Icma.az
close
up
RU
Öz taleyini özü yazan Azərbaycan

Öz taleyini özü yazan Azərbaycan

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident Zəngilanda keçmiş Minsk Qrupunu bir daha "yad etdi"

44 günlük Vətən müharibəsi torpaqların azad edilməsi ilə bərabər həm də illərlə beynəlxalq masalarda bizə diktə olunan "dondurulmuş münaqişə" nağıllarının və saxta diplomatik qəliblərin param-parça edilməsi idi. Otuz il boyunca işğal olunmuş əraziləri mənasız protokollarla gəzib-dolaşan, su yoluna döndərən, status-kvonu qorumaqdan başqa heç bir işə yaramayan Minsk Qrupunun (qürubunun?) "fəaliyyəti" Azərbaycanın hərbi və siyasi iradəsi qarşısında öz əhəmiyyətini itirərək tarixin tozlu rəflərinə göndərildi. Bu qələbə göstərdi ki, xalqın birliyi dövlətin strateji ağlı ilə birləşəndə onilliklərin həlli mümkün olmayan düyünləri bir anda qırıla bilir. Bu gün Qarabağın nümunəsində Azərbaycan artıq kiminsə məsləhətinə və ya vasitəçiliyinə sığınmır, öz taleyini öz gücü və uzaqgörən siyasəti ilə birbaşa özü yazır.

Prezident İlham Əliyevin mayın 10-da Zəngilanda ilk sakinlərlə görüşü zamanı dilə gətirdiyi həqiqətlər, əslində illərlə üstü örtülmüş böyük siyasi riyakarlığın pərdəsini birdəfəlik qaldırdı. Azərbaycan xalqı üçün Minsk Qrupu heç vaxt ədalətli sülh ümidi olmayıb. Əksinə, bu qurum işğalı əbədiləşdirmək və münaqişənin mümkün həllini dondurmaq üçün qurulmuş mexanizm kimi yaddaşlara qazınıb. Onlar hərbi həll yoxdur deyib barmaq silkələyərkən, əslində Ermənistanı hər cür sanksiyadan sığortalayırdı. Hətta iş o yerə çatmışdı ki, beynəlxalq hüququ bir kənara qoyub "Şimali Qarabağ" kimi uydurma terminlərlə işğalçıya yol açır, öz torpağını azad etmək istəyən Azərbaycanı az qala təcavüzkar kimi qələmə verirdilər. Məscidlərimiz söküləndə, şəhərlərimiz xəritədən silinəndə və evlərimizə yadlar köçürüləndə susan həmsədrlərin bu soyuqqanlılığı köhnə müstəmləkəçi təfəkkürün və iyrənc ikili standartların təzahürü idi. Anji Kaspşik kimi diplomatların Bakıdan Xankəndiyə qədər uzanan lüks həyatı, kirayə villalarda keçən günləri isə bu faciəli prosesin onlar üçün turistik ezamiyyət olduğunu sübut edirdi.

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 12-də,  İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra Bakıya gələn ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul etdi. Bu, onilliklər boyu davam edən beynəlxalq vasitəçilik imitasiyasının iflasını rəsmiləşdirən tarixi an idi. ATƏT sədrinin xüsusi nümayəndəsi Anji Kaspşikin də iştirak etdiyi həmin görüşdə dövlət başçısı nümayiş etdirdiyi qətiyyətli mövqe ilə diplomatik etiketlərin pərdəarxası reallığını açıq müstəviyə çıxardı. Prezidentin vasitəçilərin üzünə “mən sizi dəvət etməmişəm, siz özünüz gəlmisiniz” dedi. Bu status-kvonun artıq tarixin arxivinə gömüldüyünün rəsmi bəyanı idi.

Həmin görüşdəki atmosfer Azərbaycanın münaqişənin həllində artıq kənar diktələrə və ya mənasız vaxt itkisinə ehtiyacı olmadığını bütün dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev  kəskin mövqeyi ilə illərdir kağız üzərində qalan qətnamələri ordunun gücü ilə icra edən xalqın iradəsini təmsil edirdi. Rəsmi Bakı onilliklər ərzində fəaliyyətsizlik nümayiş etdirən MQ-yə güzgü tutdu. Bu, regionda yeni reallıqların başladığını, artıq “ölü” qurumlara çevrilmiş beynəlxalq mexanizmlərin rəhbərliyinin deyil, qalib tərəf kimi Azərbaycanın şərtlərinin həlledici olacağını təsdiqlədi. Beləliklə, Minsk qrupunun fəaliyyəti məhz həmin masada mənəvi və siyasi baxımdan öz ömrünü tamamladı.

***

Bu gün regionun gələcəyi Azərbaycanın strateji iradəsi ilə müəyyənləşir. Bu yeni nizamın mərkəzi sütunu olan Qarabağ dövlət suverenliyinin tam bərpası ilə milli qürur mənbəyindən regionun yeni iqtisadi mühərrikinə çevrilir və bu inkişaf xətti Şuşadan, Ağdamdan keçərək birbaşa Zəngilana uzanır. Zəngilan  Şərq-Qərb və Şimal-Cənub vektorlarının strateji düyün nöqtəsinə çevrilir. Azad edilmiş torpaqlarda qurulan yeni infrastruktur arxitekturası Azərbaycanın həm suverenliyini möhkəmləndirir, həm də qitələrarası nəqliyyat xəritəsində öz şərtlərini diktə edən qlobal qovşaq statusunu təmin edir.

Prezidentin sakinlərlə söhbətində bu mövzu barədə dedikləri Azərbaycanın strateji hədəflərini tam aydınlığı ilə ortaya qoyur: "Ermənistanla burada sərhəd açılandan, Zəngəzur dəhlizi açılandan sonra Zəngilan faktiki surətdə ölkəmizin yeganə rayonu olacaq ki, bunun iki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq. Görün, bunun nə qədər böyük əhəmiyyəti var. Çünki bu, həm Şərq-Qərb dəhlizidir, Naxçıvandan Türkiyəyə, sonra Avropaya uzanan yoldur, həm də Şimal-Cənub dəhlizidir. Zəngilandan Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, yenə də Fars körfəzinə. Bu, beynəlxalq bir mərkəz olacaq, əvəzolunmaz mərkəz olacaq. Biz bunu belə görürük və belə də olacaq. Çünki bu günə qədər bütün planlarımız gerçəkləşib”. Zəngilanın simasında həyata keçirilən bərpa işləri Azərbaycanın müasir inkişaf modelinin və dövlətin yaradıcı gücünün əyani təzahürüdür. Beynəlxalq statuslu hava limanı, konqres mərkəzləri, yeni infrastruktur və sosial obyektlərin inşası ölkənin “qurucu dövlət” missiyasını beynəlxalq müstəvidə təsdiqləyir. Xüsusilə “Böyük Qayıdış” çərçivəsində atılan addımlar 2020-ci ilin hərbi zəfərini iqtisadi və sosial uğurlarla tamamlayaraq, regionun mənzərəsini kökündən dəyişdirir.

Prezidentin Zəngilandan verdiyi mesajlar dövlətin keçmiş irsi ilə gələcək hədəflərini birləşdirir. Burada Ulu Öndərin dövlətçilik mirası, 2020 və 2023-cü illərin hərbi-siyasi nəticələri və bugünkü quruculuq işləri vahid  xətt üzrə inkişaf edir. Minsk Qrupunun 30 ildə edə bilmədiyini (və ya etmək istəmədiyini) Azərbaycan dövləti 44 gündə hərbi, sonrakı bir neçə ildə isə diplomatik və quruculuq müstəvisində həll etdi. Zəngilanda ucalan "Ağıllı kəndlər", beynəlxalq hava limanı və qurulan enerji infrastrukturu dünyaya  mesajdır: Azərbaycan artıq diktə edilən ssenarilərin obyekti deyil, tarixin axarını dəyişən subyektdir. Bu gün Azərbaycanın gücü təkcə ordusunda deyil, həm də azad edilmiş torpaqlarda həyata keçirdiyi bu planlı və uzaqgörən strategiyasındadır.

Tacir SADIQOV,

XQ

Ekspert rəyi

Rasim Musabəyov, Milli Məclisin deputatı, politoloq

ATƏT-in Minsk qrupu əvvəldən Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə deyil, onun dondurulması ilə məşğul olurdu. Onun əsas vəzifəsi münaqişənin yenidən hərbi müstəviyə keçməsinin qarşısını almaq idi. Lakin bu vəzifəsinin öhdəsindən gələ bilmədi, çünki münaqişə həm 2016-cı ildə, həm də 2020-ci ildə yenidən hərbi mərhələyə keçdi və nəhayət, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tam və qeyd-şərtsiz qələbə qazandı.

2020-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri dəvət olunmadan Bakıda “peyda” oldular və Azərbaycan Prezidenti İlham Əliyev onları qəbul edərkən demişdi: “Mən Minsk qrupunu səfər etməyə dəvət etməmişdim. Amma mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, mən dedim: qoy gəlsinlər, mən etiraz etmirəm. Bəlkə mənə deyəcəkləri nəsə var.

Məlum oldu ki, onların deyəcək heç nəyi də yox imiş. Bundan sonra həmsədrlər üçlüyünü yenidən diriltmək üçün müəyyən cəhdlər edildi, lakin sonradan başlayan Rusiya–Ukrayna müharibəsinə görə birgə səylərlə nizamlanma prosesinə qoşulmaq artıq mümkün olmadı.

Rusiya müəyyən müddət bu vasitəçilik missiyasını təkbaşına icra etməyə çalışdı, sonra isə o vaxtkı Avropa Şurasının Prezidenti Şarl Mişelin timsalında Avropa İttifaqı belə bir təşəbbüs göstərdi. Lakin bütün bu cəhdlər nəticəsiz qaldı və tərəflər münasibətlərin tənzimlənməsi prosesini ikitərəfli formatda davam etdirdilər.

Sonradan ABŞ-ın, ABŞ Prezidentinin dəstəyi əldə olundu – Vaşinqtonda Birgə Bəyannamə imzalandı və sülh müqaviləsinin mətni paraflandı. Görüşün nəticələrinə əsasən Minsk qrupunun buraxılması barədə qərar qəbul olundu və bu da həyata keçirildi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 May 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see349

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see280

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see267

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see266

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see264

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see255

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see254

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see253

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see250

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see247

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see235

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see233

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see226

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see224

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see222

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see219

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see201

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see198

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see196

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri