Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

Elmar Allahverdiyevə yeni vəzifə verildi

Avrasiyanın yeni siyasi mərkəzi: Azərbaycan Mərkəzi Asiya inteqrasiyasının əhəmiyyəti ŞƏRH

Avrasiyanın yeni siyasi mərkəzi: Azərbaycan Mərkəzi Asiya inteqrasiyasının əhəmiyyəti ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı qəbul edilməsi, bu bölgə ilə əlaqələrinin son illərdə yeni mərhələyə qədəm qoyması həm tarixi-mədəni yaxınlıqdan, həm də geosiyasi reallıqlardan qaynaqlanır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova söyləyib.

Onun sözlərinə görə, bu proses təkcə ikitərəfli əməkdaşlığın genişlənməsi deyil, həm də regionlararası inteqrasiyanın formalaşması baxımından mühüm hadisədir.

"Azərbaycan artıq Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının görüşlərində tamhüquqlu iştirakçıdır. Bu o deməkdir ki, ölkəmiz gələcəkdə strateji qərarların qəbulunda fəal rola malik olacaq. Azərbaycan artıq Mərkəzi Asiyanın “5+1” deyil, “6-lı” formatının tərkib hissəsidir. Əgər Azərbaycan bu çərçivəyə tamhüquqlu üzv statusunda daxil olursa, Mərkəzi Asiya yalnız coğrafi deyil, mədəni-siyasi birlik kimi yenidən təsvir edilir. Azərbaycan regionun iqtisadi modellərinə və tranzit xəritəsinə birbaşa təsir edə bilir. Ölkəmizin Mərkəzi Asiyaya tamhüquqlu daxil olması ona Orta Dəhliz kimi nəqliyyat marşrutlarının inkişafında strateji üstünlük verir. Bu isə həm yükdaşıma, həm tranzit gəlirlərini artırmaq, həm də regionun logistika mərkəzinə çevrilmək imkanı yaradır. Xəzər regionunda enerji resursları var, Mərkəzi Asiya isə enerji ehtiyaclı ola bilər. Azərbaycan bu enerjidən strateji vasitə kimi istifadə edərək həm ixracını, həm də geosiyasi təsirini genişləndirə bilər. Bundan sonra Mərkəzi Asiya ölkələri ilə birgə layihələr (yeni dəhlizlər, investisiya fondları, texnoloji parklar) qurmaq daha asan olacaq. Bu, regionda inteqrasiya yaratmaqla yanaşı, Azərbaycanın iqtisadi dinamizmini artıracaq. Mərkəzi Asiya ölkələri ilə daha sıx əməkdaşlıq su resursları, iqlim dəyişikliyi, təhlükəsizlik məsələlərində birgə həll yolları axtarışını təşviq edə bilər", - deyə S.Mikayılova vurğulayıb.

Münasibətlərin perspektivləri və ölkəmizin geostrateji yeri barədə danışan deputat qeyd edib ki, artıq Mərkəzi Asiyanın qərbə açılan pəncərəsi yalnız Qazaxıstan olmayacaq, Azərbaycan da strateji keçid mərkəzi kimi tanınır. Bu model həm Mərkəzi Asiyaya Qərb və Avro-Asiya məkanına çıxış imkanı verir, həm də Azərbaycanın Avrasiya xəritəsində rolunu gücləndirir. Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən bütün görüşlərdə iştirak edəcək. Bu, praktiki əməkdaşlığın yeni mərhələsidir. Beləliklə regional qərarların qəbulunda Azərbaycan söz sahibi olur, Trans-Xəzər layihələrinin koordinasiyası daha səmərəli olur, logistika, enerji, təhlükəsizlik və ticarət sahələrində vahid mexanizmlər formalaşır. Azərbaycan Mərkəzi Asiyanın siyasi ritminin, regional strategiyalarının bir parçasına çevrilir. Bu, beynəlxalq aləmdə ölkəmizin fəal regional güc statusunu möhkəmləndirir.

S.Mikayılova, həmçinin diqqətə çatdırıb ki, ancaq bütün bunlar Azərbaycanın Cənubi Qafqaz kimliyini inkar etmir, ölkəmizi daha da strateji bir mərtəbəyə yüksəldir. "Əksinə, Azərbaycan eyni anda iki regionun üzvü kimi nadir siyasi mövqeyə sahib olur. Bu, Azərbaycanın çoxvektorlu diplomatiyasının güclənməsi deməkdir. Azərbaycan həm Cənubi Qafqazda aparıcı regional güc kimi qalır, həm də Mərkəzi Asiya ilə inteqrasiya vasitəsilə öz geostrateji təsir radiusunu genişləndirir. Nəticədə Azərbaycan təkcə Cənubi Qafqaz deyil, daha geniş məkanda - Avrasiyada siyasi aktor rolunu oynayır. Beləliklə, ölkəmiz həm Qafqazın, həm Xəzərətrafı ərazilərin, həm də Mərkəzi Asiyanın ayrılmaz hissəsinə çevrilir. Bütün bunlar Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin növbəti uğurudur", - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:79
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see404

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see184

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see148

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see146

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see130

Güney Azərbaycan İcmasının sədri: İrandakı aksiyaların zəiflədilməsi problemi həll etməyəcək

05 Yanvar 2026 17:24see126

Elmar Allahverdiyevə yeni vəzifə verildi

05 Yanvar 2026 17:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri