Azərbaycan kubokunun qalibi: Çempionat çətin olacaq İdman və Biz
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"Çox fərqli oyun getdi. Rəqibimiz ötən mövsüm çempionatın qalibi idi".
Bunu İdman.bizə kişi voleybolçulardan ibarət "Xilasedici" klubunun baş məşqçisi Cəlil Cəlilov deyib.
Gənc mütəxəssis "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində təşkil olunan Azərbaycan kubokunun finalında "Azərreyl"ə 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib: "Vaxtımız yenə az idi, 1 ay 20 gün ərzində yığılan komandadır. Oyunçularımızı təbrik edirəm. Çox yaxşı mübarizə apardılar. Rəhbərliyin qarşımıza qoyduğu məqsəd odur ki, komandamız gələn il Avropa kuboklarında iştirak etsin. Bizim üçün kubok önəmlidir. Azərbaycanda bu gün kişi voleybolu yüksək səviyyədədir. “Azərreyl”, “Neftçi”, “MOİK” və s. güclü komandalar var. Mövsüm bir az da çətin olacaq".
Qeyd edək ki, qadın voleybolçuların hazırda davam edən finalında "Gəncə" və "Abşeron" klubları üz-üzə gəlir.
Emin Ağa
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 04 Noyabr 2024 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















