Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşdi
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026/2027 mövsümündə Peşəkar Futbol Liqasının bayrağı altında keçiriləcək liqalarda istifadə olunacaq toplar müəyyənləşib.
QOL.az PFL-in saytına istinadən xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və Əvəzedicilər liqasında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Trionda” toplarından yararlanacaqlar.
“Trionda” 2026-cı il dünya çempionatı üçün hazırlanmış müasir futbol topudur. Bu toplar xüsusi teksturalı səthə malikdirlər və bu, topun uçuş sabitliyini, fırlanmasını və nəm şəraitdə tutuşunu yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Peşəkar Futbol Liqası ilə “Adidas” şirkəti arasında mövcud olan müqaviləyə əsasən, yüksək keyfiyyətə malik “Trionda” topları güzəştli şərtlər ilə əldə ediləcək.
I Liqa oyunları 2025/26 mövsümündə olduğu kimi, “Fussballiebe” toplarından istifadə olunmaqla keçiriləcək. II Liqa komandalarının ixtiyarında ənənəvi olaraq “Adidas Tiro Pro” topları olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 Mart 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















