Icma.az
close
up
RU
Azərbaycan məktəblisi Çində keçirilən müsabiqədə mükafat qazanıb

Azərbaycan məktəblisi Çində keçirilən müsabiqədə mükafat qazanıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Çində orta məktəb şagirdləri üçün 18-ci beynəlxalq “Çin dili körpüsü” müsabiqəsinin final mərhələsi keçirilib. Finalda Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun tələbəsi, ölkəmizdə orta məktəb şagirdləri arasında keçirilən “Çin dili körpüsü” müsabiqəsinin qalibi Kamil Bünyatov da iştirak edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Pekin və Tyantszin mədəni irsi ilə səyahət” devizi altında keçirilən müsabiqənin iştirakçıları üçün geniş mədəni-maarifləndirici proqram təşkil olunub. Onlar Pekində Beynəlxalq Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzində, Böyük Çin Səddində, Ququn imperator sarayında olublar. Həmçinin Olimpiya Muzeyində tanınmış Çin cüdoçusu və Olimpiya çempionu Tun Ven ilə görüşüblər. Kamil Bünyatov Tyantszin şəhərində müsabiqənin final mərhələsində iştirak edib və münsiflər heyətinin qərarı ilə “Əla nailiyyətlərə görə” mükafatına və Çində təhsil almaq üçün dövlət təqaüdünə layiq görülüb. Müsabiqədə onun musiqi ifası xüsusi diqqət çəkib. Milli Çin fleytası olan “hulusi” alətində virtuoz ifası ilə o, iştirakçıların rəğbətini qazanıb və Tyantszin Universitetində qarşılanma qala-konsertinə dəvət edilib.

Müsabiqə iştirakçıları, həmçinin Döyüş Sənəti Akademiyasında nağara, kunq-fu ustad dərslərinə qatılıb və ailə mübadiləsi proqramı çərçivəsində Tyantszin orta məktəbləri şagirdlərinə baş çəkiblər. Müsabiqə iştirakçıları Tyantszin İncəsənət Muzeyində, Lenovo Sənaye Parkında, Milli Dəniz Muzeyində və Tyantszin Qeyri-Maddi Mədəni İrs Sərgisində də olublar.

ADU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun qeyd etdiyi kimi, tarixən İpək Yolu ilə bağlı olan Azərbaycan və Çin arasında humanitar əməkdaşlıq son illər yeni inkişaf mərhələsi alıb. Bu, ilk növbədə, Azərbaycanın Çinin “Bir kəmər və yol” təşəbbüsündə fəal iştirakı və İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlıdır. O, həmçinin iki ölkə arasında tələbə mübadiləsi, hər iki ölkənin təhsil müəssisələrində Azərbaycan və Çin dillərinin tədrisi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Müsabiqəyə 106 ölkədən ümumilikdə 195 xarici tələbə qatılıb. Beynəlxalq-mədəni əlaqələri genişləndirmək məqsədi daşıyan müsabiqədə münsiflər heyəti həm Çin dilini bilmə səviyyəsini, həm də Çin mədəni xüsusiyyətlərinə dair bilikləri qiymətləndirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see226

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see214

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see182

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see142

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see137

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see135

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see133

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see132

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see131

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Duz beyinə necə təsir edir?

22 Noyabr 2025 07:37see125

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see123

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see122

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see122

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri