Icma.az
close
up
RU
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir ŞƏRH

Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir ŞƏRH

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 16 dekabr, AZƏRTAC

Dekabrın 8-9-da Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri baş tutdu. Səfər çərçivəsində Prezident İlham Əliyevin Slovakiyanın Prezidenti Peter Pelleqrini, Baş nazir Robert Fitso və digər yüksəkvəzifəli rəsmilərlə görüşü keçirildi. Görüş Azərbaycan-Slovakiya əlaqələrinin daha da inkişaf etdirilməsi, daha yüksək mərhələyə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu, iki ölkə arasında siyasət, ticarət, iqtisadiyyat, enerji və digər sahələrdə əlaqələrin dinamik şəkildə inkişaf etdiyinin göstəricisidir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Sultan Zahidov bildirib.

O xatırladıb ki, Slovakiya bu gün Azərbaycanın strateji tərəfdaşlarından biridir. 2024-cü ildə iki ölkə arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb və həmin ildən etibarən Azərbaycan Slovakiyaya qaz tədarük etməyə başlayıb. Prezident İlham Əliyevin Slovakiya Prezidenti ilə görüşündə bu məsələyə toxunması və Azərbaycanın bu dövlətə daha çox qaz tədarük etmək imkanlarının mövcud olduğunu vurğulaması, enerji amilinin iki ölkə arasındakı əlaqələrdə böyük əhəmiyyət daşıdığını göstərir.

S.Zahidov diqqətə çatdırıb ki, hazırda Şərqi Avropa, o cümlədən Slovakiya ticarət və enerji sahəsində diversifikasiya üçün yeni yollar axtarır. Bu baxımdan Azərbaycanın əsas iştirakçılarından biri olduğu Orta Dəhliz layihəsi Slovakiya üçün də cəlbedicidir. Bu dəhliz vasitəsilə artıq Çin və Mərkəzi Asiyadan ixrac olunan məhsulların Azərbaycan və Türkiyə üzərindən Şərqi Avropaya, o cümlədən Slovakiyaya daşınması imkanları daha da genişlənə bilər. Slovakiya Prezidenti də bunu vurğulayaraq bildirdi ki, Cənubi Qafqazda Slovakiya üçün əsas strateji tərəfdaş ölkə Azərbaycandır. Azərbaycan Slovakiyaya qaz ixrac etməyə başladıqdan sonra Avropa İttifaqının 8 ölkəsinə qaz tədarük edən dövlət kimi tarixə düşdü. Geniş regionda ən diversifikasiya olunmuş enerji şəbəkəsinin memarı məhz Azərbaycandır. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində mühüm rola malikdir. Xüsusilə də Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi ilə bağlı ciddi çağırışlarla üzləşməsi, Avropa İttifaqının Azərbaycana ehtiyacını artıran amillərdəndir.

“Bununla belə, Slovakiya-Azərbaycan əlaqələrində yalnız enerji amili deyil, həm Prezident İlham Əliyev, həm də Slovakiya Prezidenti tərəfindən vurğulandığı kimi, iki ölkə arasında müdafiə sənayesi, rəqəmsal texnologiyalar, turizm, mədəniyyət kimi sahələrdə də əməkdaşlıq perspektivləri müzakirə edildi. Bir sıra vacib sənədlər - nazirlər arasında konsul sahəsində əməkdaşlıq, müvafiq qurumlar arasında qida təhlükəsizliyi və müdafiə sahəsində əməkdaşlıq, eləcə də biznes, ticarət və mədəniyyət sahələrində əməkdaşlıq haqqında razılaşmalar imzalandı. Bu isə iki ölkə arasında əməkdaşlığın daha geniş spektri əhatə etdiyini göstərir”, - deyə mütəxəssis vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri