Icma.az
close
up
RU
Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu

Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dekabrın 5-də Bakı Konqres Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan və ölkəmizdə fəaliyyət göstərən 3 mindən çox Azərbaycan könüllüsünü bir araya toplayan Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu keçirilib.

Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə dekabrın 5-16-da keçiriləcək “Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində təşkil olunub.

Forumda könüllülərin məşğulluğunun artırılması, karyera imkanlarının yaxşılaşdırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə karyera sərgisi, könüllülər tərəfindən müxtəlif tullantılardan (plastik, sellofan torbalar və s.) istifadə edilməklə hazırlanan müxtəlif sənət əsərlərinin “Tullantıdan sənətə” adlı sərgisi həyata keçirilib.

Rəsmi açılış mərasimində Dövlət Himni səsləndirilib. Sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

Forumda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və digər dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Tədbirdə Azərbaycanın ekoloji vəziyyətinin yaxşılaşdırılması və könüllülər arasında ekoloji biliklərin artırılması istiqamətində həyata keçirilən layihələrə həsr olunmuş videoçarxlar izlənilib.

Sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev forum iştirakçılarına İttifaqın fəaliyyəti və 2024-cü ildə həyata keçirdiyi layihələr barədə məlumat verib. O, çıxışında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində reallaşdırılan ekoloji təşəbbüsləri və COP29-un keçirilməsində könüllülərin fəal iştirakını nəzərə çatdırıb.

Forum çərçivəsində gənclər 2024-cü il üzrə “İlin Könüllüsü” mükafatı ilə 5 nominasiya üzrə təltif olunublar.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Dekabr 2024 09:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see316

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see307

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see302

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see302

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see299

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see290

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see287

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see281

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see281

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see255

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see254

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see249

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see247

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see246

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see241

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see236

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see234

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see234

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see230

Hesablama Palatasından inflyasiya ilə bağlı proqnoz: Bahalaşma davam edəcək

14 Noyabr 2026 13:59see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri