Azərbaycan Mərkəzi Bankında vacib strategiya mübadiləsi Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Mərkəzi Bankı (AMB) "Həddindən artıq qeyri-müəyyənlik dövründə mərkəzi banklarda strateji inkişaf və dəyişikliklərin idarə edilməsi" 6-cı illik beynəlxalq dəyirmi masada iştirak edib.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir. Dəyirmi masa onlayn formatda keçirilib.
Məlumata görə, tədbirdə dünyanın 40-dan çox ölkəsinin mərkəzi bankının nümayəndələri günümüzün mürəkkəb problemlərini həll etmək üçün fikir və strategiya mübadiləsi aparıb.
"Strategiyaların Tətbiqində Öyrənilən Dərslər və Uğurlar" mövzusunda keçirilən sessiyada 2024-2026-cı illər üzrə Maliyyə Sektorunun İnkişaf Strategiyasına və hərtərəfli strategiyanın icra çərçivəsi ilə bağlı AMB-nin baxışları təqdim edilib.
Tədbirdə AMB digər mərkəzi banklar ilə strategiyanın hazırlanması və icrasında ən yaxşı təcrübələr, qurumların müsbət nümunələri, qlobal qeyri-müəyyənlik dövründə mərkəzi bankların üzləşdiyi problemlər və gələcək təşəbbüsləri istiqamətləndirilməsi məsələləri müzakirə edib.
Baxış sayı:86
Bu xəbər 29 Noyabr 2024 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















