Azərbaycan Kuboku 2 ci Liqa komandası üçün əlçatmaz hədəfdir, amma... Elvin Həsənov
Fanat saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Kubokunun 1-ci təsnifat mərhələsində "Şəki Siti" digər 2-ci Liqa təmsilçisi "Araz-Saatlı" ilə qarşılaşacaq. Şəki təmsilçisinin yeni baş məşqçisi Elvin Həsənovla əlaqə saxlayıb oyundan nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Üç gündür ki, komandanı məşqə çıxarıram. Demək olar ki, ilk iki məşqdə heyətin nəyə qadir olduğunu müəyyənləşdirməyə, futbolçulara tanımağa çalışdım. Heyətdə həm tanınmış oyunçular, həm də gənclər var. Bütün diqqətimizi qarşıdakı kubok matçına yönəltmişik. Təbii ki, Azərbaycan Kuboku 2-ci Liqa komandası üçün əlçatmaz hədəfdir, amma biz də bacardığımız qədər irəliləmək, bu turnirdə "Şəki Siti" adına yaxşı performans sərgiləmək istəyirik. Görüləcək işlər çoxdur. Sabiq baş məşqçi Bəhmən Həsənov tanınmış mütəxəssislərimizdən biridir. Ona böyük hörmətimiz var. Yaxşı komanda formalaşdırıb. Lakin bəlli məsələdir ki, hər məşqçinin futbol fəlsəfəsi fərqlidir. Bizim də öz iş prinsiplərimiz var. Çalışacağıq ki, futbolçulardan nə istədiyimizi onlara lazımınca aşılayaq. Vaxtımız azdır. Oktyabrın 9-da kubok matçına, 14-də isə "Şəmkir"lə ağır çempionat oyununa çıxmalıyıq. Ağır bir yükün altına girmişik. Allah qoysa, öz məşqçi yoldaşlarımla bu işin öhdəsindən gələcəyik".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 07 Oktyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















