Azərbaycan mətbəxinin zəfərini dünyaya daşıyaq!
Dogru.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılması istiqamətində uzun illərdir ardıcıl və böyük sevgi ilə fəaliyyət göstərən Fəxrəndə Həsənzadə milli mətbəximizin ən gözəl nümunələrini beynəlxalq auditoriyaya təqdim edir.
Onun fəaliyyətində Azərbaycan mətbəxinin özünəməxsus təamları ilə yanaşı, milli qənnadıçılıq sənətimizin inciləri də xüsusi yer tutur. Ənənəvi şirniyyatlarımızın, milli yeməklərimizin və kulinariya irsimizin beynəlxalq tədbirlərdə təqdim olunması Azərbaycan haqqında daha dolğun təsəvvürün formalaşmasına xidmət edir.
Fəxrəndə xanımın Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi “Taste of Europe – Avropa Təamları” layihəsi də bu istiqamətdə diqqətçəkən nümunələrdəndir. Artıq dördüncü dəfə keçirilən festival müxtəlif mədəniyyətlərin mətbəx vasitəsilə bir araya gəlməsinə, Azərbaycan kulinariya irsinin isə daha geniş tanıdılmasına imkan yaradır.
Fəxrəndə xanım üçün Azərbaycan mətbəxini tanıtmaq sadəcə kulinariya fəaliyyəti deyil bu,milli dəyərlərimizi, tariximizi, qonaqpərvərliyimizi və mədəniyyətimizi dünyaya təqdim etmək missiyasıdır. Onun hər bir təqdimatında Azərbaycan mətbəxinin zənginliyi ilə yanaşı, milli ruhumuzun və mədəniyyətimizin zəfəri də öz əksini tapır.
Fəxrəndə xanımın sözləri ilə desək, bir neçə il əvvəl yaranan bu ideyanın artıq gözəl bir ənənəyə çevrilməsi böyük sevincdir. Onun fikrincə, mətbəx mədəniyyətlər arasında əsl dostluq dilinə çevrilə bilər.
Bu gözəl ənənənin davamı olaraq, 3 oktyabr saat 12:00-da, Avropa Oyunları Parkında, “Aquatic Palace”in qarşısında IV “Taste of Europe Avropa Təamları” festivalı keçiriləcək. Hər kəsi bu möhtəşəm mədəniyyət və kulinariya bayramına dəvət edirik!
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 01 Oktyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















