Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Netanyahu ABŞ yə səfər edəcək

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Azərbaycan lideri xalqa qələbə müjdəsini özü çatdırırdı

Azərbaycan lideri xalqa qələbə müjdəsini özü çatdırırdı

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Prezident İlham Əliyev düşmənin acizliyinin hərbi cinayətlərə çevrildiyini də bəyan etmişdi

2020-ci il oktyabrın 17-si Azərbaycan tarixinin ən yaddaqalan günlərindən biri idi. Prezident İlham Əliyev həmin gün xalqa müraciətində Ermənistanın növbəti hərbi cinayətlərini – Gəncə və Mingəçeviri raket hücumlarına məruz qoymasını ifşa etməklə yanaşı, ordumuzun cəbhə bölgəsində qazandığı növbəti parlaq qələbələri də diqqətə çatdırdı.

Dövlət başçısı müraciətində Ermənistanın adları çəkilən dinc şəhərləri raket atəşinə tutmasını işğalçı ölkə rəhbərliyinin növbəti hərbi cinayəti adlandırdı. 2020-ci ilin payızında Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurları həzm edə bilməyən Paşinyan rejimi mülki əhalini terror hədəfinə çevirmişdi. Gəncə və Mingəçevir kimi şəhərlərin “SKAD” tipli ballistik raketlərlə vurulması təkcə bir dövlətin hərbi zəifliyini deyil, həm də mənəvi-siyasi tənəzzülünü nümayiş etdirirdi.

Yüz illərdir ki, tolerantlıq və humanizm dəyərləri ilə seçilən Gəncənin bombalanması təkcə Azərbaycan xalqını deyil, bütün bəşəriyyəti dəhşətə gətirən faciəli hadisə idi. Terror nəticəsində mülki evlər dağıldı, körpələr, qadınlar, qocalar şəhid oldu, amma xalqın iradəsi sınmadı. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu terror aktı Azərbaycan xalqını qorxutmadı, əksinə, onun qələbə əzmini daha da gücləndirdi.

Ermənistan bu addımı ilə beynəlxalq hüququn bütün normalarını pozdu. İşğalçı 1949-cu il Cenevrə konvensiyalarına əsasən, müharibə dövründə mülki əhalinin, dinc yaşayış məntəqələrinin hədəfə alınmasının qəti şəkildə qadağan edildiyinə belə məhəl qoymadı. Bir sözlə, qəsbkar ölkə bu beynəlxalq öhdəlikləri açıq şəkildə pozaraq, özünü terrorçu dövlət kimi bir daha ifşa etdi.

Prezident İlham Əliyevin həmin günkü müraciəti siyasi bəyanat olmaqla bərabər, xalqla birbaşa səmimi dialoq idi. Ölkə başçısı açıq, qətiyyətli və eyni zamanda, dərin emosional tonda danışaraq həm şəhidlərin ruhuna ehtiramını ifadə etdi, həm də xalqın ağrı-acısını paylaşdı. Bu, liderlə xalq arasında sarsılmaz bir bağlılığın göstəricisi idi.

Müraciətin tonunda həm qəzəb, həm mərdlik, həm də inam hiss olunurdu. Prezident düşmənin dinc əhaliyə qarşı törətdiyi vəhşiliyi sərt şəkildə pisləyərkən, eyni zamanda, xalqı təmkinli olmağa, dövlətə və orduya güvənməyə çağırırdı. “Biz intiqamı mülki şəxslərdən yox, döyüş meydanında alacağıq”, – deyirdi. Bu fikir həm də Azərbaycan dövlətinin yüksək mənəvi və hüquqi standartlara sadiqliyini, ordumuzun isə humanist dəyərlər çərçivəsində döyüşdüyünü bir daha göstərirdi.

Azərbaycan lideri müraciətində Füzuli şəhəri və rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Bu xəbər xalqımız üçün həm mənəvi, həm də strateji baxımdan mühüm əhəmiyyət daşıyırdı. Füzuli rayonu 27 il ərzində viran qoyulmuş, kəndlər talan olunmuş, bütün infrastruktur yerlə-yeksan edilmişdi. 2020-ci il oktyabrın 17-də isə bu torpaqlar yenidən azad nəfəs aldı, bu coğrafiyada Azərbaycan bayrağı yenidən dalğalandı.

Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətində əməliyyatların uğurla davam etməsi üçün açar mövqeyə malik idi. Bu tarixi Qələbə isə ordumuzun həm taktiki çevikliyinin, həm də koordinasiyalı döyüş qabiliyyətinin göstəricisi oldu. Azərbaycan Silahlı Qüvvələri də peşəkarlıqla hərəkət edir, qarşıya qoyulan tapşırığı uğurla yerinə yetirir, Qarabağın azadlığına doğru addım-addım irəliləyirdi.

Prezidentin müraciəti bir daha göstərdi ki, Azərbaycan xalqı ilə rəhbərliyi arasında misilsiz bir etimad mühiti mövcuddur. Hər bir vətəndaş bilirdi ki, dövlət başçısı ön xətdə gedən əsgərlərin də, arxa cəbhədə çalışan insanların da səsini eşidir. Müraciətin hər cümləsində xalqla birlikdə anlayışı hiss olunurdu. Bu birliyin nəticəsi idi ki, savaşın ən ağır anlarında belə ölkə daxilində panika deyil, inam və həmrəylik hökm sürürdü.

Gəncənin bombalanmasından bir neçə saat sonra insanlar sosial şəbəkələrdə, küçələrdə “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha birləşdilər. Bu, düşmənin məqsədinə zidd olaraq, xalqın milli iradəsini daha da möhkəmləndirdi. Prezident İlham Əliyev həmin anlarda yalnız siyasi lider deyil, həm də mənəvi rəhbər, xalqın səsini dünyaya çatdıran qətiyyətli bir sərkərdə idi.

Azərbaycan lideri müraciət zamanı həm də beynəlxalq ictimaiyyətin ikili standartlarını dolayı yolla ifşa etdi. Çünki Gəncədə çox sayda mülki insanın raket atəşi nəticəsində şəhid olması dünya mediasında kifayət qədər diqqət çəkmədi. Bununla da beynəlxalq sistemin ədalətsizliyi bir daha təsdiqini tapdı. Lakin Prezident İlham Əliyev həmişə olduğu kimi, soyuqqanlılıqla, diplomatik incəliklə bu vəziyyəti idarə etdi. O, qisası döyüş meydanında almaq prinsipini qorudu və beynəlxalq arenada Azərbaycanın haqlı mövqeyini əsaslandırdı. Bütün bunlar İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın savaşda olduğu kimi, informasiya müharibəsində də üstünlük qazandığını göstərirdi. Dünya ictimaiyyətinin diqqətinə Ermənistan terroru törədən, Azərbaycanı isə ədaləti bərpa edən tərəf kimi çatdırılırdı.

Dövlət başçısının xalqa müraciətində orduya verilən yüksək qiymət və təşəkkür sözləri hər bir azərbaycanlının qəlbində qürur hissi yaratdı. Dövlət başçısı Silahlı Qüvvələrimizin müzəffər ordu olduğunu, Azərbaycan əsgərinin Vətən uğrunda döyüşdüyünü və heç bir zaman mülki əhaliyə qarşı silah qaldırmadığını dəfələrlə qeyd etdi. Bu, həm mənəvi, həm də peşəkar üstünlüyün ifadəsi idi.

Füzuli əməliyyatının uğurla nəticələnməsi isə Azərbaycan Ordusunun XXI əsrin müasir döyüş strategiyalarını mənimsədiyini, milli müdafiə sisteminin yüksək səviyyədə qurulduğunu sübut etdi. Hərbi əməliyyatlarla yanaşı, diplomatik müstəvidə də qətiyyətli mövqe respublikamızın regional və beynəlxalq nüfuzunu artırırdı.

Dövlət başçısı ordumuzun Füzuli ilə bağlı apardığı əməliyyatın uğurla nəticələnməsindən bəhs edərkən, bu şəhər uğrunda ağır döyüşlər getdiyini, çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq göstərildiyini, eyni zamanda, vaxt keçəcək bu savaş haqqında əsərlər yazılacağını bildirdi: “Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi”.

Prezident İlham Əliyev Füzuli şəhəri barədə danışarkən, erməni faşizminin barbarlığını, dahi şairimizin adını daşıyan və 30 il əvvəl abadlığı, gözəlliyi ilə diqqət çəkən bu yurd yerinin xarabalığa çevrildiyini, yaşayış binalarından birinin belə saxlanılmadığını, sökülüb daşındığını da diqqətə çatdırdı. Ölkə rəhbəri dedi: “Əlbəttə, biz hamımız bilməliyik ki, şəhərdən bir şey qalmayıb, əsər-əlamət qalmayıb, bir dənə də salamat bina qalmayıb. Çünki otuz il ərzində o vəhşilərin əlində idi, yırtıcı heyvanların əlində idi, çaqqalların əlində idi. Bütün binalar sökülüb, dini abidələrimiz sökülüb, hər şey talan edilib, evlərin dam örtükləri, pəncərələri, əşyaları, hər şey. Sanki vəhşi bir qəbilə bu şəhəri zəbt etmişdir. Füzuli şəhərinin qalıqları erməni faşizminin təzahürüdür və erməni faşizminin şahididir”.

Azərbaycan lideri xalqa müraciətində Füzuliyə qayıdacağımıza, bütün kəndləri yenidən quracağımıza, abadlaşdıracağımıza da əminliyini ifadə edərək vaxtilə Ulu öndərin rəhbərliyi ilə ordumuzun bu rayonun 22 kəndini, o cümlədən Horadiz qəsəbəsini tapdaq altından çıxardığını, qəsbkardan geri alındığını xatırlatdı: “İndi baxın, görün, necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilibdir. İşğaldan azad edilmiş kəndlərdə füzulililər yaşayır. Deyə bilərəm ki, bu günə qədər işğaldan azad edilmiş kəndlərdə Füzuli əhalisinin, təqribən, yarısı məskunlaşıbdır. Ancaq bu gün artıq füzulililərin yaşadıqları kəndlər azad edilib və oraya həyat qayıdacaq, onlar qayıdacaqlar, onlar orada yaşayacaqlar, öz əcdadlarının qəbirlərini ziyarət edəcəklər. Orada bərpa olunacaq məscidlərdə azan səsi eşidiləcək”.

Bu məqamda hərbi ekspertlərin fikirlərinə əsaslanaraq xatırladaq ki, Azərbaycanın tarixi yaşayış məskəni olan Füzulinin işğaldan azad edilməsi ordumuzun ən uğurlu hərbi əməliyyatlarından biri idi. Bu şəhərin geri alınması strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılmasını şərtləndirdi, Silahlı Qüvvələrimizə növbəti strateji üstünlüklər verdi.

Bəli, Vətən müharibəsində Füzuli istiqamətində ağır döyüşlər gedib, Azərbaycan Ordusu misilsiz qəhrəmanlıqlar nümayiş etdirib, böyük hərbi peşəkarlıq və rəşadət göstərib. Bundan əvvəl, Cəbrayıl şəhəri, Hadrut, Xocavənd və Cəbrayıl rayonları, o cümlədən Füzuli rayonunun bir çox kəndləri işğaldan azad edilib. Sonda isə Füzuli şəhəri uğrunda savaş uğurla başa çatıb, düşmən son mərhələdə öz silahını yerə qoyaraq qaçıb.

İlham Əliyevin sözügedən tarixi çıxışının mənəvi əhəmiyyətinə gəldikdə isə, qeyd edək ki, Azərbaycan liderinin oktyabrın 17-dəki müraciəti, eyni zamanda, mənəvi gücün, milli iradənin və liderlik prinsipinin sintezini özündə birləşdirirdi. Prezidentin səsi, danışıq tərzi, faktlara əsaslanan arqumentləri bu savaşın tarixi Zəfərlə bərabər, həm də mənəvi qələbə ilə nəticələnəcəyinə dərin əminlik yaradırdı. Və belə də oldu – bir aydan az sonra Azərbaycan 30 ilə yaxın davam edən işğala son qoydu, tarixi 10 Noyabr Bəyanatı ilə qələbəni rəsmiləşdirdi.

2020-ci il oktyabrın 17-si isə həm kədər, həm də qürur günü kimi yadda qaldı. Gəncədə günahsız insanların şəhid olması Azərbaycan xalqını sarsıtsa da, həmin gün Füzulinin azad olunması xəbərini eşidən milyonlarla soydaşımız göz yaşını sevincə çevirdi.

Beləliklə, Prezident İlham Əliyevin 17 oktyabr müraciəti bir xalqın mübariz ruhunun, liderin əzmkarlığının və dövlətin haqq yolundakı ədalət mücadiləsinin parlaq təcəssümüdür. Bu çıxış tarixə yalnız müharibə dövrünün bir epizodu kimi yox, həm də Azərbaycanın milli iradəsinin, əxlaqi üstünlüyünün və siyasi yetkinliyinin simvolu kimi düşdü.

V.BAYRAMOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:240
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see397

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see239

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see214

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see205

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see203

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see203

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see197

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see190

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see189

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see189

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see181

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see179

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see176

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see174

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see173

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see173

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see171

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see162

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri