Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

Çempionluq artıq MS üçün əlçatmaz deyil

Çempionluq artıq MS üçün əlçatmaz deyil

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Arsenal” mövsümün gedişində əldə etdiyi böyük üstünlüyü itirmək üzrədi. Hesabat turundan sonra “topçular”la ən yaxın izləycisi “Mançester Siti” arasındakı xal fərqi 6-ya endi. Özü də “şəhərlilər” bir oyun az keçirib. MS növbəti turda evdə “Arsenal”ı məğlub edərsə, onda daha dramatik sonluq izləyəcəyik.

Lider “Arsenal” son 11 oyunda uduzmayan, bunların 7-də heç-heçə edən “Bornmut”la qarşılaşdı. Oyunun əvvəlində yaxşı təsir bağışlayan qonaqlar 17-ci dəqiqədə hesabı da açdı. Londonlular künc zərbəsindən sonra bərabərlik qolunu vura bilərdi, ancaq Havertsin zərbəsi tirin üstündən keçdi. Kristi cərimə meydançasında əllə oynayanda isə hakim “nöqtə”ni göstərdi. Dyökereş bərabərliyi təmin etdi. Fasilədən sonra bir müddət meydanda bərabər oyun getdi. Arteta dəyişikliklər hesabına komandasının hücum potensialını artırmağa çalışdı.
65-ci dəqiqədə təkbətək çıxan Dyökereş topu tora göndərsə də, ofsayd üzündən qol qeydə alınmadı. “Bornmut” isə 74-cü dəqiqədə növbəti dəfə irəli çıxdı: heç bir maneəyə rast gəlmədən cərimə meydançasına daxil olan Skott fərqləndi. “Topçular” məğlubiyyətdən qaçmaq ümidi ilə sonda daim hücum etdi. Jezusun zərbəsindən sonra Petroviç topu tirin altından çıxardı. Sonuncu künc zərbəsi zamanı hətta qapıçı Rayya da rəqibin cərimə meydançasına qaçdı. Ancaq “albalılar” hesabın bərabərləşməsində imkan vermədi.
“Liverpul” evdə “Fulhem” üzərində “quru” qələbə qazandı. İlk yarıda iki qol vuran “qırmızılar” fasilədən sonra hesabı qorumaq üçün oynadı. Son uğursuzluqlardan dərs alan “Liverpul” ilk dəqiqələrdən böyük qüvvə ilə irəli atıldı. Start heyətinə dönən Salah Lenonu narahat etdi, ancaq alman qapıçı zərbəyə hazır idi. Topu rəqib verən, yığcam oynamağa çalışan “bağbanlar” hissənin sonunda büdrədi. 36-cı dəqiqədə Nqumoa elə zərbə vurdu ki, Lenonun topu götürməsi, sadəcə, mümkünsüz idi. Ardından Nqumonanın da iştirak etdiyi hücumun sonunda Salah fərqləndi.
“Liverpul”un əhval-ruhiyyəsini korlayan yeganə məqam Consun ilk hissədən sonra zədə üzündən meydanı tərk etməsi oldu. “Bağbanlar” fasilədən sonra fəallaşdı, hətta bir qol da vurdular, ancaq Lukiçin qolu ofsayd üzündən sayılmadı. Onlar çoxlu künc zərbəsi qazansa da, Mamardaşvilinin qapısına yol tapmaq mümkün olmadı. Slotun komandası qələbə qazanmaqla özündən irəlidəki “Aston Villa” ilə MY-yə yaxınlaşdı və “Çelsi”dən uzaqlaşdı. Mersisaydlılar PSJ ilə cavab oyununa xoş əhval-ruhiyyədə hazırlaşacaq. “Fulhem” isə “Brayton”la “Bornmut”u özündən irəli buraxmaqla turnir cədvəlinin ikinci hissəsinə yuvarlandı.
“Arsenal”dan bir gün sonra meydana çıxan MS-nin çempionluq iddiasını davam etdirmək üçün “Çelsi”yə qalib gəlməkdən başqa yolu yox idi. İlk yarı bərabər mübarizə şəraitində keçdi. Təşəbbüs tez-tez tərəflərin birindən o birinə keçirdi, təhlükəli vəziyyətlərin sayı o qədər də çox deyildi. Hissənin sonunda artıq daha üstün görünən “Siti” 2-ci hissənin əvvəlində bunu qolda da əks etdirdi.
О’Rayli 51-ci dəqiqədə hesabı açdı, 6 dəqiqə sonra isə Qehi fərqi artırdı. Rəqibin hücum dalğasına heç cür cavab verə bilməyən “Çelsi” böyük təzyiq altındaydı. “Şəhərlilər”in təzyiqi tezliklə 3-cü qolun vurulmasına da səbəb oldu. Yalnız bundan sonra qonaqlar sakitləşdi, “Çelsi” isə faktiki “ağ bayraq qaldırdı”. “Zadəganlar”ın fərqi azaltmağa belə gücü çatmadı.
“ÇL zonası”nda qərarlaşan “Aston Villa” autsayderlərdən “Nottingem Forest”lə oyunda xal itirdi. “Tottenhem” isə Roberto De Zerbinin rəhbərliyi altında keçirdiyi ilk oyunda uduzdu. “Mahmızlar” artıq düşmə zonasındadı. Ona görə ki, “Vest Hem” hesabat turunda “Vulverhempton”u darmadağın etməklə “Tottenhem”i arxada qoydu. Ümumiyyətlə, “mahmızlar” son 14 çempionat oyununda qalib gəlməyib – 9 məğlubiyyət, 5 heç-heçə.
Turun qalan oyunlarına gəlincə, “Bernli” evdə “Brayton”a, “Nyukasl” səfərdə “Kristal Pelas”a uduzdu. “Brentford” – “Everton” oyununda qalib müəyyənləşmədi. Dünən axşam keçirilən son oyunda isə “Mançester Yunayted” evdə “Lids”ə uduzdu.
32-ci tur
Arsenal – Bornmut 1:2
Dyökereş, 35-p. – Krupi, 17. Skott, 74. (60210)
Arsenal: Rayya, Uayt (Moskera, 76), Saliba, Qabriel, Lüis-Skelli, Subimendi (Jezus, 76), Rays, Madueke (Douman, 54), Haverts (Eze, 54), Martinelli (Trossar, 54), Dyökereş.
Liverpul – Fulhem 2:0
Nqumoa, 36. Salah, 40. (60401)
Liverpul: Mamardaşvili, Frimponq (Qomes, 69), Konate, Van Diyk, Robertson, Soboslai, Cons (Qravenberx, 46), Salah (Nyoni, 90), Virts (Makallister, 68), Nqumoa (İsak, 69), Qakpo.
Çelsi – Mançester Siti 0:3
O’Rayli, 51. Qehi, 57. Dokyu, 68. ()
Çelsi: Sançes, Hüsto (Açimponq, 88), Fofana, Hato, Kukurelya, Kaysedo (Essuqo, 82), Santos (Lavia, 67), Estevao (Qarnaço, 67), Palmer, Neto, Pedro (Delap, 81).
MS: Donnarumma, Nunyeş, Xusanov, Qehi, O’Rayli (Ayt-Nuri, 64), B.Silva (Kovaçiç, 81), Rodri, Semenyo, Şerki (Foden, 76), Dokyu (Savinyo, 76), Holann.
Nottingem Forest – Aston Villa 1:1
Uilyams, 38 – Murilyo, 23-öz qapısına. (30591)
Sanderlend – Tottenhem 1:0
Mukiele, 61. (47010)
Vest Hem – Vulverhempton 4:0
Mavropanos, 42; 83. Kastelyanos, 62; 68. (62457)
Bernli – Brayton 0:2
Viffer, 43; 89. (20408)
Kristal Pelas – Nyukasl 2:1
Mateta, 80; 90+4-p. – Osula, 43. (25141)
Brentford – Everton 2:2
Tyaqo, 3-p.; 76 – Betu, 26. Dyusberi-Holl, 90+1. (17220)
Mançester Yunayted – Lids 1:2
Kazemiro, 69 – Okafor, 5; 29.
1. Arsenal 32 21 7 4 62-24 70
2. Mançester S. 31 19 7 5 63-28 64
3. Mançester Y. 32 15 10 7 57-45 55
4. Aston Villa 32 16 7 9 43-38 55
5. Liverpul 32 15 7 10 52-42 52
6. Çelsi 32 13 9 10 53-41 48
7. Brentford 32 13 8 11 48-44 47
8. Everton 32 13 8 11 39-37 47
9. Brayton 32 12 10 10 43-37 46
10. Sanderlend 32 12 10 10 33-36 46
11. Bornmut 32 10 15 7 48-49 45
12. Fulhem 32 13 5 14 43-46 44
13. Kristal Pelas 31 11 9 11 35-36 42
14. Nyukasl 32 12 6 14 45-47 42
15. Lids 32 8 12 12 39-49 36
16. Nottingem Forest 32 8 9 15 32-44 33
17. Vest Hem 32 8 8 16 40-57 32
18. Tottenhem 32 7 9 16 40-51 30
19. Bernli 32 4 8 20 33-63 20
20. Vulverhempton 32 3 8 21 24-58 17
Bombardirlər: Holann (MS) – 22, Tyaqo (Brentford) – 21, Semenyo (Bornmut) – 15, Pedro (Çelsi) - 14.
Növbəti turun oyunları aprelin 18-20-si aralığında keçiriləcək: Brentford – Fulhem, Lids – Vulverhempton, Nyukasl – Bornmut, Tottenhem – Brayton, Çelsi – Mançester Yunayted, Aston Villa – Sanderlend, Nottingem Forest – Bernli, Everton – Liverpul, Mançester Siti – Arsenal, Kristal Pelas – Vest Hem.
Turun rəqəmi
297 – 2017-dən MS-nin şərəfini qoruyan Bernardo Silva premyer-liqada oyun sayına görə portuqaliyalılar arasında liderliyi ələ keçirdi. Ona qədər rekord “Arsenal”, “Fulhem” və “Vest Hem”in sabiq xavbeki Luiş Boa Morteyə (296) məxsus idi. Bu göstəricidə ilk “3-lüy”ü 236 oyunla K.Ronaldo qapayır. Fəaliyyətdə olan oyunçular arasında Bernardo Silvanın ən yaxın izləyici isə Bruno Fernandeşdi (223).
Turun ulduzu
Rayan Şerki (MS) – fransalı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirdi, ortaya böyük həcmdə yaradıcı iş qoydu. Məhz onun 2-ci hissənin əvvəlində 6 dəqiqə intervalla verdiyi iki məhsuldar ötürmə “Çelsi” üzərindəki darmadağının əsasını qoydu.
Turun sitatı
Jeremi Dokyu, “Mançester Siti”nin yarımmüdafiəçisi:

“Çempionluğa inanmasaydım, ağılsız olardım. Mübarizənin davam etdiyinə əminəm. İrəlidə bizi böyük oyun gözləyir. “Arsenal”ın “Bornmut”a uduzduğunu görəndən sonra anladım ki, premyer-liqa gerçəkdən izaholunmazdı. Evdə qalib gəlsək, “Arsenal” üçün böyük zərbə olacaq. Onlar “Etihad”a ac gələcək. İnanın, həmin oyuna yaxşı hazırlaşacağıq”.


Faktlar
* “Arsenal”ın premyer-liqadakı 8 oyunluq məğlubiyyətsiz seriyası bitdi. Artetanın komandası buna qədər 6 qələbə qazanmış, 2 oyunda heç-heçə etmişdi. Cari mövsümdə 4-cü məğlubiyyətini alan “topçular”, ümumiyyətlə, bütün turnirlər çərçivəsində keçirdiyi son 4 oyunun üçündə uduzub. Qeyd etməyə dəyər ki, londonluların mövsümün ilk 49 oyununda da məhz elə bu qədər – üç məğlubyyəti var idi.
* İqor Tyaqo premyer-liqada bir mövsümdə qol sayına görə “Brentford”un klub rekordunu yenilədi. Braziliyalı forvard “Everton”la oyunda cari mövsümdəki 20-21-ci qollarını vurdu. Tyaqo Ayven Touninin 2022/23, Brian Mbemonun 2024/25 mövsümündə müəyyənləşdirdiyi rekordu (20 qol) yenilədi.
* Rio Nqumoa “Liverpul”un tarixinə “Enfild”dəki çempionat oyununda qol vuran ən gənc futbolçu kimi düşdü. İngiltərəli “Fulhem”in qapısına 17 yaş 225 günlüyündə yol tapdı. Nqumoa “Liverpul”un heyətində 2012-ci ilin oktyabrında – “Ridinq”lə oyunda 17 yaş 317 günlüyündə fərqlənən Rahim Sterlinqin rekordunu qırdı. Yeri gəlmişkən, bu, Nqumoanın cari mövsümdəki 2-ci qoludu – 2-ci turda, yəni “Nyukasl”la səfər oyununda (3:2) da fərqlənmişdi.
* Məhəmməd Salah bir stadionda qol sayına görə premyer-liqa rekorduna yaxınlaşır. Misirli vinger bi turnir çərçivəsində “Enfild”də 108 qol vurub. Yalnız bir futbolçu – Tyerri Anri “Hayberi”də bundan da çox – 114 qol vurub.
* “Çelsi” ilə oyunda iki məhsuldar ötürmə verən Rayan Şerki bu göstəricidə 2-ci pilləyə yüksəldi. Cari mövsümdə 10 belə ötürməsi olan 22 yaşlı fransalı yalnız MY-nin xavbeki Bruno Fernandeşdən (16) geri qalır.
* “Çelsi” son 28 ildə ilk dəfə premyer-liqada ardıcıl üç oyunda bir qol da vurmadan uduzdu. “Zadəganlar” MS-yə qədər “Everton” (0:3) və “Nyukasl” (0:1) ilə də bacarmamışdı. Bu komanda 1998-in martından bəri ilk dəfə belə seriya ilə üzləşir. “Çelsi” premyer-liqadakı son 7 oyunun yalnız birində qalib gəlib, 4-də uduzub, 2-də heç-heçə edib.
Oyundan sonra
Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:

“Məyusuq. Sifətimizə güclü zərbə aldıq, indi hər şey reaksiyamızdan asılıdı. Bu komandanın ardıcıl 11 oyunda uduzmaması səbəbsiz deyil – futbolçular çox şeyi düz edib. Bu dəfə isə cərimə meydançamızdakı ilk təhlükəli vəziyyət qolla nəticələndi. Bu gün bir çox qəribə hərəkətlər etdik. Baxmayaraq ki, adətən, sabiq oynayırıq. Bu futboldu, belə şeylər ola bilər. Oyunçular çox acı çəkir. Və çəkməlidilər də. Onlar yenidən ayağa qalxmalı, döyüşə getməlidi. İrəlidə bizi vacib həftə gözləyir, ortada çox şey var. Hələ də hər iki turnirdə yaxşı vəziyyətdəyik”.


Pep Qvardiola, MS-nin baş məşqçisi:

“İkinci hissəni birincidən daha yaxşı keçirdik. İlk yarıda istədiyimiz kimi oynaya bilmədik. Sol cinahla bir neçə hücum qursaq da, sağ cinahda rəqibə heç bir təhlükə yarada bilmədik. Şerki bəzən Donnarummaya çox yaxın oynayır. Belə istedaddan daha çox meydanın rəqibə aid hissəsində yararlanmaq lazımdı. Rayan hələ çox gəncdi, premyer-liqada ilk mövsümünü keçirir. Çempionlar Liqasında oynamayanda daha “təzə” görünürük. Son üç oyunda həmin turnirdə çıxış edən komandalarla qarşılaşmışıq. Deməzdim ki, bu oyunların hamısında möhtəşəm oynadıq, ancaq yetərincə etibarlı təsir bağışladıq, rəqiblərə təhlükə yaşatdıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 Aprel 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1001

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see471

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see374

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see294

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see280

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see279

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see258

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see251

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see217

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see217

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see211

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see207

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see206

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see205

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see199

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see199

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see192

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see192

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see192

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri