Icma.az
close
up
RU
Azərbaycan Könüllü Təşkilatları İttifaqı 28 May Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər keçirib

Azərbaycan Könüllü Təşkilatları İttifaqı 28 May Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər keçirib

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 28 may, AZƏRTAC

Könüllülər arasında vətənpərvərlik ruhunu gücləndirmək, milli ənənələri yaşatmaq və onları gələcək nəsillərə aşılamaq məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 May-Müstəqillik Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər keçirilib.

AKTİ-dən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan könüllüləri Fəxri xiyabana gələrək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə tər güllər qoyublar.

Sonra AKTİ-yə üzv könüllü təşkilatlarının rəhbərləri İstiqlal Bəyannaməsi abidəsinə ziyarət edərək, onun önünə gül dəstələri düzüblər.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü 28 May–Müstəqillik Gününə həsr edilib. Görüş Milli Məclisin deputatı Nigar Məmmədovanın təqdimatında “28 May–Suverenliyə aparan yol” mövzusunda olub. N.Məmmədova Azərbaycanın müstəqillik tarixi, dövlət suverenliyinin qorunmasının əhəmiyyəti barədə məlumat verib. Könüllülərin milli kimlik və vətəndaş məsuliyyəti ilə yetişməsinin vacibliyini vurğulayan deputat onların ölkənin gələcəyində əsas aparıcı qüvvə olduğunu qeyd edib.

Azərbaycan könüllülərinin Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Heydər Əliyev muzeyinə və Milli Azərbaycan Tarixi muzeyinə ekskursiyası təşkil edilib. Ekskursiyalar zamanı könüllülər Ulu Öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyəti, uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla, həmçinin Azərbaycan tarixinin ayrı-ayrı dövrlərini əhatə edən eksponatlarla tanış olub, ətraflı məlumat əldə ediblər.

28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk edilib, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan gündür. Atılan mühüm addımlar sayəsində Azərbaycanın könüllüləri dərin tarixi köklərdən güc alaraq azad düşüncəli, milli ruhlu fərdlər kimi formalaşırlar. Onlar Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, əcdadlardan miras qalan milli dəyərləri qorumağa və onları gələcək nəsillərə şərəflə ötürməyə hazırdırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 May 2025 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see157

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see138

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see129

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri