Icma.az
close
up
RU
Azərbaycan Liderinə yüksək etimadın bariz nümunəsi

Azərbaycan Liderinə yüksək etimadın bariz nümunəsi

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident cənab İlham Əliyevin fəaliyyəti ilə bağlı ölkə vətəndaşları arasında keçirilən rəy sorğusunun nəticələri xalqımızın öz Prezidentinə - Liderinə olan yüksək etimadın, inamın bariz nümunəsidir.

Prezident seçildiyi ilk gündən cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti Azərbaycan xalqının milli maraqlarının qorunmasına xidmət edir. Bu gün Azərbaycan dünyada az sayda ölkələrdəndir ki, müstəqil, milli maraqlarına söykənən xarici siyasət həyata keçirir. Mübağiləsiz demək olar ki, İlham Əliyev dünyada yeganə dövlət başçısıdır ki, xalqa verdiyi bütün vədləri yerinə yetirib və bu gün də fəaliyyətini bu istiqamətdə davam etdirir. Prezidentimizin hər zaman əlçatan, sadə xalqın arasında olması onun böyük şəxsiyyət olmasının sübutudur. 2020-ci ildə Ümumdünya İqtisadi Forumunun panel iclasında moderatorun "Avrasiyada böyük dövlətlər mövcuddur, bir tərəfdə Rusiya, digər tərəfdə Çin. Azərbaycan Prezidenti olaraq kimə zəng edərsiniz? Moskvaya yoxsa Pekinə?" sualına Prezidentimizin "Bakıya" cavabı cənab İlham Əliyevin öz xalqına qüvəndiyinin bariz nümunəsidir. Hər zaman olduğu kimi, bu gün də xalqımız öz Prezidentinə inanır, güvənir və onun ətrafında sıx birləşib.

Ulu Öndər Heydər Əliyev siyasi kursuna və irsinə sadiq qalaraq onu inkişaf etdirən Prezident cənab İlham Əliyev Azərbaycanı dünyada nüfuzlu bir dövlətə çevirdi. Ölkə başçımızın müdrik, qətiyyətli, eləcə də uzaqgörən siyasəti sayəsində bu gün Azərbaycan qlobal səviyyədə söz sahibinə malik olan bir ölkədir. Artıq Azərbaycan nəinki regionda, dünyada gedən siyasi proseslərə təsir edən bir güc mərkəzinə çevrilməkdədir. Prezident cənab İlham Əliyevin apardığı balanslaşdırılmış və müstəqil siyasətin nəticəsidir ki, dünyanın ən böyük və qüdrətli ölkələrinin dövlət başçıları İlham Əliyevin böyük siyasi lider olduğunu vurğulayırlar.

Dünyanın aparıcı maliyyə institutları, görkəmli iqtisadi ekspertləri vurğulayırlar ki, Azərbaycan çox az sayda dövlətlərdən biridir ki, öz özünü 100 faiz təmin edə bilər. Bu gün Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr sırasında öndə gedir və inflyasiya səviyyəsi ən aşağı olan dövlətlərdən biridir.

Prezident, Ali Baş Komandan cənab İlham Əliyev tək regionun deyil, dünyanın ən güclü orduları sırasında yer alan bir ordu yaradıb. Azərbaycanın Ordusu son 80 ildə heç bir dövlətin ordusunun nail ola bilmədiyi bir qalibiyyət qazandı. Ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Prezident cənab İlham Əliyevin böyük sərkərdəlik və siyasi bacarığı sayəsində Azərbaycan öz müstəqilliyini və suverenliyini tam bərpa etdi. Azərbaycan Ordusunun göstərdiyi döyüş taktikası və peşəkarlığı dünyanın hərb tarixinə yazıldı. Bugünkü Azərbaycan Ordusu Vətən müharibəsindəki ordudan daha da güclüdür. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma və bərpa işləri bir nümunədir ki, Azərbaycan iqtisadi cəhətdən qüdrətli bir dövlətdir. 300-dən çox dağıdılmış və viran qoyulmuş şəhər və kəndlərin ən müasir formada yenidən qurulması buraya gələn xarici qonaqları, diplomatları heyrətə gətirir. Bütün bu işləri Azərbaycan heç bir təşkilatdan və ölkədən maliyyə yardımı almadan, kredit götürmədən təkbaşına edir.

Prezident cənab İlham Əliyev Azərbaycanı Avrasiya məkanı üçün ən önəmli bir dövlətə çevirdi. Ölkə başçımızın yaratdığı böyük nəqliyyat-logistika infrastrukturu sayəsində Şərqlə Qərb, Şimalla Cənub arasında olduqca səmərəli bir iqtisadi bağlantı yarandı.

Azərbaycan üzərindən keçməklə bu marşrut üzrə yükdaşımalar hər il artmaqdadır. Bu, Azərbaycan iqtisadiyatı ilə yanaşı, Avrasiya məkanında yerləşən bütün dövlətlərin iqtisadiyyatına böyük töhfələr verir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində də olduqca mühüm rol oynayır. Ölkə başçımızın da qeyd etdiyi kimi, müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabər tutulur. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti sayəsində bir sıra Avropa dövlətləri öz milli təhlükəsizliklərini təmin etmiş olurlar. Təsadüfi deyil ki, dünya dövlətləri Azərbaycanı etibarlı tərəfdaş ölkə, Prezident cənab İlham Əliyevi isə böyük siyasətçi və lider olduğunu vurğulayırlar. Azərbaycanın şimalında və cənubunda böyük müharibələr və münaqişələr hökm sürür. Dünyada hökm sürən gərgin geosiyasi vəziyyətə rəğmən, Azərbaycanda stabillik mövcuddur. Prezidentimizin uğurlu xarici siyasətinin nəticəsidir ki, tək ölkəmizdə deyil, Cənubi Qafqaz regionunda da hal-hazırda sabitlik və əmin-amanlıq hökm sürür.

Kamilə Əliyeva

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 10 İyul 2026 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri