Icma.az
close
up
RU
Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı

Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti (Dövlət Xidməti) Böyük Britaniyanın nüfuzlu nəşri “Global Brand Magazine” tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə “İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası” nominasiyası üzrə qalib elan olunub.

Redaktor.az xəbər verir ki, Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi “Vahid Mədəniyyət Reyestri” informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb etmişdir.

Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, “MyCulture” vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.

“Dövlət sektoru” kateqoriyası üzrə mükafatlar Yaponiya Nazirlər Kabineti, Almaniya Federal Məşğulluq Agentliyi, Böyük Britaniyanın Milli Səhiyyə Xidməti, Sinqapur Dövlət Texnologiya Agentliyi, İsrail Milli Kibertəhlükəsizlik Direktorluğu, Avstraliya Qiymətli Kağızlar və İnvestisiyalar Komissiyası, Danimarka Enerji Agentliyi, Hindistan İnvestisiya Agentliyi, Amsterdam Bələdiyyəsi, Qətər İnkişaf Bankı kimi nüfuzlu təşkilatlara və “e-Estonia”, “Smart Dubai” kimi qlobal miqyasda nüfuz qazanmış meqa layihələrə təqdim edilib. Bu fakt Dövlət Xidmətinin mədəni irsin idarəedilməsi və qlobal texnologiyaların tətbiqi sahəsində artan nüfuzunu təsdiqləməklə yanaşı, mədəni irsin qorunması sahəsində həyata keçirilən institusional transformasiya, rəqəmsallaşdırma və formalaşdırılmaqda olan müasir dövlət xidmətləri modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirilməsinin göstəricisi hesab olunur.

Qeyd edək ki, “Global Brand Magazine” beynəlxalq səviyyədə dövlət idarəçiliyi, innovasiya, korporativ transformasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.

Əldə olunan bu beynəlxalq uğur Azərbaycanın mədəni irs sahəsində həyata keçirdiyi dövlət siyasətinin möhkəm ənənələr, təkmil idarəetmə, innovasiya və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını, ölkədə bu istiqamətdə nümunəvi idarəetmə modelinin formalaşdırılmasını nümayiş etdirir.
https://www.globalbrandsmagazine.com/award-winners-2026/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 May 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see352

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see337

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see322

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see317

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see292

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see279

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see276

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see258

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see240

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see239

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see230

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see222

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see219

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see217

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see217

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see215

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see215

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see208

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see203

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri