Icma.az
close
up
RU
Azərbaycan məhbəs nəsrinin yaradıcısı Çingiz Ələkbərzadə 90

Azərbaycan məhbəs nəsrinin yaradıcısı Çingiz Ələkbərzadə 90

Icma.az, Turkstan.az saytına istinadən bildirir.


Rövşən Yerfi

Ölkəmiz müstəqilliyə qovuşandan sonra həyatımızın bir çox sahələrində olduğu kimi ədəbiyyatımızda da yeni keyfiyyət əlamətləri yaranmağa başladı. Ciddi sayılacaq belə əlamətlərdən biri də həbsxana həyatından bəhs edən məhbəs nəsrinin yaranması idi.

Doxsanıncı illərdən başlayaraq iyirmi üç il ərzində özüm də daxil olmaqla yeddidən çox yazıçının (AYB üzvünün) yaradıcılığında özünü göstərən ədəbiyyatın bu növünün varlığı təəssüf ki, hələ də ədəbi tənqidimizin nəzərində yox kimidir. Müxtəlif vaxtlarda tanınmış bir neçə xanım tənqidçiyə müraciət edərək yeni nəsr sahəsi haqqında fikirlərini bildirməyi xahiş etsəm də əhəmiyyət verməyiblər. Görünür bu barədə hələ ki, Ədəbiyyat İnstitutundan və ya Yazıçılar Birliyindən göstəriş olmadığından özlərini zəhmətə salmamağa, susmağa daha çox üstünlük verilir.

Ona görə də özüm danışmağa qərar verdim. Bu yazımda məqsədim yaxın vaxtlarda dünyaya gəlməsinin 90 ili tamam olası, ədəbiyyatımızda məhbəs nəsrinin yaradıcısı Çingiz Ələkbərzadə haqqında danışmaqdır.

Çingiz Ələkbərzadə 1936-cı il oktyabrın 17-də Bakı şəhərində, ədəbiyyatımızın görkəmli yazıçılarından biri olan Əbülhəsən Ələkbərzadənin ailəsində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır . Tələbəlik dövründə "Kökəlməyin sirri" adlı ilk hekayəsi almanaxda dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir.1964-cü ildə “Yarpaqlar töküləndə”adlı ilk kitabı çap olunmuşdur.

Əmək fəaliyyətinə Əli Bayramlı rayonundakı 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır. O, həyatı ərzində hərəsində bir neçə il işləməklə xeyli sayda iş yeri dəyişmişdir. İsmayıllı rayonundakı İvanovka kəndində müəllim, Əli Bayramlıda “İşıq” qəzetində, İsmayıllıda “Zəhmətkeş” qəzetində, “Azərbaycanfilm” kinostudiyasında, “Kirpi” satirik jurnalında çalışmışdır. Ən çox işlədiyi yer Azərbayca Dövlət Televiziya və Radio Verilişləri Komitəsi olmuşdur. Burada üç dəfə fasilələrlə müxtəlif illərdə on üç ildən çox fəaliyyət göstərmişdir.

1986-cı ildə televiziyanın “Günün ekranı” redaksiyasında Şirvan üzrə xüsusi müxbir işləyərkən ictimai qüsurları kəskin tənqid etdiyinə görə atasının vəfatının qırxını gözləmədən rüşvət almaq şərləməsi ilə həbs edilmişdir. Şübhəsiz, dörd yüz manat pulun cibinə salınması və üzəduran hal şahidləri hadisənin “yuxarıların” sifarişi ilə qurulduğunu sübut edir.

Nəticədə əlli yaşlı Çingiz Ələkbərzadə iki il yarım həbsdə yatmalı olur. Çox keçmədən bəraət almış, həyatının qalan on ilini də bədii yaradıcılığa həsr etmişdir. 1999-cu ilin yanvarın 7-də vəfat etmişdir.

Çingiz Ələkbərzadə bir çox xalq yazıçılarının, şairlərinin övladları kimi heç vaxt atasının ad-sanından istifadə etməyə, yararlanmağa səy göstərməmiş, yüksək vəzifələrə can atmamışdır. Həbs edilənədək roman, povest və hekayələrdən ibarət beş kitabı çap olunmuşdu. 1977-ci ildə Mehdi Hüseynin “Abşeron” romanı əsasında çəkilmiş “Vulkana doğru” adlı ilk üç seriyalı Azərbaycan filminin ssenari müəllifi olmuşdu. Həbsdən sonra isə “Zindan”, “Qumarbaz”, “Türmə mənim ahımdır” adlı kitabları işıq üzü görmüşdür..

O, iki il yarımlıq həbs müddətində ömrünü qısaldan xəstəliyə düçar olsa da, 1992-ci ildə nəşr etdirdiyi “Zindan” romanı ilə Azərbaycan məhbəs nəsrinin əsasını yaratdı və ədəbiyyatımızda özünə yaşarılıq hüququ qazandı. Onun ardınca məhbəs nəsrində 1993-cü ildə Oənimət Əlisaoğlunun “Lənət qapısı”, 1996-cı ildə Oqtay Əhmədovun “Cəhənnəm yolu”, 2000-ci ildə İsmayıl Qarayevin arxivindən “Sxodka” əsərləri, 2017-ci ildə Faiq Balabəylinin “Bayıldan bayıra” kitabı geniş oxucu kütləsinə təqdim olundu. Sonrakı illərdə də bu mövzuda roman, povestlər, pyeslər və hekayələr yazılmışdır.

Məhbəs mövzusunun gənc oxucular arasında cəlbedici olması səbəbindən yazıçının “Zindan” və “Qumarbaz” adlı kitabları vəfatından sonra da özəl nəşriyyatlar tərəfindən bir neçə dəfə çap olunmuşdur. Oxucunu cinayətdən çəkindirmək, azadlığı qiymətləndirmək, xeyirlə şərin mübarizəsini dərk etmək baxımından bu kitabları əvəzsiz ədəbi sənət nümunələri hesab etmək olar.

Hələ nə qədər ki, məhbəs nəsrində kitablar yazılmaqda davam edir, Çingiz Ələkbərzadə daim xatırlanacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:72
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Oktyabr 2026 09:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri