Icma.az
close
up
RU
Azərbaycan liqalarında növbəti mövsümün TOPLARI

Azərbaycan liqalarında növbəti mövsümün TOPLARI

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2025/2026 mövsümündə Azərbaycan liqalarında istifadə olunacaq toplar müəyyənləşib.

İdman.biz xəbər verir ki, qarşıdakı mövsümdə Azərbaycan Premyer Liqası və əvəzedicilərin çempionatında çıxış edəcək komandaların üzvləri “Adidas” şirkətinin istehsal etdiyi “Conext25 PRO” toplarından yararlanacaqlar.

Ən yüksək səviyyəli oyunlar üçün nəzərdə tutulmuş, FIFA tərəfindən rəsmi olaraq təsdiqlənmiş “Conext25 Pro” xüsusi hazırlanmış, keyfiyyətli polietilen materialından istehsal edilib. Bu, topun dayanıqlığını və müxtəlif hava şəraitində istifadəsini təmin edir. Topun səthi mükəmməl hava axını və yüksək sürət təmin edən xüsusi qatlara malikdir. Daxili hazırlanma texnologiyası topun təzyiqini yaxşı saxlamağa hesablanıb.

Top unikal və parlaq rəngləri ilə seçilir. “Conext25 PRO”nun rəngi onun meydançada vizual olaraq görünməsini asanlaşdırır.

Top hazırlanarkən onun təhlükəsizliyinə və möhkəmliyinə xüsusi önəm verilib.

Ötən il Premyer Liqada istifadə edilən, 2024-cü il Avropa çempionatının rəsmi topu olan “Fussballiebe” gələn mövsüm I Liqa klublarının ixtiyarında olacaq.

Alman dilindən tərcümədə “futbol sevgisi” mənasını verən “Fussballiebe”-nin üzərində - turnirin loqotipinin ətrafında iştirakçı ölkələrə işarə edən qırmızı, göy, yaşıl və narıncı rənglər təsvir edilib. Həmçinin Almaniyada baş tutmuş yarışda matçların keçirildiyi 10 şəhərin adı və stadionların illüstrasiyası əks olunub.

Bu top bioloji əsaslı materiallardan hazırlanıb. Sürətli və dəqiq oyuna imkan yaradan yüksək aerodinamikaya malikdir.

Üst təbəqə sabit və ikiqatlı xarici qabığı ilə ekoloji cəhətdən təmiz və təbii rezindən ibarət mərkəzi hava kamerası, müasir “CTR-CORE” ilə dəstəklənir.

Top həm meydanda, həm də meydandan kənarda geniş şəkildə tədqiq edilmiş və sınaqdan keçirilib.

II Liqa komandalarının üzvləri “Adidas Tiro Pro”-nu “qovacaqlar”. Onlara bu toplar hədiyyə ediləcək.

“Adidas Tiro Pro” futbol topu ən yüksək FIFA reytinqli, ənənəvi 32 lövhəli dizayna malikdir. İnnovativ TSBE texnologiyasıyla hazırlanan topun lövhələri bir-birinə termal yolla birləşdirilib. Bu texnologiya sayəsində top daha az nəm hopdurur, uçuş trayektoriyası isə daha dəqiq olur.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Mart 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri