Icma.az
close
up
RU
Azərbaycan teatrının Çingiz Aytmatov mükafatçısı

Azərbaycan teatrının Çingiz Aytmatov mükafatçısı

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İftixar Piriyev insan ruhuna xeyir toxumu səpən sənətkardır

Elə tanışlıqlar var ki, uzun-uzadı “siz kimsiniz?” və “haradansınız?” suallarına ehtiyac duymur. Sanki, iki insan çoxdan – başqa bir ölkədə, özgə bir dövrdə, ayrı bir kitabda başlanmış söhbəti, sadəcə, davam etdirir.

Biz Səmərqənddə tanış olduq – daş plitələrin ulu bir keçmişi xatırlatdığı, havasına qədim bir tarixin qarışdığı bir şəhərdə. O zaman İftixar Piriyevin “Böyük Turan” pyesi səhnələşdirilirdi. Bu əsər Mərkəzi Asiya, Türkiyə və Azərbaycanın mədəniyyət xadimlərini bir araya gətirən beynəlxalq layihə idi. İlk dəqiqələrdən bəlli oldu: biz eyni məramla düşünürük. Oxşar olduğumuz üçün yox, əksinə, əsas olanı eyni cür eşitdiyimiz üçün. Və məhz bu “əsas” bizi istənilən protokol sözlərindən daha möhkəm bağlayırdı.

O vaxtdan aramızda, sadəcə, dostluq deyil, yaradıcılıq bağı formalaşdı və illər keçdikcə möhkəmləndi. Bu yaxınlarda Mövlana Cəlaləddin Rumi haqqında “Yenə gəl...” adlı pyesi birgə yazıb tamamladıq. Və öz-özümə düşündüm: belə bir həmmüəllif yanında olanda söz sənətkarlığa yox, xalqlarımıza xidmətə çevrilir.

İftixar Piriyev peşəsi şəxsiyyətindən ayrılmayan yaradıcı insanlardandır. O, teatrı “oynamır”, onunla nəfəs alır. Elə buna görə də rejissorluqda, dramaturgiyada, aktyorluqda və araşdırmalarında eyni daxili möhür hiss olunur: sənət qarşısında məsuliyyət.

2000-ci ildən etibarən o, İrəvan Dövlət Azərbaycan Dram Teatrına rəhbərlik edib. Bu mərhələdə teatr onun rəhbərliyi altında yeni inkişaf yoluna çıxıb. 2025-ci ildə əmək fəaliyyəti üçün müəyyən edilmiş yaş həddinə çataraq teatrın direktor vəzifəsindən azad olunub, həyatının yeni mərhələsini elmə və dramaturgiyaya həsr edib.

Onu yalnız teatr rəhbəri kimi təqdim etmək olmaz, çünki bu insan, hər şeydən əvvəl, sənətkardır. İftixar Piriyevin bu məharətini açıq göstərən uca bir göstərici var: Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş qastrol tamaşasında Əliyev obrazını teatrın direktoru İftixar Piriyev özü canlandırmışdı. Bu, şöhrətpərəstlikdən deyil, məsuliyyətdən irəli gəlmişdi. Sanki, onun daxilindəki rejissorla aktyor eyni məqsədə xidmət etmək barədə razılaşmışdı.

İftixar Piriyevin istedadının və xarakterinin xüsusi cəhətlərindən biri cəsarət və novatorluqdur. O, sənətşünaslıq üzrə fəlsəfə doktorudur, adətən, ayrılıqda mövcud olan sahələri, dərin nəzəriyyə ilə səhnə praktikasını birləşdirməkdən çəkinməyən tədqiqatçıdır.

Azərbaycanda onun teatr düşüncəsinə “qeyri-səlis məntiq” nəzəriyyəsinin tətbiqi ilə bağlı istiqaməti yaxşı tanınır; nəşrlərdə vurğulanır ki, o, səhnə sənətinə fəlsəfə, psixologiya və səhnə ifadəliliyini birləşdirən orijinal konsepsiya gətirib.

Bu mərhələdə İftixar Piriyevin “Elçin teatrı: Absurd dram “Qeyri-səlis məntiq” nəzəriyyəsi kontekstində” kitabının təqdimatı mədəniyyət nüfuzlu qurumlarının iştirakı ilə keçirildi. Bu əsər Elçinin dramaturgiyasına və teatrına “qeyri-səlis məntiq” prizmasından yeni baxış cəhdini təsbit etdi. Bu kitabla bağlı fikirlərimi — resenziyamı ayrıca məqalədə təqdim etmişəm.

Onu alim kimi mənə xüsusilə doğma edən cəhəti isə budur: İftixar teatrı quru formulaların arxasında gizlətmir. Əksinə, formulanı insana yönələn canlı cığıra çevirir. Çünki teatr, son nəticədə, terminlərlə deyil, tamaşaçının ürəyində cücərtdiyi həqiqətlə ölçülür.

2025-ci ildə İftixar Piriyev xalqlar arasında sülhün və dostluğun sənət vasitəsilə möhkəmləndirilməsinə verdiyi töhfəyə, o cümlədən Azərbaycan–Qırğız ədəbi-teatr əlaqələrinin inkişafına görə Beynəlxalq İssık-Kul Forumunun Rəyasət Heyətinin qərarı ilə Çingiz Aytmatov adına medalla təltif olundu. Yüksək beynəlxalq mükafatı Bişkekdə təntənəli şəkildə böyük klassikin oğlu, İssık-Kul Forumunun prezidenti Askar Aytmatov təqdim etdi.

O günlərdə Qırğızıstanın paytaxtında azərbaycanlı şair və dramaturqla yaradıcılıq görüşləri keçirildi, “qeyri-səlis məntiq” mövzusunda monoqrafiyalarının təqdimatları oldu və bu işlər teatr sənətinə yenilik və töhfə kimi qiymətləndirildi.

Şərq insanı fəzilət haqqında sözlərin çoxluğu ilə deyil, ona necə əməl etməsi ilə ucalır. İftixar Piriyevin sənəti və şəxsiyyəti məhz bu gerçəyi təcəssüm etdirir. Bizim yaradıcılıq tandemimiz faydaya yox, hörmətə söykənir. Bu, hər bir birgə sətirdə hiss olunur: biri yazanda digəri mane olmur, gücləndirir. Biri tərəddüd edəndə digəri təriflə yox, dəqiqliklə inamı qaytarır.

Böyük Mövlana Rumi dünyaya deyirdi: “Gəl, yenə gəl”. Bu, ümidə və mənəvi yüksəlişə çağırışdır. Mənə elə gəlir ki, İftixar Piriyev ömrü boyu bu ifadəni sözlə yox, əməllə yaşayıb. Elə buna görə də o, təkcə Azərbaycanda tanınmır: bu tip teatr yerli janr deyil, universal dildir. Dostum və qardaşım İftixar bəy dünyada varlığı təkcə sezilən deyil, işıq saçan insanlardandır. O, insan ruhlarına xeyir toxumu səpir — şüarlarla yox, düşünmə və yaratma tərzi ilə; tamaşaçının ürəyində apardığı məna ilə düşüncə paradiqması yaradır. Çünki həqiqi sənət əyləncə deyil, vicdanın oyanışıdır.

Görünür, tale özü İftixar bəyin qarşısında yeni bir səhifə açıb: teatra xidmətin böyük bir dövrünü başa vuraraq, o, daha məsul və nüfuzlu bir mərhələyə qədəm qoyur. Burada elm və dramaturji yaradıcılıq missiyanın davamına çevrilir.

Bekijan ƏHMƏDOV,
Qırğızıstanın Əməkdar mədəniyyət xadimi, Qırğızıstan, Azərbaycan və Özbəkistan Yazıçılar ittifaqlarının üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Yanvar 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see222

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see219

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see218

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see216

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see215

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see211

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see210

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see208

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see207

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see204

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see203

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see200

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see199

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see194

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see183

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see182

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see175

Xəstələri itlərlə müalicə edən azərbaycanlı həkim: “İnsanlar məlumatlı deyillər, heyvanlardan qorxurlar” FOTO+ÖZƏL

26 Sentyabr 2026 21:44see173

Vətən müharibəsinin başlamasından altı il keçir Azərbaycanda Anım Günüdür!

27 Sentyabr 2026 01:05see170

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri