan ibarət yığması İraqın Süleymaniyə şəhərində 19 ölkədən 120 idmançının iştirakı ilə keçirilən Asiya Kubokunun ikinci mərhələsində qızıl medal qazanıb.
Futbolpress.az xəbər verir ki, Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanovadan ibarət kollektiv finalda Qazaxıstan yığmasına 5:4 hesabı ilə qalib gəlib.
Azərbaycan yığması qarışıq komanda yarışlarında da uğurlu nəticə göstərib. Yaylagül Ramazanova və Məhəmmədəli Əliyev finalda İran təmsilçilərinə məğlub olaraq ikinci yeri tutublar.
Beləliklə, yığmanın aktivində artıq iki medal – bir qızıl və bir gümüş medal var.
Qeyd edək ki, turnir Ümumdünya Kamandan Oxatma Federasiyasının (World Archery) rəsmi təqviminə daxil olan Dünya reytinq turniri (World Ranking Tournament) statusuna malikdir. Bu yarış idmançılara dünya reytinqində xal toplamaq, beynəlxalq mövqelərini möhkəmləndirmək və Yay Olimpiya Oyunlarının təsnifat mərhələləri də daxil olmaqla, qarşıdakı mühüm beynəlxalq yarışlara hazırlıq baxımından dəyərli təcrübə qazanmaq imkanı yaradır.
Baxış sayı:77
Bu xəbər 29 Oktyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















