Icma.az
close
up
RU
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

Icma.az, Marja.az portalına istinadən məlumat verir.

Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına (ACIPE) sədrlik Azərbaycana keçib. 29-30 sentyabr 2025-ci il tarixində ACIPE-nin Türkiyənin İstanbul şəhərində keçirilən Ümumi Yığıncağında Azərbaycan Kredit Bürosunun Baş Direktoru Elçin Həbibov Assosiasiyanın Sədri seçilib. 

Bu barədə Marja-ya Azərbaycan Kredit Bürosundan bildirilib.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Qeyd edilib ki, ACIPE, kredit hesabatlılığı sahəsində əməkdaşlıq üçün yaradılmış, 11 ölkənin 14 kredit bürosunu və iki beynəlxalq assosiativ üzvü özündə birləşdirən aparıcı beynəlxalq təşkilatdır.

Elçin Həbibov 2018-ci ildən etibarən Azərbaycan Kredit Bürosunun (AKB) Baş direktoru vəzifəsində çalışır. Ötən müddət ərzində AKB regionun dinamik inkişaf edən kredit bürolarından birinə çevrilmiş, məlumat təchizatı ilə yanaşı maliyyə institutlarına və istehlakçılara 40-dan çox rəqəmsal xidməti təqdim edir. 

Elçin Həbibov kredit hesabatlılığı sahəsində 20 ildən çox təcrübəyə malikdir. O, Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Mərkəzləşdirilmiş Kredit Reyestrinə rəhbərlik etmişdir. Karyerası ərzində Dünya Bankı, IFC, SECO, Avropa İttifaqı və GIZ kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq etmiş, maliyyə inklüzivliyinin genişləndirilməsinə yönəlmiş təşəbbüslərə rəhbərlik etmişdir. O, Azərbaycanın Dünya Bankının “Doing Business 2020 – Getting Credit” indeksində dünya üzrə 1-ci yeri tutmasına töhfə vermiş, habelə kredit büroları, skorinq və daşınar əmlakın yüklülüyü üzrə reyestrlərin qurulması ilə bağlı layihələrdə beynəlxalq ekspert kimi çıxış etmişdir.

ACIPE-dəki yeni vəzifəsində Elçin Həbibov regional əməkdaşlığın daha da gücləndirilməsinə, təşkilatın əhatə dairəsinin genişləndirilməsinə, kredit məlumatı təchizatçıları arasında bilik və təcrübə mübadiləsinin təşviqinə, həmçinin innovasiyalar və müasir yanaşmalar vasitəsilə maliyyə sektorunun inkişafına dəstək verəcəkdir.

Əsası 17 aprel 2018-ci il tarixində Bakı şəhərində qoyulmuş ACIPE-nin mərkəzi ofisi Qazaxıstan Respublikasının Almatı şəhərində yerləşir.  Təşkilatın yaradılmasında əsas məqsəd Avrasiya regionunda müxtəlif ölkələrin kredit büroları ilə əlaqələrin qurulması, yeni məhsul və xidmət çeşidləri barədə təcrübə mübadiləsinin aparılması və kredit hesabatlılığı üzrə beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsidir. 

Xatırladaq ki, Azərbaycan Kredit Bürosu 2018-ci ildə 8 bankın təsisçiliyi ilə yaradılmışdır və hal-hazırda 280-dən artıq təşkilatla əməkdaşlıq edir. AKB fiziki və hüquqi şəxslərə məxsus məlumatları toplayır, təhlil edir və məlumat istifadəçiləri olan hüquqi və fiziki şəxslərə potensial müştərilərini qiymətləndirmək, mövcud müştərilərinin davranışlarını monitorinq etmək və portfelin idarə edilməsi ilə bağlı ən müasir həlləri təqdim etməklə onların risklərini minimallaşdırır. 

Bununla yanaşı, məlumat təchizatçılarından topladığı məlumatları kredit hesabatı formasında tərtib edir, təhlilini aparır və istifadəçilərin sorğusu əsasında onlara təqdim edir. Əlavə olaraq, skorinq, bençmark və portfel analizləri, back testinq və digər analitik xidmətlərin göstərilməsi ilə maliyyə asimmetriyasını azaltmaqla kredit risklərinin minimallaşdırılmasına xidmət edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://marja.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see143

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri