Icma.az
close
up
RU
XİNdə BMT bürosunun direktoru ilə görüş

XİNdə BMT bürosunun direktoru ilə görüş

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 14-da xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan BMT Baş katibinin köməkçisi, BMT-nin İnkişaf Proqramının (BMTİP) Avropa və MDB üzrə regional bürosunun direktoru İvana Jivkoviç ilə görüşüb.

Azərbaycanın BMTİP ilə uğurlu qarşılıqlı faydalı əməkdaşlığının mövcudluğunu qeyd edən nazir Ceyhun Bayramov xüsusilə dayanıqlı inkişaf gündəliyinin irəlilədilməsi istiqamətində birgə layihələrin icrasını, ölkəmizin bu sahəyə sistematik yanaşmasının göstəricisi olaraq Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını, tərəfimizdən indiyədək 3 Könüllü Milli Hesabatın təqdim olunduğunu qeyd edib.

Söhbət zamanı Azərbaycanın geniş yaşıl enerji potensialına əsaslanan inkişaf strategiyası, yaşıl enerji sahəsində regional və beynəlxalq layihələr, xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirən yaşıl enerji dəhlizinin yaradılması təşəbbüsündən bəhs olunub.

Görüşdə COP29 Sədrliyimizin əsas prioriteti olan iqlim maliyyəsi mövzusunun irəlilədilməsi istiqamətində beynəlxalq təşkilatların, o cümlədən BMTİP-in fəal iştirakçılığının vacibliyi qeyd edilib. Bakıda keçirilən COP29 çərçivəsində ilk gündən etibarən Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılığın əldə olunması, İtki və Zərərlərə Cavab Fondunun işə başlamasını təmin edən irəliləyişlər, habelə çoxtərəfli inkişaf bankları tərəfindən iqlim maliyyəsi üçün öhdəliyin illik əsasda 75 milyarddan 170 milyard ABŞ dollarına qədər artırılması əhəmiyyətli uğur kimi qiymətləndirilib.

Qarşı tərəf Azərbaycan və BMTİP arasında müxtəlif sahələrdə əməkdaşlığın məmnunluq doğurduğunu, xüsusilə mina təhdidi ilə mübarizə sahəsinə BMTİP tərəfindən xüsusi əhəmiyyət verildiyini, bu istiqamətdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə Azərbaycanda Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin yaradılması üzərində birgə fəaliyyətin aparıldığı bildirilib.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Noyabr 2024 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see346

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see289

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see258

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see217

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see212

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see205

Günay bikinidə fotolarını yaydı

16 Avqust 2026 03:05see204

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see199

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see197

Moskva Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

16 Avqust 2026 03:18see188

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see186

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see180

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see180

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see178

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see169

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see163

Serbiyada Dunay çayında suyun səviyyəsi son 100 150 ilin minimumuna düşüb

16 Avqust 2026 07:56see158

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see155

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see154

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri