Azərbaycan Mərakeşdə beynəlxalq tədbirdə təmsil olunub
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Kinematoqrafçılar İttifaqının Beynəlxalq əlaqələr-layihələr üzrə meneceri, müstəqil sənədli film rejissoru Afaq Yusifli Mərakeşdə həyata keçirilən Qlobal Mədəni Münasibətlər Proqramında ölkəmizi təmsil edib.
İttifaqdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan bu layihədə ilk dəfə təmsil olunub. Layihənin rəsmi saytına əsasən, Qlobal Mədəni Münasibətlər Proqramı (GCRP) mədəniyyət üzrə mütəxəssislərin bacarıqlarını inkişaf etdirir və onlara mədəniyyətlərarası əməkdaşlıq və qlobal şəbəkə vasitəsilə beynəlxalq mədəni əlaqələrdə iştirak etməkdə dəstək verir. 2016-cı ildə fəaliyyətə başlayan GCRP altı qitədən və müxtəlif mədəniyyət və yaradıcı sektorlar arasından 260 peşəkardan ibarət bir icma qurmağı bacarıb.
Bu layihə diqqətlə hazırlanmış yenilikçi və interaktiv təlim proqramı təklif edir. Mərakeşdə həyata keçirilən layihə mədəniyyət və yaradıcılıq sektoru və daha təhlükəsiz cəmiyyətlərin yaradılması sahəsində çalışan peşəkarları bir araya gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 04 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















