Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiya regionunda mövqeyini gücləndirir ŞƏRH

Azərbaycan Mərkəzi Asiya regionunda mövqeyini gücləndirir ŞƏRH

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan tarixi ənənələr baxımından türksoylu dövlətlər və mədəniyyət kontekstində Mərkəzi Asiya ilə həmişə sıx əlaqələrə malik olub. Xalqlar arasında ortaq dəyərlər və dil birliyi uzun əsrlər boyunca qorunub, bu da tarixi, mədəni və etnik yaxınlıqla daha da möhkəmlənib. Bu əlaqələr Azərbaycan üçün hər zaman strateji əhəmiyyət kəsb edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar” İctimai Birliyinin prezidenti İlqar Hüseynli deyib.

O bildirib ki, SSRİ dövründə bu ənənələrin bir-birinə yaxınlaşması və inteqrasiyası üçün şərait yaradılmırdı, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələr qurmasına ciddi maneələr törədilirdi. İndi isə geosiyasi reallıqlar dəyişib.

“Hazırda Azərbaycan Türk Dövlətləri Təşkilatının (TDT) aparıcı ölkələrindən biri hesab olunur. Təşkilatın yaradılması, yeni platformanın formalaşdırılması və dünya ictimaiyyətinə mesajın çatdırılması Azərbaycanın Mərkəzi Asiya regionunda möhkəmlənməsinə və bu dövlətlərlə inteqrasiya imkanlarının güclənməsinə şərait yaradıb. Bu baxımdan, Azərbaycan Mərkəzi Asiya regionun ölkələri sırasında mühüm mövqeyə malikdir”, - deyə İlqar Hüseynli əlavə edib.

Cənubi Qafqazda cərəyan edən proseslərə də toxunan QHT rəhbəri vurğulayıb ki, Azərbaycan bu bölgədə sülhün genişlənməsi və möhkəmlənməsində mühüm rol oynayan əsas ölkələrdən biridir.

“Beləliklə, Azərbaycan həm Cənubi Qafqazda möhkəmlənir, həm də Mərkəzi Asiya regionunda mövqeyini gücləndirməyə davam edir. Bu isə gələcək digər əməkdaşlıqlar üçün əhəmiyyətlidir”, - deyə İ.Hüseynli diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see201

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see172

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see168

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see142

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see136

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see129

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri