Icma.az
close
up
RU
Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 5-də Bakı Konqres Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib. SİA xəbər verir ki, forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə dekabrın 5-16-da keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində təşkil olunub.

Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin “Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib.

Rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib.

Sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Forumda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Çıxışlarda könüllülük fəaliyyətinin önəmi, onun inkişafı, COP29 beynəlxalq iqlim konfransında Azərbaycan könüllülərinin fəallığı diqqətə çatdırılıb. Həmçinin könüllülük fəaliyyətinin yalnız cəmiyyətin müxtəlif sahələrinin deyil, həm də dövlətin gənclər siyasətinin ayrılmaz hissəsi olduğu, eləcə də bu sahəyə göstərilən dövlət dəstəyi vurğulanıb.

Tədbirdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması və könüllülər arasında ekoloji biliklərin artırılması istiqamətində həyata keçirilən layihələrə həsr olunmuş “Yaşıl Azərbaycan”, “Azərbaycan Könüllüləri”, “Azərbaycan Könüllü Təşkilatları İttifaqının 2024-cü il” hesabatlarının videoçarxları izlənilib.

Sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev forum iştirakçılarına İttifaqın fəaliyyəti və 2024-cü ildə həyata keçirdiyi layihələr barədə məlumat verib. O, könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətindəki mühüm addımları, əldə olunan nailiyyətləri qeyd edərək, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi, gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması istiqamətində yeni layihələrin və təşəbbüslərin irəli sürüləcəyini vurğulayıb. Həmçinin V.Əliyev çıxışında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində reallaşdırılan ekoloji təşəbbüsləri və COP29-un keçirilməsində könüllülərin fəal iştirakını nəzərə çatdırıb.

Forum çərçivəsində gənclər 2024-cü il üzrə “İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri