Icma.az
close
up
RU
Azərbaycan məktəbliləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

Azərbaycan məktəbliləri XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 avqust, AZƏRTAC

Avqustun 11–21-də Hindistanın Mumbay şəhərində keçirilən XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) Azərbaycan məktəbliləri ölkəmizi uğurla təmsil ediblər.

Bakı Dövlət Universitetindən (BDU) AZƏRTAC-a verilən məlumata görə, BDU-da V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında keçirilmiş seçmə imtahan əsasında müəyyən edilən 5 nəfərlik Azərbaycan komandası olimpiadada iştirak edib. Komandanın nəzəri və praktiki hazırlığı BDU-nun müəllimləri tərəfindən olimpiadaya qədər davam etdirilib və şagirdlər bu hazırlıq prosesində yüksək səviyyədə bilik və bacarıq qazanıblar.

Olimpiada nəzəri və praktiki turlardan ibarət olub. Azərbaycan məktəbliləri 2 bürünc və 2 həvəsləndirici mükafat qazanıblar. Oqtay Lətifli (Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, XI sinif) və Məhəmməd Cəfərli (Bakı şəhəri Texniki Humanitar Lisey, X sinif) bürünc medal, Raiq Babazadə (Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, X sinif) və Aqil Güləliyev (Bakı şəhəri Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey, XI sinif) isə həvəsləndirici mükafat əldə ediblər.

Azərbaycan məktəbliləri artıq 5 ildir ki, bu mötəbər yarışda iştirak edir, bu müddət ərzində 11 dəfə fəxri ada və mükafata layiq görülüblər.

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası hər il ənənəvi olaraq təşkil olunur və nəzəriyyə, məlumatların təhlili, teleskoplardan istifadə və digər praktiki mərhələlərdən ibarət olmaqla, dünyanın nüfuzlu elmi olimpiadaları sırasında yer alır.

BDU, Təhsil İnstitutu və Tusi-Bohm Planetariumunun dəstəyi ilə həyata keçirilən bu layihələr gələcək alimlərin formalaşmasına və ölkəmizin elmi-intellektual inkişafına mühüm töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Avqust 2025 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri