Azərbaycan derbisi gəlir! Bu oyunda tribunalar boş qalmamalıdır
sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan futbolunun ən prinsipial qarşılaşmalarından biri bizi gözləyir!
Misli Premyer Liqasının VIII turunda "Qarabağ" "Neftçi"ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.
Bu, sıradan bir oyun deyil. Çempionluq mübarizəsinin gedişinə təsir edə biləcək, prinsipial rəqabətin növbəti səhifəsini yazacaq qarşılaşmadır.
"Neftçi" 7 turdan sonra 16 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik "Qarabağ"ın isə ehtiyatda bir oyunu var. İndi hər iki komanda üçün qələbənin əhəmiyyəti daha da artır.
Belə oyunların əsl gözəlliyi isə təkcə meydanda yaşanmır. Tribunaların coşğusu, azarkeşlərin dəstəyi, hər hücumda yüksələn səs, hər təhlükəli epizodda artan həyəcan futbolun ruhunu yaradır.
Ona görə də bu derbidə tribunalar boş qalmamalıdır! "Qarabağ" və "Neftçi" azarkeşləri komandalarının yanında olmalı, Azərbaycan futboluna yaraşan atmosfer yaratmalıdırlar. Çünki böyük oyunları böyük edən yalnız futbolçular deyil, həm də onları sonadək dəstəkləyən azarkeşlərdir.
Futbolu seviriksə, bu oyuna stadionda şahidlik edək! Komandamıza dəstək olaq, derbinin həyəcanını tribunadan yaşayaq.
"Azərbaycan derbisi" bizi gözləyir. Sən də stadionda ol!
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyunu saat 19:00-da start götürəcək.
Baxış sayı:181
Bu xəbər 16 Oktyabr 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















