Icma.az
close
up
RU
Azərbaycan liderinə təbriklər gəlir Yenilənir

Azərbaycan liderinə təbriklər gəlir Yenilənir

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“Qafqazinfo” xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu xoş fürsətdən istifadə edərək, birgə səylərimiz nəticəsində Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın və çox yaxşı münasibətlərin gələcəkdə də fəal şəkildə inkişaf edəcəyinə və dərinləşəcəyinə əminliyimi bildirirəm.

Son bir neçə ildə hər dəfə konstruktiv və dostluq mühitində keçən, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli formatlarda strateji münasibətlərin, səmərəli əlaqələrin, fəal siyasi dialoqun genişlənməsinin təsdiqləndiyi görüşlərimizi məmnuniyyətlə xatırlayıram”.

***

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.

Böyük məmnunluqla qeyd etmək istərdim ki, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma kimi möhkəm prinsiplərə əsaslanan Türkmənistan-Azərbaycan münasibətləri son zamanlar yeni vüsət alıb.
Bu münasibətlər yüksək səviyyədə qarşılıqlı etimad və anlaşma ilə fərqlənir ki, bu da dövlətlərimizin gələcək uğurlu inkişafı üçün möhkəm təməl rolunu oynayır.

Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, davamlı tərəqqi və firavanlıq arzulayıram”.

***

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Prezident İlham Əliyevə təbrik məktubund deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.

Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar genişləndirilir.

Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

***

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev də Prezident İlham Əliyevə təbrik məktubu göndərib:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Siz ölkənizin mənafeyi naminə xalqınızın və dahi atanızın gözləntilərini layiqincə doğruldursunuz.

Uzaqgörən siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq nüfuzu artmış, regionda sülh və qarşılıqlı etimadın yeni bir mərhələsi formalaşmışdır.

Ölkənizə davamlı rifah və yeni nailiyyətlər arzulayıram.

Aramızda yaranan hörməti xüsusilə yüksək qiymətləndirirəm. Dostluq və hörmət ruhunda keçən bütün görüşlərimizi, söhbətlərimizi həmişə xoş duyğularla yada salıram.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, nəcib təşəbbüslərinizdə müvəffəqiyyət, qardaş Azərbaycan xalqına isə firavanlıq və yeni uğurlar diləyirəm”.

***

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Prezident İlham Əliyevə təbrik məktubu bildirilib:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin siyasi karyeranız cəsarətlə irəliləyən, dürüstlük, qətiyyət və ölkəsinin taleyinə görə məsuliyyət nümayiş etdirən, enerjisi ilə həmfikir insanları və tərəfdarları ruhlandıran bir liderin yoludur.

Sizin çoxillik fədakar əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafda, dövlətçiliyinin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm nəticələrə nail olmuşdur.

Rusiya-Azərbaycan parlament dialoqunun genişləndirilməsi məsələlərinə göstərdiyiniz davamlı diqqəti minnətdarlıqla qeyd edirəm. 2025-ci ilin mart ayında Bakıya səfərimi xüsusi səmimiyyətlə xatırlayıram. Mənə göstərdiyiniz mehriban münasibəti yüksək dəyərləndirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar arzulayıram. Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Dekabr 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see502

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see311

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see302

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see249

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see248

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see234

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see234

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see232

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see229

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see221

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see220

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see216

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see214

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see211

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see198

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see197

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see195

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see192

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri