Icma.az
close
up
RU
Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Icma.az bildirir, 525.az portalına istinadən.

Könüllülər arasında vətənpərvərlik ruhunu gücləndirmək, milli ənənələri yaşatmaq və onları gələcək nəsillərə aşılamaq məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə 28 May - Müstəqillik Gününə həsr olunmuş bir sıra silsilə tədbirlər həyata keçirilib.

525.az xəbər verir ki, ilk olaraq Azərbaycan Könüllülərinin Fəxri Xiyabana ziyarəti baş tutub. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad edən könüllülər məzarı önünə tər güllər qoyub. Daha sonra, AKTİ-yə üzv könüllü təşkilatlarının rəhbərləri İstiqlal Bəyannaməsi abidəsinə ziyarət edərək, abidənin önünə gül dəstələri qoyublar.

Silsilə tədbirlər çərçivəsində Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən “Milli Kimlik” İdeoloji Hazırlıq Proqramının növbəti görüşü 28 May – Müstəqillik Gününə həsr edilib. Görüş Milli Məclisin deputatı Nigar Məmmədovanın təqdimatında “28 May – Suverenliyə aparan yol” mövzusunda həyata keçirilib. Görüşdə deputat Nigar Məmmədova  Azərbaycanın müstəqillik tarixi, dövlət suverenliyi və bu dəyərlərin qorunmasının əhəmiyyəti barədə geniş məlumat verib. Könüllülərin milli kimlik və vətəndaş məsuliyyəti ilə yetişməsinin vacibliyini vurğulayan deputat, onların ölkənin gələcəyində əsas aparıcı qüvvə olduğunu qeyd edib.

Azərbaycan Könüllülərinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının Heydər Əliyev muzeyinə və Milli Azərbaycan Tarixi muzeyinə ekskursiyası baş tutub. Ekskursiyalar zamanı könüllülər Ulu Öndərin ömrünün 25 ilini həsr etdiyi xüsusi xidmət orqanlarındakı fəaliyyəti, uşaqlıq, gənclik illərini, respublikaya rəhbərliyinin hər iki dövrünü əhatə edən fotoşəkillər, sənədlər və materiallarla, həmçinin Azərbaycan tarixinin ayrı - ayrı dövrlərini əhatə edən eksponatlarla tanış olub, ətraflı məlumatlar əldə ediblər.

28 May – Müstəqillik Günü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan bir gündür. Atılan addımlar sayəsində Azərbaycanın Könüllüləri dərin tarixi köklərdən güc alaraq azad düşüncəli, milli ruhlu fərdlər kimi formalaşırlar. Onlar Cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək, əcdadlardan miras qalan milli dəyərləri qorumağa və bu dəyərləri gələcək nəsillərə şərəflə ötürməyə hazırdırlar.

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Azərbaycan Könüllülərindən Müstəqillik Günü ilə bağlı silsilə tədbirlər

Şəkil sayı: 7

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://525.az
archiveBu xəbər 28 May 2025 22:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri