Icma.az
close
up
RU
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində “Eko təşəbbüslər” günü həyata keçirilib

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində “Eko təşəbbüslər” günü həyata keçirilib

Publika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi 2024” ölkə gənclərinin sosial məsuliyyəti, ictimai həyatda iştirakçılığı və könüllülük mədəniyyətinin inkişafı, eləcə də ətraf mühitin qorunmasında həmrəyliyin artırılmasına yönələn 12 istiqamətlə fəaliyyətini davam etdirir.
“Könüllülük Həftəsi” ərzində keçirilən tədbir və layihələrin həsr olunduğu istiqamətlərdən biri də könüllülər arasında ekoloji məsuliyyətliliyin gücləndirilməsi, ekoloji problemlərin həlli və cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin artırılmasına həsr olunan “Eko təşəbbüslər” günüdür. Bu gün çərçivəsində Azərbaycan könüllüləri tərəfindən eko çağırışları əhatə edən “Könüllülərdən Eco Challenge”, “Yaşıl fidanlar” ağacəkmə aksiyası, könüllülərin sahibsiz heyvanlara yardım və qayğı göstərmək məqsədli “Könüllülərin sahibsiz heyvanlarla bir günü” adlı layihəsi həyata keçirilib. Həmçinin, könüllülərin iştirakı ilə küçə heyvanları üçün heyvan sığınacaqlarının hazırlanması eko-masterklası baş tutub. Qeyd edək ki, bu gün çərçivəsində Azərbaycan xalq-tətbiqi sənətinin dəyərli nümunəsi olan xalçaçılıq sənətinin təbliği və gənclərin bu sahəyə marağının artırılması məqsədilə “Bir ilmə, bir könüllü” adlı eko-masterklas həyata keçiriləcək. Bu eko-masterklas zamanı hər bir könüllü bir ilmə ataraq, sonunda “Azərbaycan Könüllülük Həftəsi”-ni simvolizə edən bir xalça toxunulacaq. Bu təşəbbüs könüllülük dəyərlərinin bədii ifadəsi olmaqla yanaşı, həm də milli-mədəni irsimizə verilən böyük töhfədir.
Cənab Prezident İlham Əliyevin söylədiyi “Çox genişmiqyaslı ekoloji bərpa tədbirləri də görülür və görüləcək. Bilirəm ki, Azərbaycanda bu sahədə də gənclər, o cümlədən könüllülər çox fəaldır. İndi vaxtaşırı ağacəkmə aksiyaları, çimərlikləri o tullantılardan təmizləmə aksiyaları televiziyada da göstərilir. Mən bunları alqışlayıram və əminəm ki, azad edilmiş torpaqlarda da gənclər ekoloji tarazlığı bərpa etmək üçün fəal olacaqlar” nitqindən əsas götürülərək keçirilən tədbir və layihələr, ekoloji məsuliyyətin artırılması, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə ekoloji tarazlığın bərpası naminə görülən işlər könüllülər üçün həm çağırış, həm də fəxr qaynağıdır.
Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir.
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən fəaliyyətlərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Dekabr 2024 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see235

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see198

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see152

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see152

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see144

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see140

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see133

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri