Icma.az
close
up
RU
“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində fəaliyyətlər davam edir

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində “Eko maarifləndirmə” günü keçirilib. SİA xəbər verir ki, “Eko maarifləndirmə” günü cəmiyyətdə könüllülər arasında ekoloji biliklərin artırılması və ekoloji davranışların təşviq edilməsinə həsr olunub. Gün çərçivəsində Azərbaycan könüllülərinin ölkəmizdə təkrar emal sahəsində gedən proseslərlə tanışlığı məqsədilə Balaxanı Sənaye Parkına ekskursiyası, eləcə də vətəndaşlar arasında ekoloji təmiz vasitələrdən istifadə və polietilen torbaların təbiətə təsirlərinə həsr olunan “Bir çanta, bir fərq” aksiyası həyata keçirilib.

“Təmiz Şəhər” ASC-nin tərəfdaşlığı ilə keçirilən Balaxanı Sənaye Parkına ekskursiya çərçivəsində Azərbaycan könüllüləri Balaxanı Sənaye Parkında təkrar emal prosesi ilə tanış olublar. Onlar, tullantıların toplanması, çeşidlənməsi və emalı mərhələlərini, həmçinin müasir texnologiyaların istifadəsini yerində izləyiblər. Eyni zamanda, parkın işçiləri könüllülərə təkrar emalın əhəmiyyəti, ətraf mühitin qorunması və bu sahədə Azərbaycan tərəfindən atılan addımlar haqqında ətraflı məlumat veriblər.

Gün ərzində qeyd edilən layihələr arasında vətəndaşları ekoloji təmiz vasitələrdən istifadə, polietilen torbaların təbiətə təsirləri barədə məlumatlandırmaq məqsədli Azərbaycan könüllüləri tərəfindən keçirilən fəaliyyət çərçivəsində Bakı şəhərində yerləşən müxtəlif supermarketlər və hipermarketlərin qarşısında könüllülər tərəfindən vətəndaşlara eko çantalar paylanıb. Sosial fəaliyyətin əsas məqsədi insanlara polietilen torbaların təbiətə və eko sistemə verdiyi zərərləri göstərmək, ətraf mühitin qorunması istiqamətində fərdi məsuliyyətin vacibliyini vurğulamaqdır.

Qeyd edək ki, “Könüllülük Həftəsi” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN xidmət” və IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilir. İcra olunan layihə və tədbirlər “Yaşıl Vətən”, “Vətənpərvər Könüllü”, “Yaşıl enerji”, “Sağlam həyat”, “İnsanyönümlü şəhər və mobillik”, “Eko təşəbbüslər”, “Təmiz şəhər”, “Yaşıl dünya üçün birlik”, “Eko mədəniyyət”, “Eko maarifləndirmə”, “COP29 Könüllülərin gözü ilə”, “Beynəlxalq arenada Azərbaycan könüllülüyü” kimi müxtəlif istiqamətli mövzulara həsr olunub.

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində həyata keçirilən bütün fəaliyyətlərlə Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri