Icma.az
close
up
RU
Azərbaycan mədəni və informasiya diplomatiyasında aktiv rola malikdir ŞƏRH

Azərbaycan mədəni və informasiya diplomatiyasında aktiv rola malikdir ŞƏRH

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

III Şuşa Qlobal Media Forumu, sözsüz ki, əhəmiyyətli hadisə olmaqla yanaşı, həm də son dərəcə gərgin məsələlərin istər regional, istərsə də qlobal aktorların vacib müzakirə predmeti olduğu, süni intellektin və rəqəmsallaşmanın media sferasını sürətlə dəyişdirdiyi bir zamanda baş tutdu. "Yeni media dövrü: İnsanlıq, dəyərlər, dövlətlər üçün çağırışlar" şüarı ilə təşkil olunan forum, sadəcə jurnalistlərin toplaşdığı bir tədbir deyil, həm də müasir dünyanın geosiyasi, texnoloji və ideoloji dilemmlarının müzakirə olunduğu qlobal platformaya çevrildi.

Forumun ən mühüm və diqqət çəkən hissəsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin moderatorluq etdiyi sessiya oldu. Cənab Prezident İlham Əliyevin Forumda iştirakı və jurnalistlərin suallarını birbaşa cavablandırması, tədbiri diplomatik və analitik baxımdan daha da əhəmiyyətli etdi. Forumun əsas məqsədi və mahiyyəti informasiya təhlükəsizliyi, qlobal media çağırışları, yeni nəsil texnologiyaların mediaya təsiri, söz və məlumat azadlığı kimi mövzular ətrafında beynəlxalq fikir mübadiləsi aparmaq və Azərbaycanın bu sahədə təşəbbüskar mövqeyini dünyaya nümayiş etdirmək idi. Şuşada bu cür mötəbər beynəlxalq tədbirin keçirilməsi, Azərbaycanın həm də mədəni və informasiya diplomatiyasında aktiv oyunçuya çevrildiyini göstərdi. İştirakçıların coğrafiyası və tədbirin beynəlxalq çəkisi isə xüsusi ilə diqqəti çəkdi. Beləki Forumda 50-dən çox ölkədən 150-dən artıq media nümayəndəsi iştirak etdi. Dünyanın müxtəlif regionlarını əhatə edən iştirakçılar arasında beynəlxalq xəbər agentliklərinin rəhbərləri, tanınmış media ekspertləri, jurnalist təşkilatları və rəqəmsal platformaların təmsilçiləri yer aldı. Bu, tədbirin qlobal informasiya gündəminin formalaşmasında nə qədər nüfuzlu mövqe tutduğunun sübutudur. Cənab Prezident İlham Əliyevin iştirakının mahiyyəti isə olduqca böyük idi. Bu baxımdan Forumda Prezident İlham Əliyevin fikirləri mövcud durumun nə yerdə olduğu, hansı istiqamətə gedəcəyi baxımından proqnozlar verilməsi üçün ilk andan etibarən analitiklərin sözbəsöz incələdiyi fikirlərdir. Bir daha olduqca dəqiq və aydın yanaşma ortaya qoyan dövlət başçımız ilk məqamda diqqəti ona çəkir ki, çıxdığımız yoldan, aldığımız qərarlardan dönməmişik. Qərbin əleyhimizə olan bitməyən kampaniyalarına baxmayaraq heç bir halda onların məsləhətlərini dinləməyəcəyik. Belə olsa idi Azərbaycan ən azı iki qonşusu ilə müharibədə idi.

Dövlət başçımız Əbu-Dabi görüşündə həmkarının diqqətinə çatdırdığı məsələləri bir daha aktuallaşdırıraq bildirdi ki, bizim üçün vətəndaşlarımızın təhlükəsizliyi vacib amildir. Tarixi vərəqləyən dövlət başçımız həm Ermənistanın, həm də eynilə region ölkələrinin yaddaşlarını təzələdi ki, vaxtilə Naxçıvana gedən qatarlar necə daşa tutulurdu. Hələ baxmayaraq ki, sovet dövründə nəzarət daha güclü idi. ABŞ-a gəldikdə isə dövlət başçımız Donald Trampın rəhbərliyi altında ABŞ-la münasibətlərimizi müsbət rakursdan dəyərləndirir. Trampın beynəlxalq təhlükəsizlik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq Cənubi Qafqazı da diqqət mərkəzində saxladığını bildirir. Burada isə Ermənistandan fərqli olaraq qətiyyətli şəkildə “yox” deyilən bir məsələ var ki, bu da torpaqlarımızın heç kimə icarəyə verilməməsi ilə bağlıdır. Ermənistandan fərqli olaraq torpaq özünün olanda ondan pay da verilmir. Lakin anlaşılır ki, Tramp Azərbaycana və Ermənistana son razılığa gəlməyə kömək edir. Zəngəzur dəhlizinin icarəyə verilməsi Ermənistanın xəyalı ola bilər. Burada axı heç bir icarədən söhbət getmir. Sadəcə iki dövlət və xalq arasında əsrlərlə davam edən bilinən amillərə görə məsələ dəhlizin təhlükəsizliyinə nəzarət məsələsidir. Bu isə Üçtərəfli Bəyanatda təsbit olunub. Burada əlavə müzakirələrə yol açan amil Rusiya-Azərbaycan münasibətləri ilə bağlı yaşanan gərginlik, eləcə də Rusiya-Ermənistan arasında cərəyan edən hadisələrdir. Rusiya-Qərb rəqabəti də bəllidir. Bütün hallarda verilən cavablar Prezident İlham Əliyevin uzaqgörən və hökmlü siyasətindən zəmin alırdı. Eyni zamanda təcrübədən keçən nəzəri baxış və dünyagörüş amilini də unutmamalıyıq. Belə mövqe ölkə başçısının Ukraynadan olan jurnalistin sualını cavablandıran zaman bir daha sərgiləndi. O, jurnalistlərin ən aktual, bəzən isə həssas və mürəkkəb suallarını səmimiyyətlə, analitik əsaslandırma ilə cavablandıraraq, Azərbaycanın daxili və xarici siyasətinə dair mühüm mesajlar verdi. Cənab Prezidentin nitqi sadəcə cavablar silsiləsi deyil, həm də strateji və geosiyasi təhlil idi.

Forum çərçivəsində COP29-un Bakıda keçirilməsinə dair suallar və bu istiqamətdə aparılan siyasətə dair cavablar xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyev Azərbaycanın enerji keçidi siyasətini əsaslandıraraq qeyd etdi ki, ölkə artıq neft dövrünün çərçivəsindən çıxaraq "yaşıl enerji" dövrünə qədəm qoyur: "COP29-un Bakıda keçirilməsi Azərbaycanın dünya ictimaiyyəti tərəfindən ekoloji məsuliyyətli tərəfdaş kimi qəbul olunmasının göstəricisidir." Zəngəzur dəhlizi və onun geosiyasi əhəmiyyəti barədə deyilənlər də son drəcə önəmli idi. Forumda ən çox diqqət çəkən suallardan biri Zəngəzur dəhlizi ilə bağlı idi. Cənab Prezident bu suala cavabında dəhlizin açılmasının təkcə region üçün deyil, Avrasiya məkanında ticarət və nəqliyyat axınlarının diversifikasiyası baxımından əhəmiyyətli olduğunu vurğuladı: "Zəngəzur dəhlizi regional sabitlik və əməkdaşlıq üçün unikal imkan yaradır. Əgər Ermənistan bu şansı dəyərləndirməsə, alternativlərimiz var." Bu bəyanat Ermənistanın prosesə destruktiv yanaşmasına diplomatik mesaj idi və Azərbaycanın geosiyasi mövqeyini daha da möhkəmləndirdi.

Şuşa artıq təkcə mədəniyyət deyil, həm də informasiya diplomatiyasının, qlobal medianın, analitik düşüncənin və strateji baxışların görüş yeridir. Azərbaycan sözlə, süni intellektlə və strateji mesajla beynəlxalq münasibətlərin gündəmini formalaşdırır.

Ayaz Cəbrayılov

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see251

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see239

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see232

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see175

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see173

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see158

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see156

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see149

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see148

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see145

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see141

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see141

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri