Icma.az
close
up
RU
Biz belə çempionat istəyirdik

Biz belə çempionat istəyirdik

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Biz belə çempionat istəyirdik

Bəli, biz məhz belə çempionat istəyirdik. Elə bir çempionat ki, mövsümün əvvəlindən hansı komandanın çempion olacağını təxmin etmək mümkün olmasın. Elə bir yarış ki, tez-tez turnir cədvəlinin mənzərəsi dəyişsin, favoritlər xal itirsin, autsayderlər sürpriz etsin. Ən əsası isə çempionatın həm üst, həm də sonuncu pillələrində ciddi rəqabət olsun.

Misli Premyer Liqasının bu mövsümündə sadaladığım halların şahidi oluruq. Hazırda elə bir komanda yoxdur ki, əvvəlki illərdəki kimi digərlərindən aşkar şəkildə fərqlənsin və çempionluğun əsas namizədi kimi göstərilsin. İndi "Qarabağ"ın bütün rəqiblərini qabaqlayacağına dair proqnoz verən çox olmaz. Ağdam klubu yenə iddialıdır, amma "Sabah" da, digər rəqiblər də ona ciddi müqavimət göstərmək gücündədir.

Bütün bunları ən çox son turun nəticələri təsdiqlədi. “Sabah" məğlub oldu, "Qarabağ" xal itirdi, "Neftçi" çox maraqlı keçən görüşdə "Şamaxı”ya  çətinliklə qalib gəldi. “Zirə” isə son pillədə olan “Araz-Naxçıvan”a az qala uduzurdu. Bütün bunlar çempionatın intriqasını artırır.

Təkcə çempionluq mübarizəsində deyil, turnir cədvəlinin aşağı pillələrində də aşkar fərq yoxdur. Heç bir komandanı indidən autsayder adlandırmaq mümkün deyil. Yəni ən son pillələrdə qərarlaşan kollektivlərin də vəziyyəti dəyişmək, rəqiblərinə çatmaq imkanı var.

Diqqətçəkən məqamlardan biri də Azərbaycanın ən köklü klublarından olan "Kəpəz" və "Neftçi"nin mövqeyidir. Bu komandaların adını son illərdə daha çox turnir cədvəlinin aşağı hissəsində görməyə alışmışdıq. “Neftçi” ara-sıra yuxarı pillərə qalxsa da, sonda adına yaraşmayan yerdə olurdu. İndi isə “Neftçi” liderdir. Əsas rəqiblərindən sayılan “Qarabağ” və “Sabah”dan bir oyun artıq keçirsə də, hazırda ilk pillədədir və ən əsası komandanın yaxşı oyunu var. 5-ci yerdə olan “Kəpəz”i isə liderdən cəmi 4, son çempion “Sabah”dan 3 xal ayırır. Mövsümün əvvəlində kimsə buna bənzər bir proqnoz versəydi, heç kim inanmazdı. "Kəpəz"in belə bir mənzərədə yer alması çempionata əlavə rəng qatır. Məncə, “Kəpəz” və “Neftçi”nin iddialı olduğu və bunu meydanda göstərdiyi mövsüm maraqsız ola bilməz.

Əslində, futbol azarkeşinin istədiyi də budur - gözlənilməz hesablar, iddialı komandaların xal itirməsi və son dəqiqələrə qədər davam edən mübarizə. Cəmi 10 turun keçməsinə baxmayaraq biz çempionatımızda bunların hamısını görmüşük. Yarışın marağı təkcə çempionun kim olacağında deyil, hər turun özündə ayrıca intriqa yaratmasındadır. Necə ki, adətən bunun digər ölkələrdəki maraqlı çempionatlarda şahidi oluruq.

Bəs, bu mövsüm çempionatımız bizə nə vəd edir? Yarışın sona qədər gərgin və maraqlı keçəcəyini, bəlkə də sürprizlərlə dolu bir mövsüm olacağını. Başqa heç nə vəd etmir, proqnoz verməyə imkan yaratmır. İşin ən maraqlı və gözəl tərəfi də elə budur.

Ramiq Ağaməmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://qol.az
archiveBu xəbər 02 Noyabr 2026 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri