Icma.az
close
up
RU
Azərbaycan Mərkəzi Asiyanın iqtisadi “pələngi” oldu  TƏHLİL

Azərbaycan Mərkəzi Asiyanın iqtisadi “pələngi” oldu  TƏHLİL

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıdan Arktikaya və Hind okeanına uzanan iqtisadi körpü salınır

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı real iqtisadi gücə çevrilən vahid geosiyasi modeldir

Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü Azərbaycanın regiondakı yeni geosiyasi çəkisini və artan iqtisadi təsir imkanlarını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin Daşkənddə keçirilən sammitdə iştirakı yalnız protokol xarakteri daşımır, əksinə, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşməsində Bakının aparıcı rolunu təsdiqləyən siyasi hadisə kimi dəyərləndirilir. Dövlət başçısının çıxışı həm Mərkəzi Asiya ölkələrinin gələcək əməkdaşlıq xəttinin müəyyənləşdirilməsində, həm də regionun yeni iqtisadi arxitekturasının formalaşmasında strateji yol xəritəsi kimi qəbul olundu.

Son illərdə Azərbaycan–Mərkəzi Asiya münasibətləri təkcə enerji diplomatiyası və nəqliyyat layihələri çərçivəsində deyil, həm də texnologiya, kənd təsərrüfatı, ticarət, təhlükəsizlik və humanitar sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Prezident İlham Əliyevin nitqində bu əməkdaşlığın real nəticələrinə xüsusi vurğu edildi: Transxəzər marşrutu üzrə yükdaşımalarının 3 il ərzində 90 faizdən çox artması, Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının qısa müddətdə 25 milyon tonluq gücə çatacaq logistika imkanları, Bakı–Tbilisi–Qars xəttində aparılan modernizasiya işləri və Zəngəzur dəhlizinin ilkin mərhələdə 15 milyon ton yükötürmə potensialı regionda tamamilə yeni iqtisadi reallıq yaradır.

Daşkənd sammitində bu göstəricilərin təqdim olunması Mərkəzi Asiya ölkələrinə aydın mesaj idi: Azərbaycan artıq Cənubi Qafqazla məhdudlaşmayan, bütün türk coğrafiyasını birləşdirən əsas tranzit və iqtisadi dayaqlardan birinə çevrilir. Bu isə həm ticarət marşrutlarının şaxələndirilməsi, həm də Orta Dəhlizin qlobal rəqabət qabiliyyətinin artırılması baxımından Bakı ilə Mərkəzi Asiya paytaxtları arasında əməkdaşlığı strateji zərurətə çevirir.

İqtisadçı-ekspert Eldəniz Əmirov Sherg.az-a açıqlamasında bildirib ki, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı real iqtisadi gücə çevrilən vahid geosiyasi modeldir və bu modelin mərkəzində də məhz Azərbaycan dayanır:

"Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra regional siyasətdə yeni mərhələyə qədəm qoydu. Tarixi dönüş yaradan bu qələbə ölkənin bir çox regionlarla iqtisadi və siyasi əlaqələrində yeni səhifələrin açılmasına imkan verdi. Bu istiqamətdə ən diqqət çəkən və bəlkə də, ilk sırada dayanan bölgə məhz Mərkəzi Asiya respublikalarıdır. Bu gün Mərkəzi Asiya dövlətləri Asiya məkanında “yeni iqtisadi pələnglər” kimi formalaşmaqda və regional iqtisadi çəkisini sürətlə artırmaqdadır. Belə şəraitdə Azərbaycanın yüksələn nüfuzu, həm həmin ölkələrin öz maraqları baxımından, həm də Azərbaycan–Mərkəzi Asiya əməkdaşlığının genişlənən dinamikası fonunda, ölkəmizin gələcəyə hesablanmış siyasəti üçün xüsusi əhəmiyyət kəsb edir. Nəticə etibarilə, hər iki tərəf üçün əhəmiyyət kəsb edən bu maraqların birləşməsi Xəzər regionunda müsbət dinamikanın formalaşmasını qaçılmaz edir. Cənab Prezidentin də çıxışında vurğuladığı kimi, son üç il ərzində Azərbaycan tərəfindən Mərkəzi Asiya ölkələrinə 14 səfərin həyata keçirilməsi bu əməkdaşlığa verilən strateji dəyərin açıq göstəricisidir. Bu, kifayət qədər böyük və təsirli rəqəmdir. Eyni dövrdə Mərkəzi Asiya dövlət başçılarının Azərbaycana 23 səfərinin gerçəkləşməsi isə qarşılıqlı marağın, siyasi etimadın və tərəfdaşlıq ruhunun daha yüksək səviyyədə olduğunu nümayiş etdirir”.

E.Əmirovun sözlərinə görə, yaxın perspektivdə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasındakı iqtisadi əməkdaşlıq sözün əsl mənasında Şərqlə Qərb, Asiya ilə Avropa arasında “ildırım sürətli ötürücülük xətti” funksiyasını yerinə yetirəcək. Onun fikrincə, Hind okeanından Şimal Buzlu Okeanına qədər uzanan quru sərhədi boyunca ən etibarlı coğrafiya məhz Azərbaycandır:

“Şimal qonşumuzun sərhədlərinin Arktikaya, cənub qonşumuzun isə Hind okeanına qədər uzanması ölkəmizi region üçün ən stabil və güvənilən tərəfdaşlardan birinə çevirib. Bu kontekstdə 2022-ci ildə Buxarestdə Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan arasında “Xəzər dənizi – Avropa yaşıl dəhlizi”nin yaradılmasına dair memorandumun imzalanması xüsusi əhəmiyyət daşıyır. Həmin sənəd imzalandıqdan sonra mən Mərkəzi Asiya respublikalarının gələcəkdə Azərbaycana müraciət edəcəyinə dair proqnozla mediada çıxış etmişdim. Bu proqnoz tezliklə öz təsdiqini tapdı və 2023-cü ildə Azərbaycanın rəsmi şəxsləri artıq Mərkəzi Asiya ölkələrindən rəsmi müraciətlərin daxil olduğunu bildirdilər. Bu gün isə cənab Prezidentin çıxışında qeyd etdiyi Xəzər dənizinin dibi ilə elektrik xəttinin çəkilməsi təşəbbüsü, məhz Mərkəzi Asiya respublikalarının həmin memoranduma qoşulmaq niyyətindən doğan və əməkdaşlığın yeni mərhələsini ifadə edən bir layihə kimi ortaya çıxıb”.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın Azərbaycan iqtisadiyyatına vəd etdiyi qazanclara gəldikdə isə iqtisadçı vurğulayıb ki, iqtisadiyyatın yalnız bir istiqamətə söykənməsi böyük risk yaradır:

“Azərbaycanın kifayət qədər enerji resursları olsa da, bu resurslar əsasən ənənəvi neft-qaz ehtiyatlarına dayanır və neft-qaz tükənən sərvətlər qrupuna daxildir. Müasir dövrdə isə alternativ enerji mənbələri, yaşıl texnologiyalar və iqtisadi diversifikasiya strateji zərurətə çevrilib. Belə bir şəraitdə Azərbaycan iqtisadi inkişaf strategiyalarında məhz bu prioritetləri müəyyənləşdirib. Bu yanaşma həm Mərkəzi Asiya respublikalarının ölkəmizə artan marağı ilə üst-üstə düşür, həm də Azərbaycanın bu istiqamətə inteqrasiyasına onların birmənalı dəstəyini gücləndirir. Araşdırmalarıma görə, 2040-cı ilə qədər logistika və enerji sahələri üzrə Azərbaycan ilə Mərkəzi Asiya əməkdaşlığı təxminən 100 milyard dollarlıq potensial vəd edir. Bu isə region üçün yeni geoiqtisadi xəritənin formalaşması deməkdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Noyabr 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri