Icma.az
close
up
RU
Azərbaycan “Lukoil”in obyektlərini alacaq? AÇIQLAMA

Azərbaycan “Lukoil”in obyektlərini alacaq? AÇIQLAMA

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin sanksiyalarından sonra "LukOil" beynəlxalq aktivlərinin satışını elan edib. ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi "LukOil" ilə əməliyyatların dayandırılması üçün müddət dekabrın 13-də başa çatır.

Qeyd edək ki, şirkət 27 xarici ölkədə təmsil olunur. "LukOil”in 34 törəmə şirkəti var. Sanksiyada şirkətlərin hər biri qeyd edilməsə də, qadağaların onlara da şamil ediləcəyi istisna deyil. Ən əsası şirkətlərə dollarla əməliyyat aparmaq qadağan olunur.

Eləcə də ABŞ vətəndaşlarına, bu ölkədə işləyən şirkətlərə "LukOil" ilə hər hansı ticari və hüquqi əlaqələr qadağan edilir. Bu baxımdan, şirkətin Azərbaycandakı bəzi layihələrdən də geri çəkilməsi mümkündür.

"LukOil" on ölkədə, o cümlədən Azərbaycanda kəşfiyyat və hasilat layihələri həyata keçir, “Şahdəniz” yatağının işlənməsində iştirak (19,99%) edir.

Modern.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin sədri İlham Şaban sanksiyaların "Lukoil"in hansı layihələrinə tətbiq edildiyindən danışıb:

"Bu sanksiyalar "Lukoil"ə qarşı siyasi səbəbdən tətbiq edilir. Sanksiyalar Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı gedişatına, Moskvanın müharibəni dayandırmasına yönəlmiş addımlardır. İkinci bir tərəfdən sanksiyalar "Lukoil"in o layihələrinə  tətbiq edilir ki, nəzarət paketinin, yəni "50%+" səhmə malik olsun. "Şahdəniz"də isə "Lukoil"in səhmi 19,99%-dir. Çox güman ki, danışıqlar yolu ilə bu məsələ həll olunacaq. Vaxtilə İran şirkətinə qarşı Avropa Birliyinin və ABŞ-nin birgə tətbiq etdiyi gücləndirilmiş sanksiyalar özündə bir sıra istisnalar ehtiva edirdi. Bu istisnalardan biri də Şahdəniz layihəsində iştirakla bağlıydı. İndiyə qədər İran şirkəti burada fəaliyyətini davm etdirir. Ancaq o zaman İran şirkətinə vəsaitləri yatırtmağa icazə verilmişdi, amma "Şahdəniz" layihəsindən mənfəət götürülməsinə qadağa qoyulmuşdu. Avropada hesab açılmışdı, o vəsait orada toplanırdı. "Lukoil"lə bağlı məsələ necə olacaq deyə bilmərəm. Hesab edirəm ki, bu danışıqlardan asılıdır".

İ.Şaban vurğulayıb ki, "Lukoil"in obyektləri Azərbaycan tərəfindən alına bilər:

"Lukoil"in Azərbaycanın neft məhsullarını parakəndə bazarında fəaliyyətinə gəldikdə 100% bu şirkətə məxsusdur və onun 87 yanacaqdoldurma məntəqəsi, o cümlədən 1 neft bazası mövcuddur. Bəli, bunlar alına bilər. Burada hər hansı mürəkkəb məsələ yoxdur. Digər yandan, sanksiyaya düşmüş şirkətlər layihələri tərk edirlər. Əsas məsələ odur ki, bazarda fəaliyyət davam etsin. Sadəcə bir şirkətin öz payını satıb bazardan çıxması və ya əksinə bazara daxil olması normal prosesdir. Düzdür, sanksiyalar altında bunun edilməsi heç də normal deyil, çünki alıcı ucuz almağa, satan tərəf isə baha satmağa çalışır. Yenə də sövdələşmə olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see427

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see341

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see302

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see293

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see237

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see236

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see214

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see209

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see199

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see193

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see187

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see187

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see181

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see177

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see176

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see171

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see167

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see149

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri