Icma.az
close
up
RU
Azərbaycan Qlobal İnnovasiya İndeksində

Azərbaycan Qlobal İnnovasiya İndeksində

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Cari il üçün “İnnovasiyalar yolayrıcında: gələcəyin müəyyən edilməsi” adlı Qlobal İnnovasiya İndeksi (Qİİ) innovasiya fəaliyyəti, investisiya axınları, elmi əməkdaşlıq və qabaqcıl texnologiyaların yayılması ilə bağlı unikal baxış təqdim edir. Bu, ABŞ-ın Portulans İnstitutu və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşr etdikləri sayca 18-ci buraxılışdır və 139 ölkənin iqtisadiyyatını əhatə edərək onların innovasiya sahəsindəki güclü və zəif tərəflərini göstərir. 2007-ci ildən bəri Qİİ ölkələr üçün innovasiya fəaliyyətinin qiymətləndirilməsində, siyasətlərin təkmilləşdirilməsində və onların effektivliyinin artırılmasında dəyərli istinad mənbəyi olmuşdur. BMT-nin Baş Assambleyası Qİİ-ni elm, texnologiya və innovasiya sahəsində siyasətlərin davamlı inkişaf məqsədlərinə uyğun ölçülməsi üçün etibarlı müqayisəli analiz aləti kimi tanıyır (AZƏRTAC).

Cari ilin Qİİ reytinqi innovasiya fəaliyyətinin potensialı, nəticələri və institusional mühitini əhatə edən 80 indikator-göstərici əsasında hazırlanıb. Bu indikator-göstəricilər qanunvericilik, elm və təhsil sahələrindən tutmuş bazar inkişafı, biznes, infrastruktur və s. kimi geniş spektrdə məlumatları özündə birləşdirir. Qİİ-nin nəşrinin əsas məqsədi ölkələrin innovasiya mexanizmlərinin effektivliyini qiymətləndirməyə imkan yaratmaqdır.

Qİİ-2025-in lideri İsveçrədir, onun ardınca İsveç, Amerika Birləşmiş Ştatları, Koreya və Sinqapur gəlir. Ən innovativ on ölkələr sırasında, həmçinin Böyük Britaniya, Finlandiya, Niderland, Danimarka və Çin yer alır. Postsovet məkanında ən yaxşı nəticələri Estoniya (16-cı yer), Litva (33-cü yer) və Latviya (41-ci yer) göstərib. Rusiya 60-cı yerdədir, Azərbaycan isə 2024-cü illə müqayisədə göstəricilərini bir pillə yaxşılaşdıraraq 2025-ci ildə 94-cü yeri tutub. 2025-ci il üzrə Qİİ reytinqi innovasiya fəaliyyətini əks etdirən 80 indikator-göstəricini özündə birləşdirən 7 qrupdan ibarətdir və iki əsas nəticəvi subindekslə ifadə olunur: “innovasiya resursları” və “innovasiya nəticələri”.

“İnnovasiya resursları” subindeksi milli iqtisadiyyatda innovasiya proseslərinin baş verdiyi sahələri 5 qrup üzrə qiymətləndirir: 1 – institutlar; 2 - insan kapitalı və elm; 3 – infrastruktur; 4 – bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi) və 5 – biznesin inkişaf səviyyəsi. “İnnovasiya nəticələri” subindeksi innovasiya fəaliyyətinin faktiki nəticələrini iki qrupa ayıraraq əks etdirir: 6 - bilik və texnologiyaların nəticələri və 7 – kreativ (yaradıcı) fəaliyyətin nəticələri.

Azərbaycanın güclü tərəfləri kimi Qİİ-nin tərtibatçı-ekspertləri aşağıdakıları qeyd edirlər.

- “İnstitutlar” subblokunun 3 indikator-göstəricisi üzrə: - Sahibkarlıq siyasəti və mədəniyyəti, Biznesin aparılması siyasətinin sabitliyi, Biznesin əməliyyat sabitliyi;

- “İnsan kapitalı və elm” subblokunun 2 indikator-göstəricisi üzrə - Orta məktəbdə şagird-müəllim nisbəti, Elm və texnologiya sahəsində məzunlar;

- “Biznesin inkişaf səviyyəsi” subblokunun 2 indikator-göstəricisi üzrə - Klasterlərin inkişaf vəziyyəti; Universitetlərlə sənaye arasında tədqiqat və təcrübi-təkmilləşdirmə sahəsində əməkdaşlıq;

- “Bilik və texnologiyaların nəticələri” subblokunun 2 indikator-göstəricisi üzrə - Mənşəyinə görə patentlər, eləcə də Əmək məhsuldarlığının artımı;

- “Bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi)” blokunun 1 indikator-göstəricisi üzrə - Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi.

Beləliklə, reytinq müəllifləri Azərbaycanın güclü tərəfləri sırasında 2-ci yerdən 50-ci yerədək mövqelərdə qərarlaşan on indikator-göstəricisini müəyyənləşdirirlər. 2025-ci ildə Azərbaycan “innovasiya resursları” subindeksi üzrə 76-cı yeri tutmuş və ötən illə müqayisədə öz göstəricilərini 6 pillə yaxşılaşdırıb. “İnnovasiya resursları” subindeksi üzrə Azərbaycan postsovet məkanından olan bir sıra ölkələri qabaqlayır: Ermənistanı (78-ci yer), Ukraynanı (80-ci yer), Moldovanı (89-cu yer), Qırğızıstanı (93-cü yer), Belarusu (102-ci yer) və Tacikistanı (105-ci yer).

“İnnovasiya resursları” subindeksində ölkənin dövlət idarəetmə orqanlarının rolunu əks etdirən “İnstitutlar” subblokunun mövqeyi kifayət qədər yüksəkdir – 41-ci yer, həm də əvvəlki illə müqayisədə 10 pillə irəliləyib. “İnstitutlar” subbloku üzrə Azərbaycan postsovet məkanında Latviyanı (46-cı yer), Özbəkistanı (62-ci yer), Ermənistanı (70-ci yer), Qazaxıstanı (77-ci yer), Moldovanı (91-ci yer), Tacikistanı (102-ci yer), Ukraynanı (108-ci yer), Qırğızıstanı (119-cu yer), Rusiyanı (131-ci yer) və Belarusu (137-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunda toplanmış “institusional mühit” indikator-göstəricisi (65-ci yer) üzrə, “Müəssisələr üçün operativ sabitlik” indikator-göstəricisi 45-ci yeri tutaraq mövqeyini 3 pillə yaxşılaşdırıb, “Hökumətin effektivliyi” indikator-göstəricisi isə 74-cü yeri tutub. Bu indikator-göstərici üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (90-cı yer), Ermənistanı (82-ci yer), Moldovanı (81-ci yer), Tacikistanı (116-cı yer), Ukraynanı (94-cü yer), Qırğızıstanı (122-ci yer), Rusiyanı (112-ci yer) və Belarusu (128-ci yer) qabaqlayır.

“İnstitutlar” subblokunun “Biznes mühiti” aqreqasiya olunmuş indikator-göstəricisi olduqca yüksək nəticə göstərərək 3-cü yeri tutmuş və 2024-cü illə müqayisədə 12 pillə irəliləmişdir. “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikator-göstəricisi isə 2-ci yeri tutmuşdur. “Biznes aparmaq siyasətinin sabitliyi” indikator-göstəricisi isə 20-ci yerdə qərarlaşmışdır.

"İnsan kapitalı və elm" subblokunun "Orta təhsilin dövlət tərəfindən maliyyələşdirilməsi" indikator-göstəricisi üzrə 67-ci yerdədir, “Orta məktəbdə şagird-müəllim nisbəti” indikator-göstəricisi üzrə yüksək – 20-ci, “PISA üzrə oxu, riyaziyyat və təbiət elmləri üzrə nəticələr” indikator-göstəricisi isə 70-ci yeri tutmuşdur. “Ali təhsil” aqreqasiya olunmuş indikator-göstəricisinin “Elm və texnologiya üzrə məzunlar” indikator-göstəricisi üzrə 36-cı yeri tutmuş və 2024-cü illə müqayisədə 9 pillə yaxşılaşmışdır. “Tədqiqat və inkişaf” aqreqasiya olunmuş indikator-göstəricisinin “Tədqiqatçılar” indikator-göstəricisi üzrə 47-ci, “Qlobal korporasiyaların elmə yatırdığı investisiyalar” indikator-göstəricisi üzrə isə 44-cü yeri tutmuşdur.

“İnfrastruktur” subblokunun “İnformasiya və kommunikasiya texnologiyaları” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 70-ci yeri tutur və ötən illə müqayisədə reytinqdə öz mövqeyini 14 pilləlik artım göstərmişdir. Bu aqreqasiya olunmuş indikator-göstəricisinin “Dövlətin onlayn xidmətləri” indikator-göstəricisi üzrə 66-cı yerdədir və 15 pilləlik yaxşılaşma nümayiş etdirib. “İnfrastruktur” subblokunun “Elektrik enerjisinin istehsalı” indikator-göstəricisi üzrə 70-ci yeri tutur.

“Bazarın inkişaf səviyyəsi (mürəkkəbliyi)” subbloku üzrə 72-ci yerdədir və 2024-cü illə müqayisədə mövqeyi 42 pillə yaxşılaşmışdır. Bu subblok üzrə Azərbaycan postsovet məkanında Özbəkistanı (74-cü yer), Rusiyanı (76-cı yer), Qırğızıstanı (82-ci yer), Ermənistanı (83-cü yer), Ukraynanı (85-ci yer), Moldovanı (88-ci yer), Qazaxıstanı (93-cü yer), Belarusu (102-ci yer) və Tacikistanı (110-cu yer) qabaqlayır. “Kreditlər” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə yüksək - 37-ci yeri tutmuşdur. “Startapların və kiçik müəssisələrin maliyyələşdirilməsi” indikator-göstəricisi üzrə isə yüksək – 12-ci yeri tutmuşdur.

“Biznesin inkişaf səviyyəsi” subblokunun “Biznes tərəfindən maliyyələşdirilən elmi tədqiqatlar” indikator-göstəricisi üzrə 58-ci yeri tutmuş və ötən illə müqayisədə öz mövqeyini 5 pillə yaxşılaşmışdır. “İnnovasiya əlaqələri” aqreqasiya olunmuş indikator-göstəricisinin (60-cı yer) “Klasterin inkişaf vəziyyəti” indikator-göstəricisi üzrə 30-cu yeri tutmuş, “Elmi-tədqiqat və təcrübə-konstruktiv işlər sahəsində universitetlər və sənaye arasında əməkdaşlıq” indikator-göstəricisi üzrə - 36-cı yeri tutmuşdur. “Biliklərin mənimsənilməsi” aqreqasiya olunmuş indikator-göstəricisinin isə “Əqli mülkiyyətə ödəmələr” indikator-göstəricisi üzrə 69-cu yeri tutmuşdur.

Mühüm nəticəli subindeks “innovasiya nəticələri” subindeksidir. “İnnovasiya nəticələri” subindeksi 2025-ci ildə 112-ci yeri tutmuşdur. "Biliklərin təsiri" aqreqasiya olunmuş indikator-göstəricisinin "Startapların yaradılması" indikator-göstəricisi üzrə 53-cü yeri, "Əmək məhsuldarlığının artması" indikator-göstəricisi isə 55-ci yeri tutmuşdur. Bu indikator-göstərici nəticəverici olub, istehsalata qabaqcıl texnologiyaların tətbiqi, intellektual əmək nəticələri və işçilərin peşəkar bacarıqlarının artırılması ilə əlaqəlidir. “Kreativ (Yaradıcı) fəaliyyətin nəticələri” subblokunun “Əyləncə və media bazarı” aqreqasiya olunmuş indikator-göstəricisi üzrə 47-ci yerdədir.

Mahir

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Sentyabr 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see645

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see354

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see268

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see267

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see248

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see245

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see200

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see199

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see198

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see197

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see191

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see188

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see182

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see178

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see169

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see168

“Prezidentin verdiyi mesajlar regionumuzun gələcəyi baxımından böyük önəm kəsb edir” ŞƏRH

18 Avqust 2026 15:52see163

Ukrayna Qərbdən 101 milyard dollar dəstək almaq niyyətindədir

18 Avqust 2026 01:23see160

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see159

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri