Icma.az
close
up
RU
Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutd (FOTO)

Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu baş tutd (FOTO)

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

4-18 dekabr tarixlərində keçiriləcək "Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi, "ASAN xidmət”in tərəfdaşlığı ilə "Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu” baş tutub. 

Dekabrın 4-də Bakı Konqres Mərkəzində 3500-ə yaxın Azərbaycan Könüllüsünü bir araya toplayan Forum "Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Könüllülük fəaliyyətinin ölkədə daha da genişlənməsi, eyni zamanda könüllüləri cəmiyyətin inkişafına daha fəal şəkildə qatılmağa təşviq edərək sosial məsuliyyətlərini artırmaq məqsədilə həyata keçirilən forumda ölkədə fəaliyyət göstərən könüllü təşkilatlarının sərgisi keçirilib. Sərgi zamanı könüllü təşkilatlarının fərdi stendlərində Azərbaycan könüllülərinin müxtəlif sahələrdə fəaliyyəti və nailiyyətləri ilə bağlı məlumatlar nümayiş olunub. Forumda iştirak edən dövlət rəsmiləri və Azərbaycan Könüllüləri sərgi ilə tanış olublar.

5 Dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən forumun rəsmi açılış mərasimində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüzün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Toğrul Hüseynov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış edərək ölkəmizdə könüllülük fəaliyyətinin təşviqi və inkişafı istiqamətində həyata keçirilən fəaliyyətlərdən bəhs edib, Cənab Prezident İlham Əliyevin gənclər siyasətinə göstərdiyi ardıcıl dəstəyin bu sahədə əldə olunan uğurların əsas hərəkətverici qüvvəsi olduğunu diqqətə çatdırıblar. Onlar bildiriblər ki, bu il 5-ci ildönümünü qeyd etdiyimiz Şanlı Zəfərimiz gənclərin vətənpərvərlik ruhunu yüksəldir və ictimai fəallığını artırır. Eyni zamanda, ölkəmizdə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli” elan olunması könüllülük hərəkatının inkişafına, gənclərin dövlətçilik və vətənpərvərlik dəyərlərinə bağlılığının möhkəmləndirilməsinə geniş imkanlar yaradır.

Daha sonra Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev tədbir iştirakçılarına İttifaqın 2025-ci il ərzində həyata keçirdiyi layihələr və fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, hər zaman olduğu kimi, 2025-ci ildə də ölkə başçısı Cənab İlham Əliyevin könüllülüyün təşviqi ilə bağlı müvafiq tapşırıqları əsas götürülərək AKTİ tərəfindən il ərzində könüllülərin bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif istiqamətli layihələr həyata keçirilib. İttifaqın sədri çıxışında könüllülük hərəkatının inkişafı və gənclərin sosial məsuliyyətinin artırılması istiqamətində əldə olunan mühüm nailiyyətləri vurğulayıb. O, gələcək fəaliyyətlərdə könüllülük hərəkatının daha da genişlənməsi və gənclərin sosial məsələlərdə fəal iştirakının təmin olunması məqsədilə yeni layihə və təşəbbüslərin irəli sürüləcəyini də diqqətə çatdırıb. 

Sözügedən Forumda 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin 5-ci ildönümünə həsr edilmiş videoçarx, müxtəlif sahələrdə könüllülərin fəaliyyətini əks etdirən videohesabatlar nümayiş etdirilib.

Forum çərçivəsində könüllülük fəaliyyətinin qiymətləndirilməsinə və gənclərin sosial məsuliyyətlərinin təşviqinə yönəlmiş addım olaraq 50-dən çox könüllü gənc 2025-ci il üzrə "İlin Könüllüsü” mükafatı ilə təltif olunub.

Forumun davamında xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova, gənc müğənnilər Mərdan Kazımov və Fəxri İsmayılov iştirakı ilə könüllülər üçün musiqili hissə baş tutub. 

Tədbirin yekununda Forum iştirakçılarının xatirə fotosu çəkilib.

Qeyd edək ki, "Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində "Suveren Azərbaycan” intellektual liqası, Könüllü Saatı, "Zəfər atışı” atıcılıq turniri, "Könüllü ol” adlı infosessiyalar, Birlikdə 5 il – Könüllülük Festivalı, Ulu Miras, Azərbaycan Könüllülərinin Həmrəylik Düşərgəsi və Beynəlxalq Könüllülər Mərkəzi üzrə mübadilə proqramı kimi layihə və tədbirlər təşkil ediləcək. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Dekabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri