Azərbaycan Kubokunda boş tribunalar: Ən çox tamaşaçı hansı oyunda oldu?
sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizon Azərbaycan Kubokunda 1/8 final mərhələsinin oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub. Sport24.az-ın məlumatına görə, 8 qarşılaşmada ümumilikdə 4075 tamaşaçı qeydə alınlb.
"Şahdağ Qusar" - "Turan Tovuz" matçında (1:2) 100, "Zirə" - "Neftçi" görüşündə (1:0) 1000, "Şamaxı" - "Baku Sportinq" duelində (1:0) 400, "İmişli" - "Sabah" oyununda (1:2) 75, "Qarabağ" - "Karvan-Yevlax" matçında (3:0) 550, "Qəbələ" - "Şəfa" qarşılaşmasında (2:1) 500, "Araz-Naxçıvan" - "Kəpəz" duelində (0:1) 250, "Difai" - "Sumqayıt" görüşündə (1:3) 1200 tərəfdar olub.
Qeyd edək ki, 1/4 final mərhələsi 2026-cı ilin fevralında baş tutacaq.
Baxış sayı:49
Bu xəbər 05 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















