Icma.az
close
up
RU
Azərbaycan komandasının COP29 üzrə məlumatlandırma işi səmərəli oldu RƏY AZƏRTAC

Azərbaycan komandasının COP29 üzrə məlumatlandırma işi səmərəli oldu RƏY AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycan COP29 sammitində informasiya açıqlığını təmin etmək üçün modern tətbiqlərin hamısından yararlandı. Ölkəmiz yerli və beynəlxalq statuslu media subyektlərinin, qeyri-hökumət təşkilatlarının konfransda rahat iştirakı üçün zəruri olan bütün addımları atdı. Hətta fəaliyyəti mübahisə doğuran media subyektlərinin də sammitdə iştirakına şərait yaradıldı. Tipindən, siyasi təmayülündən asılı olmayaraq, bütün media subyektləri və QHT-lər üçün COP29 sammitində bərabər iştirakçılıq şərtləri tanındı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ev sahibi qismində yeniliklər edərək COP29 üzrə qeydiyyata düşən xarici jurnalistlər və QHT təmsilçiləri üçün 2024-cü ilin may-iyun aylarında Almaniyanın Bonn şəhərində məlumatlandırıcı seminar-treninqlər də keçirdi. Rəsmi açıqlamadan məlum oldu ki, sammiti işıqlandırmaq üçün 200 nəfərdən çox yerli, 3000 nəfərdən çox xarici jurnalist qeydiyyatdan keçib. Onların sırasında dünyanın ən məşhur media qurumlarının nümayəndələrini gördük. Məsələn, milyonlarla izləyicisi olan BBC şirkəti COP29-u işıqlandırmaq üçün 20 nəfərdən çox əməkdaşını qeydiyyatdan keçirmişdi. Digər transmilli media subyektləri də mövzuya həssas yanaşmışdılar.

“Nəticə odur ki, COP29 sammiti üzrə informasiyalar qlobal xəbər gündəmində trendə çevrilib. İnternetdə axtarış sistemləri göstərir ki, sammitin keçirildiyi dövrdə beynəlxalq media subyektləri mövzu üzrə hər gün 10 minlərlə məlumat paylaşıblar. Ümumilikdə yayılan məqalələrin və məlumatların sayı 100 mindən çoxdur. Bu məlumatların mütləq əksəriyyəti dəqiq, obyektiv, qərəzsizdir. Yəni, onlar məlumatlandırma və maarifləndirmə funksiyasını icra ediblər.

COP29 üzrə məlumat yayan resursların siyahısı media subyektləri ilə məhdudlaşmır. Digər xarakterli informasiya resursları da sammiti diqqət mərkəzində saxlayıblar. Statistik məlumatların yayılmasına daha çox beynəlxalq təşkilatların, həmçinin tədqiqat mərkəzlərinin səhifələrində təsadüf edilir. Məsələn, Birləşmiş Millətlər Təşkilatının saytında COP29 sammitinin mahiyyəti, müzakirə edilən mövzular, həmçinin konfransa ev sahibliyi edən Azərbaycan barədə məlumatlandırıcı xarakterli çoxsaylı məqalələr yerləşdirilib. Təkcə BMT deyil, digər beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının saytında da COP29 və Azərbaycan barədə statistik məlumatlar yer alıb.

Dünyanın məşhur tədqiqat mərkəzləri, institut və universitetləri də COP29-la bağlı 100-lərlə məqalə və məlumat yayıb. Məsələn, öz nüfuzuna və tarixinə görə dünyada 4-cü sayılan Kembric Universiteti (Cambridge Institute for Sustainability Leadership ) “What is COP29?” sərlövhəli geniş məqalə dərc edib və orada həm COP29, həm də Azərbaycan barədə geniş məlumatlar açıqlanıb”, - deyə M.Ələsgərli vurğulayıb.

Ekspert əlavə edib ki, ekoloji mövzuda tədqiqatlar aparan beynəlxalq mərkəzlərin COP29 barədə yaydıqları materialların sayı isə daha çoxdur. Bu kontekstdə İUCA (International Universities Climate Alliance) qismində birliklərin fəaliyyəti diqqət çəkir. Alyans “UN Climate Change Conference - COP29” başlıqlı xüsusi rubrika yaradıb və bu başlıq altında 10-larca məqalə yayımlayıb. Belə institutların, elmi mərkəzlərin Bakı Sammiti barədə paylaşdıqları materialların sayı kifayət qədər çoxdur. Demək olar ki, COP29 Azərbaycanın ev sahibi olaraq təqdim etdiyi modullar sayəsində tədqiqat mərkəzlərinin, beynəlxalq təşkilatların araşdırma predmetinə çevrildi, hələ uzun illər ərzində müzakirə ediləcək mövzu kimi tarixə düşdü.

Eyni yanaşma transsərhəd və transmilli media subyektlərinin səhifələrində də müşahidə olunur. COP29 sammitində 196 ölkədən rəsmi nümayəndə heyətləri iştirak etdi. Həmin ölkələrin media resurslarında ən azı öz nümayəndə heyətlərinin səfərləri barədə informasiya verildiyini nəzərə alsaq, o zaman beynəlxalq media qurumlarında COP29 və Azərbaycan barədə nə qədər çox məlumatlandırıcı informasiyanın yayıldığını təsəvvür edə bilərik.

Yekun nəticə budur ki, Azərbaycan komandasının COP29 üzrə məlumatlandırma işi səmərəli oldu. Sammitdə müzakirə olunan mövzular, Azərbaycanın ev sahibliyi üzrə peşəkar fəaliyyəti barədə zəruri informasiyalar beynəlxalq ictimai rəyə uğurla çatdırıla bildi. Azərbaycanın COP29-a uğurlu ev sahibliyi etməsi barədə məqalələrin sayı beynəlxalq media məkanında minlərlədir. Əminliklə deyə bilərik ki, ölkəmizin adı qlobal informasiya məkanında kəmiyyət baxımından heç zaman indiki qədər yüksək, məzmun baxımından bu qədər zəngin olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:121
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri